Özün kimi ol!
Çinarə Əlişli tərəfindən "Hekayə" bolməsinə 12:16 01 iyul 2019 tarixində əlavə olunmuşdur

     Görünməz olmuş, ensiz şəfəqlər xırda-xırda tikilmiş uzun, boz pərdəni sanki parça-parça edib, daxilindən keçirdilər. Sərin meh də üzümə vururdu. Boz yarpaqlar tir-tir əsərək, budaqdan qırılırdı. Gözlərim əlimə sataşır. Həmişəki kimi barmaqlarımın ucunda karandaşı fıradıram. Onun adi boz olmağı məni heç təəccübləndirmir. Çünki rəssamlıqla məşğul olduğum gündən, başqa rəngdə karandaşla tanış deyildim.

-Afərin. - Deyə müəllimə şəkilimə baxaraq əl çaldı. Onun çox arıq bənizi, bədəni var idi. Sanki ağır xəstəlikdən əziyyət çəkirdi. Lakin daxilən mərhəmətli, xaricində gülərüz cavan qadın idi. -Deməli, sənin şəkillərində mən həmişə müəma görürəm. Lakin nə qədər də çalışsam bu sirr araşdıra bilmirəm. Yaxşı, amma bir dəfə rəngli şəkil çək. Ya da həmişə boz və ağla kifayətlənməyək. -Deyə çiynimə sığal çəkdi. Mən isə ağır-ağır başımı silkələdim. Çünki qəlbim iztirab çəkdi. Rəngli...rəngli şəkil....

Qapını açıb, içəri keçdim. Saat 19:00 göstərirdi. Ev həmişəki kimi səssizlik içində üzürdü. Ayaqqablarımı çıxardan kimi kiminsə yaxınlaşdığını hiss etdim.

-Yorulmusan deyəsən.

-Ana, hə biraz.

-Rəssamlıq dərsləri necə keçdi.

-Belə, yaxşı. Müəllimə məni təriflədi. Dedi ki, rəngli çəksən daha yaxşı olar, - deyə çevrilib anama baxdım. Onun üz ifadəsindən yalnız əzab oxunurdu. O yaxınlaşıb məni qucaqlardı. Uşaq ikən hiss etdiyim bu duyğuya yenidən qatıldım.

-Heç nə olmaz, oğlum. Unutma daha pis,pis ola bilərdi. Gəl mətbəxə gör nə bişirmişəm.

Ora daxil olduqda qardaşımın oturub, yediyini gördüm.

-Salam. Gün necə kəçdi?

-Adi, yeni heç bir şey.

-Necə heç bir şey,-deyə anam söhbətə qatıldı. -Fərhad onu bu gün müəllimə tərifləyib.

-Bəs yaxşı səni bu məsələ ilə bağlı ələ salan olmayıb?

Mən sadəcə susdum. Qardaşım artıq 3-cü kursda oxuyurdu. Onun çox yığcam, qavrayan yaddaş kisəsi var idi. Sənə 5 yaşında etdiyini tam sərbəst şəkildə danışardı. Bunu görə tarix fakültəsində öz yerini tutdu. Mən onu hər gün görə bilmirəm. Gecə gündüz kitabxanalarda dolaşır. Bir-birimiz üçün darıxıb, narahat oluruq. Mənim sağlamlığım barədə isə qardaşım daha çox qorxur və üzülür.

-Mən sual soruşdum.

-Bir nəfər olub, amma cavabını verdim.

-Necə verdin?

-Vurdum.

-Axı mən sənə demişəm ki, bu təhlükəlidir. Sən vuruşmamalısan.- Deyə anam çevrilib bizə baxdı.

-Ana o, hər kəs kimi adi oğlandı, dava aparmaq isə bizim üçün vərdişdir, -deyə mənə baxaraq güldü. Mən isə sadəcə gülümsədim. Anamın neçə gözlərini süzdürdüyünü gördüm.

-Gedim otağıma.

-Necə? Niyə? Bəs yemək.

-Xeyir, məktəbdə yemişəm.

Anama baxdım və onun qara gözlərində zülmün parıltısını gördüm. Bəlkə də mənim kefsiz olduğumu görüb, heç cür mənə yardım edə bilməcəyini anlayırdı.

