ÖZÜN AXTARARSAN İMKANIN OLSA
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 21:08 01 noyabr 2016 tarixində əlavə olunmuşdur

Əgər gedirsənsə bu izləri sən,
Arxanda buraxma özünlə apar.
Birgün peşman olub,dönmək istəsən,
Məndən bir nişanə çətin ki,qalar.

Demişdim yadında ilk dəfə sənə,
Sözümü xatırla günahkar sanma,
Day secim etmisən,bu gündən belə ,
Adımı dilinə gətirib anma.

Eşitdim şikayət etmisən,O,gün,
Demisən mən onu cox istəmişdim.
Bu idi istəyin,bu idi sevgin ,?
Mənki yaxşı düşün daşın demişdim.

İstədim zəng edəm,nömrəni yığıb,
“ Yesi,, basmağa əlim gəlmədi.
Yenə çəhd eylədim guya karıxıb,
Dedim ki,yığdığım başqa nömrədi.

Bu nə ayrılıqdı,nədə dönüşdü,
Varlığın qanımda canımda qalıb,
Yenə xatirələr yadıma düşdü,
Yuxuya dalmışam fikrinə dalıb.

Bilmirəm bu neçə,eşq məhəbbətdi,
Kimə nə söyləyim,soruşan olsa,
Hmm-larla başladıq,nəysəylə bitdi,
Özün axtararsan imkanın olsa.

MÜƏLLİF:SEYMUR SÖNMƏZ  PAŞAYEV


... dəfə oxunub
Qiymət: 10/10(12 səs)
[qiymət ver ]
Şərh yaz
10+21=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0297 saniye