Özümüz olaq!
CahaN tərəfindən "Digər yazılar" bolməsinə 20:53 23 yanvar 2017 tarixində əlavə olunmuşdur

İsa Şahmarlı...

Dünən ölüm günü idi...

3 il tamam oldu...

Bacardığım qədər İsa Şahmarlının dostlarının və ya sağlığında ətrafında olan tanışlarının sosial şəbəkələrindəki profillərinə diqqət yetirdim. İsanı xatırlayan, bir-iki cümlə haqqında yazıb, yad edən də vardı. Tam əksi olaraq xatırlamayanlar da, xatırlayıb, önəmsəməyələr də. “Həyat işte” dedikləri bu olsa gərək. Əlbəttə kimisə, kiməsə qarşı vəfasızlıqla günahlandırmaq olmaz. Hər kəsin vəfası da, vicdanı da özünə.

   Mən xatırladım. Bir ədəd “kent 8” siqareti yandırıb, tüstüsünü içimə alaraq, Azər Cırtdanın “Uzağın bir adı var” mahnısının sədaları altında ən az bir mahnılıq yad etdim. Düşündüm. Anlamış olsam da, onun haqqında və həyat tərzi ilə bağlı anlamadığım bir şeylər qalmışmıdır deyə dərindən düşündüm. Xeyr ! Mən onu tamamilə anlamışam qərarına da gəldim.

  İsa Şahmarlını yaxından olmasa da, tanıyırdım. Təxminən 2-3 dəfə Bakının PUB-larında rastlaşmışıq. Hətta salam-sağol dialoquda olub aramızda. Onun homoseksual olduğunu bilməmişəm. Çünki, onun davranışlarında anormallıq müşahidə etməmişəm. Niyə də müşahidə edim axı. Homoseksuallıq anormallıq deyil.  İntiharından sonra onun homoseksual olduğunu öyrənmiş, səmimi deyirəm şok zad hissi də yaşamamışdım. Ola bilər. Burda nə vardı ki, əsas odur mən onun səmimi bir insan olduğunun şahidi olmuşam. Üstəlikdə cəsarətli.

   Onun homoseksual olduğunu intiharından öncə də bilsəydim, onunla bağlı düşüncələrim əsla dəyişməzdi. Niyə də dəyişsin axı. Homoseksual olmadığı üçün kimisə günahlandırmaq olmazsa, həmçinin homoseksual olduğu üçün də kimisə günahlandırmaq və haqsızlıq etmək qəti olmaz.

  Mən gey və ya hər nəyisə, homoseksual deyiləm. Olsam, əmin olun açıqca yazar, söylərdim. Bir canlı olaraq insancıl düşüncələrlə, insancıl dəyərlərlə yaşamağa çalışıram.

  Gey, homoseksual və ya da lgbt-yə aid terminləri dəqiq bilmirəm. Bildiyim hər nə olursa, olsun hər bir canlı digər canlıya hörmətlə yanaşmalı, insani dəyərlərini və düşüncələrini inkişaf etdirməlidir.

  Homoseksuallıq ayıb deyil. Homoseksual olmamaqda ayıb deyil. Sadacə bizlər ayıb ola biləcək o, qədər şey var ki, biz onları bir kənara qoyub, normal qarşılayıb, homoseksuallığın üstünə gedib, homoseksual olan insanları alçaltmaqla, haqsızlıq etməklə cəmiyyət və cəmiyyətlər məşğuldur. Hətta intihara sövq etməklə.

   İsa Şahmarlının intihar etməsi əslində, baş qaldırışdır. Və bu dünyanın heç də gözəl bir yer olmadığının təzahürüdür. Bəlkə başqa bir gözəl dünya var. Lakin məçhuldur. Üzr istəyirəm ifadəmə görə amma hər mənəm, mənəm deyən canlının götü üçün deyil, intihar etmək. Həyatını sonlandırmaq. Üstəlik bunu inandığı dəyərlərin rəmzi olan bayraqla özünü asaraq.

  Sənalla ?!

  Siz nəyə inanırsız ?!

  5 manat üçün onun-bunun qabağında alçalan bir canlının fürsət tapdığı an an İsa Şahmarlıya “petux” deməsi qədər absurd bir şey yoxdur.

   Ətrafındakıların tənqidindən, təhqirindən qorxub da öz istəklərini hər baxımdan gizli saxlayanların kaş ki, İsa da olan cəsarətin çox az bir hissəsi olardı. Amma yoxdur.