Fırçanı əlimə alıb suya saldım. Yağlı boyanı palitraya azca tökdüm. Bu boyalar elə yağlı, yumuşaq idi ki, sərbəst şəkildə fırçanın üzərinə yayıldı. Ağ vərəqin üzərində karandaşla çəkilmiş ayı, al-çəhrayı boya ilə astaca rənglədim. Onun kölgəsini, tünd rənglərini çəkdikdə məni sanki suya salıb, çıxarmışdılar. Tər alnımdan axırdı. Əlimin silkələndiyini fırçadan anlamışdım. Mən bununla yaşayıb, nəfəs aldığımı uşaq ikən bilirdim. Lakin mənim rəssam olmağım sadəcə qeyri-mümkün idi. Mənim sağlamlığım bunun qarşısını alırdı. O, başqaları kimi olmağımı, həyata digərləri kimi baxmaqdan məni məhrum etmişdi. Hər kəsin məndən uzaq durmağı, bəzən ələ salmağı, məni onların bir üzvü hesab etməməkləri bundan irəli gəlirdi.

                                             Görünməyən təbii gözəlliklər.

       Yeni məktəbə də oxumağımda bir dəhşət idi. Çünki onlara, həyata hansı gözlə baxdığımı deməmişdim. Düzü, mən insanların yanında sıxılar, utanan şəxslərdən deyiləm. Yalnız onların nə soruşduqlarından aslıdır. Fasilə zamanı sinifdə demək olar ki,  uşaq olmur. Mən isə E.Heminqueyilin əsərini gözümün önündə təsvir etdim. Kaş məndə qoca kimi həyatımın böyük balığını tuta bilsəydim. Sinifdə olan taqqıltı səsini  eşitmədim. Sonra səssiz bir sual qulağıma çatdı. Lakin başımı qaldırmadım. Gözlərim boz vərəqdəki qara hərifləri oxumağı daha üstün hesab edirdi. Əmin idim ki, mən  içəri keçən insanı heç maraqlandırmıram. 
-Üzr istəyirəm, birdən yanınızda qırmızı qələm olar? 
Yanılmış olduğumu anlayaraq başımı qaldırdım. Qızın adi qara saçları, dərisi, dodaqları boz rəngdə görünürdü. Saçları sadəcə nöqsansız vəziyyətdə yığılmış  idi. Bəlkə mən onun əsil rəng çalarlarını görmürdüm. Lakin o məni müraciət etdiyi sözlərlə və səsi ilə cəzb elədi. 
-Qırmızı? 
-Bəli, müəllimənin qələmə ehtiyacı var. Hər kəsdən soruşdum amma, tapmadım. İndi düşündüm bəlkə sizdə olar? 
-Bir dəqiqə… -deyə karandaş qabımı açdım. Hiss etdim ki,  ürəyim daha cəld döyünməyə başladı. Qulağımın içində isti qan coşdu. Əlimi isə nəm tər bastı. Karandaş qabından belə, kömək istədim. Bu qabı ona verə bilərdim, amma artıq gecdir. Ona həqiqəti də deyə bilərəm, amma  bunu etmək iqtidarında deyildim. Yox ,mən əminəm ki, bu göy qələmdi. Niyə axı burada belə çox əşya var?  Məncə,  bu qırmızıdır… Hə yalnız bu ola bilər. Qələmi qaldırdım və ona sarı uzatdım. Qız tərəddüdlə qələmə baxdı. Sonra yavaşca əlini uzadıb qələmi götürdü: 
-Çox… Sağ olun! 
Mən dərindən köks ötürdüm. Bir daha qardaşımın qabını götürmərəm. Sanki məni boğulduğum sudan  havaya çıxartdılar. 
-Dəyməz, -deyə edamdan qurtulmuş şəklidə gülsədim. 
Qız isə qaçıb, otaqdan çıxdı. 
       Fasilə bitdikdən sonra hər kəs içəri keçirdi. Qışqırıq, gülüşlər Ernestən məni ayırdı. Bir şıltaq oğlan lövhənin qabağına keçərək axmaq hərəkətlərlə hamının diqqətini çəkirdi. Belə qeyri-ciddi davranışlara heç vaxt qoşulmamışam. Müəllimə gəldikdə: 
