ÖZÜN AXTARARSAN İMKANIN OLSA
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 18:41 04 may 2016 tarixində əlavə olunmuşdur

Əgər gedirsənsə bu izləri sən, 
Arxanda buraxma, özünlə apar 
Birgün peşman olub,dönmək istəsən, 
Məndən bir nişanə çətin ki,qalar.. 

Demişdim yadında ilk dəfə sənə, 
Sözümü xatırla günahkar sanma, 
Day secim etmisən,bu gündən belə , 
Adımı dilinə gətirib anma!

Eşitdim şikayət etmisən, o gün, 
Demisən mən onu cox istəmişdim, 
Bu idi istəyin,bu idi sevgin ,? 
Mən ki yaxşı düşün daşın demişdim.

İstədim zəng edəm,nömrəni yığıb, 
Düyməni basmağa əlim gəlmədi.
Yenə cəhd etdim  guya, karıxıb, 
Gördüm ki, yığdığım başqa nömrədi.

Bu nə ayrılıqdı,nə də dönüşdü, 
Varlığın qanımda, canımda qalıb, 
Yenə xatirələr yadıma düşdü, 
Yuxuya dalmışam fikrinə dalıb.

Bilmirəm bu necə bir  məhəbbətdi?
Kimə nə söyləyim,soruşan olsa?
Hmm-larla başladıq,nəysəylə bitdi, 
Özün axtararsan imkanın olsa.

İndi ürəyini qaytarıb geri,
Əziz əmanəti verib gedirəm.
Seymuram, qəlbimdə boşaldıb yeri,
Bağışla , qəlbini qırıb  gedirəm.

 Müəllif: SEYMUR SÖNMƏZ


... dəfə oxunub
Qiymət: 10/10(13 səs)
[qiymət ver ]
Şərh yaz
2+11=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0227 saniye