   Oğlan, oğlanı sevir, sevişir. “Petux” deyirlər. Qız, qızı sevir, sevişir. “Amcıq yalayan” deyirlər. Daima nəzarət edirlər. Lağa qoyub, gülmək üçün. Təhqir edib, qadağalar qoymaq üçün. Lağa qoyub gülənlərə, təhqir edib, qadağa qoyanlara diqqət yetirdiyiniz də şahid olursuz ki, hər birinin mütləq bir seks problemi var. Evləndirilirlər ancaq istəmədikləri şəxslə. Qız, oğlan fərqi yoxdur. Ailələr, qohum qonşular nə dedi odur. Mütləq bir çərçivələri var. Amma seks münasibəti yaşadıqları, xəyallarında da başqa qız və ya oğlan var. Burada oğlan olmaq asandır, onun da vicdanına baxır. Ayaqlarının arasındakı vicdanı ört basdır edirsə, o, başqa məsələ. Qızlar da isə vəziyyət daha gərgindir. Onların cərimə meydançaları daha sərt tədbirlərdən və bakirəlik məhbusluğundan ibarətdir. Oğlan evlənir, səhərsi gün arvadı evdə onu gözlərkən o, başqa bir qadının “məmələrini” öpməklə məşğul olur. Qız evlənir, qısa müddət sonra ərini bəyənməməzliyə başlayır. Axtarışa çıxır. Tez bir zaman da oğlan tapıb, yatağda oğlanın qulağına ehtiras kəlmələri pıçıldayır. Əlbəttə hər kəs belə deyil. Amma cəmiyyətlər də belə canlılar mövcuddur. Və belə canlıların cəmiyyətlər tərəfindən qoyulmuş bir adları yoxdur. Afişa edilmirlər, homoseksuallar qədər gözə batılıb, lağ edilmir, təhqir edilmirlər. Oğlan qızın vaginasını öpür, qız oğlanın penisin öpür. Bu normal sayılır. Ola bilər. Deyirlər... Amma oğlan, oğlanın penisindən öpəndə, qız, qızın vaginasını öpəndə anormal sayılır. Qiyamət qopulur. “Petux” “Lezbiyan” damğası vurulur. Kimə və nəyə görə anormal və normal sayılır axı. Bütün bunlarda nəyin anormal olub, nəyin normal olduğunun qərarına bu insanlar o, insanların əvəzinə necə gəlib, görəsən. Nəyin normal, nəyin isə anormal olduğunu bir insan özü üçün yalnızca özü bilər. Başqasının nə deməsinin və düşünməsinin çox da önəmi olmamalıdır. Nə qədər çətin olsa da.

  Bu sadacə cəhalətdir...

 Əslində, insanlar  biraz insanlığın yaradılışı ilə marağlanıb, məlumat əldə edə bilsə, seksdə nəyin anormal, nəyin isə normal olduğunu bilər, ayrım olmazdı.

  Gəlin susaq. Hörmətlə yanaşaq bütün canlı varlıqlara. Kim, kimlə istəyir, hansı şəkildə, pozada sevişsin. Bunun nə mənə, nə sənə, nə də bir başqasına heç bir aiddiyatı yoxdur. Qəbul etmiriksə də, seçimini etmiş insanlara hörmətsizlik etməyək. İyrənc düşüncələrimizi özümüzə saxlayaq. Əxlaqsızlığı isə başqa bir yerdə axtaraq. Məsəlçün axtarış bölgəmizi ayaqların arasından yuxarıya doğru, beyinə qaldıraq. O, zaman 2-ci bir İsa Şahmarlı öz istəyi ilə bu dünyanı tərk etməz.

  Mən oğlanam, qızla sevişmək mənə ləzzət edirsə, bu o, deyil ki, bu dünya yalnız mənim və mənim kimilərindir. Bu dünya onlarında dünyasıdır. Bu dünya gözəl dünya deyil, amma yenə də onları bu dünyadan getmək məcburiyyətində qoymamalıyıq.

   İstədikləri ilə, istədikləri şəkildə sevişə bilməyənlər, istədikləri ilə istədikləri şəkildə sevişə bilənlərə əsəbləşir. Əxlaqsızlıqla günahlandırır. Əsəbləşən və vaginasına həddindən ziyadə yüksək qiymət verən, reallıq hissini itirən, neçə əsr geriyə qayıdıb, cəngavərlə, qrafla, knyazla yatmaq istəyən “civiləri” aparıb bara onlara öz gözləri ilə göstərmək lazımdır ki, əslində vagina necə ucuzdur.

  Həmçinin bəzi oğlanlara da başa salmaq lazımdır ki, penisinə güvənmə. Güvəniləcək bir şey olsaydı, daima böyütmək arzusunda olmazdın.

    Özümüz olaq !

 Həbs olmayaq kimlərinsə, düşüncələrində. Öz həyatımızı yaşayaq. Kiminsə bizi qəfəsə salıb, azadlığımızı almasına imkan verməyək.

 Və son...

   Yenidən bir ədəd “kent 8” yandırıb, tüstüsünü içimizə alaraq, Azər Cırtdanın “Uzağın bir adı var” mahnısının sədası altında İsa Şahmarlını yad etməyə dəyər !


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+25=
Hesaba giriş
Müəllif

CahaN
Haqqında
Doğrudanmı həyatda yaxşı heç nə yoxdur ? -Yoxdur...
Əlaqə
E-mail:
csefterli@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0221 saniye