-Sürxan keç qabaq da otur. Onun yanında. 
Bir anlıq daxilində söyüş söydüm. Bu iti niyə yanımda əyləşdirir? O,  heç nə demədən yanıma keçdi. Oğlanın əyləşməsi ilə sinfin sakitləşməsi bir oldu. 
-Salam adım Sürxan, sənin? – onun alçaq səsini eşitdim. Ondan heç xoşum gəlməsədə əlini sıxdım: 
-Rafael. 
-Elə sakit durub bizim sinfə baxırsan ki, elə bil dəlixanaya düşmüsən hə? - deyə sakitcə gülməyə başladı. 
-Hə sən sanki mənim fikirlərimi oxudun,- deyə gülümsədim. 
        Ədəbiyyat dərsi yuxulu vəziyyətdə keçirdi. Müəllimənin isə göründüyü kimi ürəyi dolu idi. Buna görə bayaqdan  Cəlil Məmmədquluzadənin həyatını açıqlayırdı. Rəssamların həyatı daha əlvan və  maraqlı olur. Bunun sayəsində sadəcə boz rəngdə gördüyüm qələmi əlimə aldım. Ağ vərəqin üzərini cızaraq halqa çəkdim. Sonra isə onun yanlarına bir neçə qalın şüalar artırdım. Onlar get-gedə nazikləşərək yazılırdılar. 
-Kaş, bu arvad ağzını yumardı. Bu zəhirmar zəng vurulsun da! – Onun səsi qulağımda zingildədi. Sonra Sürxan yorğun tərzdə başını çevirib, mənim kağızıma baxdı. -Bilməzdim ki, günəş qırmızı rəngdə olur! 
-Qırmızı? -Deyə düşüncəli şəkildə çevrilib ona baxdım. 
-Heç nə, boş ver!  İlişməyə adam axtarıram. 
-Xeyir, gözlə sən qırmızı dedin. 
O, qaşlarını çatdı və mənə şübhəli nəzərlərini görsətdi: 
-Hə də əlindəki qırmızı qələmdi. 
        Dərslər bitdikdə çantamı yığıb, bir çiynimə taxdım. Məktəbin dəhlizi qarışqaların yuvasına bənzəyirdi. Mənim gözüm həmin sadə sifətli qızı arayırdı.  Onu axtarmaq bildiyindən də mürəkkəb oldu. Hər yan, hər tərəf ağ,  və boz rəngə çalırdı. Qəribə idi ki,  insanların üz ifadəsi dəyişdikcə, sifətdəki cizgilər də tündləşirdi. Kim isə arxadan mənə toxundu. Mən çevrilib onu gördüm. 
-Salam, sizin qələminiz mən də qalmışdı, -deyə əlini uzatdı. 
Mən qələmi götürüb, cavab vermək istəyirdim ki,  o dönüb irələdi. 
-Gözləyin! Mənim sizə sualım var. Siz əminsiniz ki, bu qırmızı qələmdi? 
O, sanki tələdən çıxa bilməmiş kəpənəyə bənzəyirdi. O dəqiqə yanaqları tünd boz rəngə çaldı. Getdikcə tünd rəng sifəti boyunca yayıldı. Hətta bir-birinə sıxdığı əllərin rəngi dəyişdi. Görəsən, həqiqətən hansı rənglər onun sifəti boyunca yayılır? Onun çəkindiyini, sıxıldığını, hətta qorxduğunu nə göstərir? 
-Mən… Mən sadəcə sizi pərt etmək istəmirdim. Birinci elə fikirləşdim məni ələ salırsınız…. 
-Yox, mən belə bir şey etmərəm. 
-Elə ona görə səhv rəngi verdiyinizi üzünüzə vurmadım. 
-Hə aydındır. Amma gəlin bunu unudaq. Çünki özüm də nəsə halsız idim, başım qarışmışdı… 
-Hə eybi yoxdur, -deyə onun üzü yenidən açıldı. Sadəcə mənə baxaraq gülümsədi. Sonra arxaya dönüb  məndən uzaqlaşdı. 
           Evə gələndə anam yenidən onun ürəyini sakit qoymayan suallarını verirdi. Mən isə bu gün baş verən həmin qız ilə məsələni danışdım. Anamın qulağına çatan bu məlumatdan sonra az da olsa sevilmişdir. Onun gülərüz siması yetərincə mənim ürəyimi yumşaltdı. Öz otağıma qalxaraq malberdi açıb düzəltdim. Üzərinə isə dünən çəkdiyim şəkili kətanı qoydum. Bu gün Sürxan mənə Günəşlə bağlı fikir söylədi. Həqiqətən günəşin qırmızı olması yaxşıdır. Hə… Buda qırmızı yağlı boya… Fırçanı ora yaxın elədim və  rəngin başqa səmtə yayılmamasını nəzarət etməli idim. Tüklərim biz-biz dursa da bu şəklin bağışladığı gözəl duyğudan doya bilmərəm. O sanki daxildə dənizin dərin dalğaları tək səni ora-bura silkələyir. Sonra yenidən təsis edib səni tamam başqa tərəfə atır. Elə bil sənin duğularını qızışdırır, ehtiraslandırır, onlarla oynayır. Nə olsun ki, rəngləri səhv çəkirəm və ya bilmirəm. Amma… 
     Qapı açıldı və içəri atam daxil oldu. 
-Elə də bilirdim yaradıcılıqla məşğul olacaqsan. 
Mən ona baxıb gülümsümdüm. 
-Amma oğlum, niyə günəş qırmızı rəngdə …-deyə qalın səsi bir anlıq kəsildi- Hər nə isə. 
-Hə günəşi xəyallarımda qırmızı rəngdə görürəm. Buna görə onu bu rəngə boyadım. İndi isə 
Palitraya çəhrayı rəngi saldım. Sonra isə fırçanı onun üzərinə sürtərək gözümün qabağından keçirdim. Ayın rəngi daha açıq olmalıdı. Buna görə suyun içində bir azca onu “çimizdirdim”. Sonra ucunu kətana vurdum. 
-Çəhrahı ay? 
-Ay elə nəfisdir. -Mən şəkilə baxaraq güldüm. Sadəcə məni əsəb sinirləri gülməyə məcbur edirdi. -Demək istəyirsən çox iyrənc görsənir, ata? 
-Xeyir, nə danışırsan əladır… bir azca da qəribə, amma fərqli bir düşüncə tərzi. 
Mən başımı silkələdim, o isə çiynimi mehribancasına sıxdı. Sonra uşaq yaşlarında başımı öpdü və otaqdan çıxdı: 
-Bir azdan axşam yeməyinə gələrsən. 
-Yaxşı. 
Qapı örtülən kimi, sıxdığım fırça əlimdə parçalandı. Bu artıq son mərhələ idi. Mən əsəbdən sanki tufan tək coşdum. Ayağa qalxıb qıraqda duran digər qəribə növdə rənglənmiş əsərlərimi yerə çırpdım və onların üstünə vəhşi tək bağırdım. Çevrilib həmin  müəllimənin sevgisini qazanan aya baxdım. Bəlkə boz rənglə onun hər incəliyini görsətmişdim. Amma onun dogma… rəngi… zəhirmat boz və ya çəhrayı deyildir. İnsanların dediyinə görə o, parlaqdır, gecələr o hər kəsin nuruna çevrilir. Mən isə heç vaxt bunun şahidi olmayacam. Hər iki əlimi stolun üzəri ilə sürtdüm. Nəticədə onun üzərində olan hər şey döşəməyə səpələndi. Bütün 2-ci, 3-cü yer tutduğum diplomlar mənim qəzəbimin qurbanına çevrildi. Onların çərçivələri qırıq-qırıq yerdə dağıldı. Mən yenidən çığırdım, əlimə aldığın köhnə bir rəsmləri əzdim. Bütün hirsinlə,  iztirabımla, ovcumda onları görünməz elədim. Əqlim daxilən ağır bir yükü küncə sıxdı. Sanki ora mübarizə meydanına çevrilmişdi. Xeyir! Xeyir sən rəssam deyilsən. Olmayacaqsan da!! Sən… rəng görmürsən! Mən diz üstə çökdüm və başımı onlara doğru aşağı saldım….  

                                                          Eynək

       Yerdəki fırçaları paketə yığıb iri bir qutunun içinə atdım, malberdin ayaqlarını bir-birinə büküb qutunun içinə saldım. Hər şeyə son qoyacam. Rəssam deyiləm….Dərnəkdən  çıxmağı daha üstün tuturam. Hamı rəngli şəkilləri sevir, onda niyə  mən özümü  rəssamların bir sırasında görürdüm? Çirkli, üstü yağlı boyalarla qurumuş palitranı qutuya tuladım. Bütün boz,  ağ, qara rəngin və qeyri-adi boyalı çalarlarını özündə əks etdirən 80-ə yaxın şəkili  əlimə yığıb qutuya tərəf yaxınlaşdım. Onun içinə baxdım və dərindən ağır bir köks ötürdüm. Rəsm əsərləri, bütün bunlar sanki kəndir tək boğazımdan yapışmışdı. Axı nədən mənə bu qədər əzab bağışlayırlar. Qutunu qollarımın arasına aldım. Otaqdan çıxıb və çardağa aparan yuxarı qapını açdım. Pilləkənlə ora qalxaraq mənim üçün adi görünən zülmətin içinə daxil oldum. Buradan qəribə kif qoxusu gəlirdi. Otağa qayıtmağı daha çox istədim. İşığı yandırdıqda nəhəng qutuların bir-birinin üstündə durduğunu və toz ilə örtüldüyü gördüm. Əlimdə tutduğum qutunu yaxınlaşdırıb onların üstünə qoymaq fikrində idim.  Qəflətən qutunu qaldırdım ki, digər sıradan biri, sürətlə yerə dağıldı. Heç anlaya bilmədim nədən məndən 1m uzaqlıqdaki qutu döşəməyə düşsün ki? Öz qutumu yerə qoyub yerdə səpələnən əşyaları yenidən tozlu qutuya yığmağa başladım. Orada mənasız oyuncaqlar, Qara plasmas tapançalar, boz şəkillər, dikslər bütün bunlar uşaqlıq vaxtdan qalmış xatirələr idi. Yerdə futbolçuların kartkarı səpələnmişdi. Əlimə alıb onları gözdən keçirdim. Hə… o vaxtı bu mənim hobbimə çevrilmişdi. İndi isə marağım tamam itib... Onları qatlayıb, quyunun bir küncünə yerləşdirdim. Hər bir oyuncağı ora atdım. Ayağa qalxdım ki, döşəmənin üzərində qara rəngdə eynəy gözümə çarpdı. Məncə o da qıvrılıb qutudan düşmüşdü. Onu ovcumda tutub seyr etməyə başladım. Bu adi qara, boz şüşəli çeşmək idi. Onu taxmaq fikri ayni olaraq ağlımdan keçdi. Eynəyi yaxınlaşdırdım və onun qara taxta hissəsi qulağımdan sürüşüb keçdi… 
       Yüksəkdən bağırıb,eynəyi bir qırağı tuladım. Özümdə sürətlə arxada duran qutular dəydim. Onların bir qismi qürurtu ilə dağıldı. Bu nə idi?.. Bir dəhşət… parlaq, nəsə qarışıq bir faciə gözündən keçmişdi. Bəbəklərim hələdə yerdə “yazıq” tərz alan eynəklər də idi. 
-Rafael! -aşağıdan atamın çığırtısı eşidildi. Qardaşımla birgə pilləkənləri qalxırdılar. Mən iti sürətlə ayağa qalxıb, eynəyi cibimə saldım. Sonra… 
-Rafael nə baş verir? – Fərhadın təşviş verici üzünü gördüm. 
-Oğlum hər şey yaxşıdı?-Deyə atam qutuları bir qırağı çəkərək yolunu açdı, mənə yaxınlaşdı. -Burda nə işin var? 
-Sadəcə yeni, təmiz kətanın burada olduğunu düşünürdüm. Görünür səssizcə iş görə bilmədim. – Gülümsədim və gələcəyimlə bağlı qərar aldığım qutuya baxdım. Əgər onlar yalan danışdığımı bilsələr işlər pis gedəcək. Qutunu götürməliyəm. 
-Yaxşı, ata… -deyə əyilib qutumu götürdüm. Qardaşımın yanından keçəndə o, qolumu tutdu. Demək ki, cinayətkar yaxalandı. Farhad pıçıldayaraq dedi: 
-Sənin gözlərin son dəfə 7 yaşında kiməsə yalan demişdi. Amma nədənsə mən həmin gözləri yenidən gördüm. -deyə dodaqlarını bir-birinə sıxdı və qolumu buraxdı. Mən onun narahat, qəzəbli gözlərini süzdüm. Bəs görəsən, o mənim yalan danışdığımı haradan bildi? Bəlkə mənim görə bilmədiyim xüsusiyyətlərdən? 

                                                Rənglənmiş bir obraz.                                

     Güzgünün yanında durmuşdum və orada sadəcə boz ləkə görürdüm. Bəs görəsən, onu rəngləsək görünüşü necə olacaq?  Cibindən bu kiçik zülmlü eynəkləri çıxartdım. 

-Qışqırmayacam! Bu adi eynəkdi. Anam nədən təhlükəli bir əşyanı orada saxlasın ki? Hə… sadəcə tax… bu qədər. 
Gözlərimi yurdum, eynəklər isə artıq burnunda dayanmışdı. 
-Hə gözlərini aç… aç… Bu qorxulu deyil axı… 
Gözlər açılan kimi eyni hadisə təkrarlandı. Mən arxaya atıldım, eynək isə güzgüyə zərbə ilə vuruldu. 
-Zibil! 
Ürəyimin döyüntüsü sürətləndi, əllərim tərlədi, tir-tir əsən barmaqlarımı ovcuma basdım. Orada nə yaşadığımı və gördüyümü anlayırdım. Asta-asta eynəklərə sarı süründüm. Onları əlimə alıb, ora-bura fırlatdım. Axı xarici görünüşü sadədir. Bu hərəkəti davam etməliyəm. Güzgüyə baxdım və ehtiyatla çeşməkləri gözlərimə yaxınlaşdırdım. Parlaq bir işıq, göz qamaşdırıcı şüa sanki bəbəklərimi yarırdı. Sanki gördüklərim inanılmaz bir xəyal, düşünülməyən arzu, mövcud olmayan  həyat idi. Mən səndələyərək döşəmə çırpıldım. Hələdə  təşviş ifadəsilə ətrafı seyr edirdim. Divara söykənib, ağır-ağır nəfər alıb, verirdim. Əlim ilə yerdə olan vərəyi sıxdım. Dırnaqlarımı onun içərisinə yetərincə basdım. Ovcumu kəsən vərəyi belə unutmuşdum. Onun mənə bəxşiş etdiyi yaranı duymurdum. Mən hal-hazırda yaşamadığım həyatı seyr edirdim.  Eynək sanki mənim gözlərimi idarə edirdi. Onu çıxarda bilmirdim çünki o məni cəzb etmişdi. Artıq ayağa qalxmalıyam, bunu çıxardmalıyam. Stolun ucundan tutub, yavaş-yavaş qalxdım. Başımı döndərib, güzgüdə əksimi gördüm, amma orada keçmiş mən deyil, yeni bir şəxs durmuşdu. Onun dərisi saralmış, dodaqları solmuş çəhrayı, üzü ağappaq, gözləri açıq-qəhvəyi rəngdə, ancaq iri açılmış, qorxu ilə dolu idi. Saçlarım dağılmış vəziyyətdə dururdu. Əlimi qaldırıb, sərt üzümü toxundum. Astaca yaxınlaşdım və üzümün nə dərəcə də ağ olduğuna təəccübləndim. Sanki daxilər hər kiçik görüntüdən heyrətlənən uşağı, xaricdən yeniyetmə oğlanı görürdüm. Mən artıq rənglənmiş bir obraz idim… 

                                                      Rənglərlə tanışlıq.

       Karandaş vərəyin üzərini cızdı. Yenidən bir neçə xətlə üzərini çəkdi. Karandaşın ucu elə bil vərəyə işgəncə verir, özü isə həzz alırdı. Onun vecinə deyildi vərəqin cırıltılı çığırması. Çünki daha vacib onun mükəmməl duyğuları  idi. 

-Salam Rafael, axı sən artıq günəş və ayın şəklini çəkmişdin. 
-Bəli çəkmişdim, amma elə bil səhv rəngləmişdim. 
-Axı rəssamlar gərək etdikləri səhvi gözəl şəkildə ört-basdır etməli. 
-Hə, edə bilərdim, sadəcə siz təsəvvür edə bilməsiniz mən bu şəklə baxanda nələr keçirirəm. 
Müəllimə gözlərini təhkimli vəziyyətdə aldı: 
-Elə olmaz Rafael, əgər nə isə alınmır, onu dinc yolla həll etmək olar. 
-Bilirəm! -Deyə başımı labüdcəsinə aşağı saldım. 
Arxamda qapının necə açıldığını eşitdim, kim isə içəri girdi. 
Həmin adam müəlliməyə yaxınlaşdıqda onun kim olduğunu gördüm.  Səsi və müraciət forması eyni ilə dünənki kimi səsləndi. Müəlliməmin avazıda narahat idi: 
-Nədən axı, inşanı  bəyənmədi. 
-Bəlkə bəyəndi. Amma o qədər də dəyər vermədi. Çünki heç nə demədi, sadəcə vərəqimi aldı. 
-Ceyla diqqətlə qulağas! O qadın bəyənməsə də sən üzülməməlisən. Belə hadisələr bir neçə dəfə təkrarlanacaq. 
-Ana bir az sakit! -deyə mənə baxıb məyus gözlərlə gülümsündü.-Salam. 
-Salamın 
-Siz tanışsınız? 
-Tam yox ana, mən sadəcə qələm istəmişdim o da verdi. 
-Hə onda gəl səni daha yaxından tanış edim. Bu Rafaeldir. Çox möhtəşəm rəssam... 
Mən başımı aşağı saldım. Elə bir 1-ci sinif şagirdləri kimi çəkindim. Gözlərim yenidən ona sataşdı. Onun yanaqları tündləşmişdi. 
-… Yalnız ağ və boz, hərdən isə rəngli çəkir, amma rəngləri özündən quraşdırır. Yəni bizim gördüyümüz kimi çəkmir. Dahidir. -Deyə hər birimiz ucadan güldük. 
-İndisə Rafael… -deyə müəlliməm Ceylanın yanına keçdi. 
-Ana bəsdi artıq.. 
-Burada nə utanmalı var ki? Hə… Rafael bu mənim qızım Ceyladı. Stenaris olmaq fikrindədir. Sən burada rəssamlıq dərnəyinə gedirsən o isə stenarini yazmağıöyrənir. 
Ceylanın üzü az qala qara rəngi alırdı.  O, gözlərini başqa yerə dikmişdi. Amma hərdən gözləri mənim bəbəklərimə baxırdı. Lakin çəkinərək və bu utanclıqdan qurtulmaq fikri ilə məndən kömək istəyirdi. 
-Təşəkkür edirəm müəllimə, məncə, qalan məlumatları danışdıqca əldə edəcəyik,-deyə Ceylaya baxaraq əzələlərimi yetərincə göyə qaldırdım. O, isə gözlərini iri açıb təəccüblü halda verdiyim cavabı eşitdi. Sonra isə kiminsə telefonuna zəng gəldi. 
-Uşaqlar üzr istəyirəm… burada gözləyin, -deyə müəllimə  telefonu qulağına uzadaraq qapıya doğru irələdi. Ceyla başını aşağı salıb gözləri döşəməni gəzirdi. Mən isə onu asta-asta seyr edirdim. Son anda onun səsi məni oyatdı. 
-Siz sərgidə iştirak edəcəksiniz? -dəyə Ceyla yığdığı saçı düzəltdi. 
-Bəli, məncə  uğur qazana bilərəm. 
-Məncə, qazanarsınız! Çünki sizin əsərlərinizi həmişə sərgidə görmüşəm, digərlərinə baxanda tamam fərqlidir. Düzü, rəssamların qaydalarından xəbərsizəm. Amma sizinkinə həmişə xal vermişəm. 
-Həqiqətən bunu bilmirdim. -Deyə birlikdə güldük. -Çox sevindim. Lakin mən hələ heç bir sərgidə qalib gələ bilməmişəm. 
-Bilirsiniz niyə? Çünki insanlar eyni növdə şəkillərə öyrəşiblər, onlar üçün günəş sarı, otlar yaşıl, səma göy görünür. Siz isə əsərdə tamam fərqli sahədə çəkirsiniz. Onlar isə bunu qabul edə bilmirlər, başa düşmürlər. 
Mən parlaq gözlərimlə, maraqla onu dinləyirdim. Söylədikləri bir növ həqiqət idi. Hansını ki, mən düşünməmişdim. Birdən Ceylanın gözləri mənim arxamda duranlara sataşdı. Sonra isə bu bəbəklər hirsdən yanırdı, qısqandı. O, azda olsa aralanmış dodaqlarını bir-birinə sıxıb, qabağı verdi. 
-Rafael bura bax!-deyə müəllimə məni səslədi. 
Mən arxaya fırlandım. Orada müəllimənin yanında durmuş  balaca boylu qız gözümə dəydi. Amma yaşca mənimlə bir idi. Onun açıq, burulmuş saçları kürəyinə tökülmüşdür. Dodaqları daha qəribə formada gülümsəyirdi. Sanki bilərəkdən onları belə  tuturdu ki, oğlanları cəzb etsin. 
-Deməli, bu yeni şagirdir. Onu sən öyrədəcəksən. Daha doğrusu,mənim başım onlara qarışanda Saraya, -deyə əlini qızın çiyninin üstünə qoydu, -kömək edərsən. 
-Bəli, təbii ki,  edərəm. 
    Artıq dərnəy bitmişdi. Mən dəhliz boyu izdihamların yanından ötürdüm. Gərgin hətta artıq dərəcədə riskli bir düşüncə əqlimdən keçdi. Çantamın kiçik cibini açdım. Oradan həmin plasmas, qara,  zavalı görünən, dəhşətli eynəkləri çıxartdım. Mən bunu etməliyəm ya da heç bir seçim yoxdur. Artıq rəngləri təsəvvür etmək lazım deyil. Onları mənimsəmək və kağızın üzərinə köçürmək möhtəşəm bir başlanğıc olacaq . Bunu etməliyəm-  eynəkləri geyinməliyəm. Onu gözlərimlə paralel qaldırdım. Son anda gözlərimi yumdum. Sonra soyuq plasmas qulaqlarımın üstünə oturdu. Göz qapağlarımı ehtiyatla qaldırdım…. 
        Zaman daralır, gözlər enləşirdi. Bəbəklər sürətlə sanki mehdən tirtir əsən gölü xatırladırdı. Onun kimi şəffaf rəng olmuşdu. Göl kimi iri məkanı seyr edirdim. Ayaqlarım azca qorxaraq yerə qısındı. Elə bil yerin əriyib gedəcəyini sanırdım. Bu heyrana layiq mənzərə məni daxilər başqa insana çevirdi. Mənim tanımadığım, mənə aid olmayan varlığa. Cəld əlimi uzadıb sürüşkən göy divardan tutdum. Onun üzərində iri elanlar yapışdırılmışdı. Hər vərəq müxtəlif rənglərdə idi. Mənim həmişə gördüyüm ağda onların arasında dururdu. Başımı çevirib ətrafa baxdım. Onlarında -uşaqlarında dərisinin rəngi bir-birinə bənzəyirdi. Əynindəki forma hamıda bir rəngdə idi. Lakin öz səliqəsi və ya pintiliyi ilə seçilirdi. Heyif ki, pərdələr bağlı vəziyyət də idi. Mən günəşi görməliyəm!  Əlimi buraxıb ona tərəf vəhşitək qaçırdım ki, döşəməyə çırpıldım. Ətrafda duranlar mənə qeyri-adi bağışlarını görsətdilər. Kim isə mənim qolunu tutub yuxarı qaldırdı. Bu Sürxan idi. 
-Aaaa… Hər şey yaxşıdı? 
Mən ayağa qalxıb, onun sifətinə gözlərimi bərəldib baxdım. 
-Nə olub?  Keç qırağı görüm… Hə, üzümə niyə belə dəli kimi baxırsan. Nə tapmısan orda. 
-Heç… bağışla. 
Həmişə boz dərili, qara saçlı, qara gözlü insanları görürdüm. Sürxan isə mənim təsəvvür etmədiyim ağ dərili, sarışın adamdır. Yaxından insan varlığın necə gözəl olduğunu anlayıram. Parlaq zümrüdü daş kimi gözlərlə mənə baxırdı. Orada çaşqınlıq gözümə sataşdı. 
-Görürəm, qızlardan gizdənmək istəyirsən. Buna görə düz hərəkət edib eynəyi taxtın. Onlar sənə heç yaraşmır. 
Hər kəsdə olduğu kimi qırmızı rəngin bir çaları onun dodaqlarında və dilində idi. Dişləri ağ deyil azca sarı rəngə yaxındır, həmçinin  qoxudan siqaret çəkdiyini gizlədə bilmərəm. Üzündə bəzi qara yox, qırmızı yaralar var idi. Qırmızı bu necə də görünən, yağlı bir rəngdi. Onun çalarları sanki ətrafa yayılıb, bütün rəngləri əsir alıb. Onun nə qədər şöhrətli, əsrarəngir olmağı hər kəsin vurulmasına, paxıllığına, qəzəbinə tuş gəlir. 
-Rafael! Hər şey yaxşıdı. Özünə gəl! Hamı bizə baxır. 
Əyilmiş qamətimi düzəldib, dik dayandım. Məni əhatəyə almış sanki kitabdaki rəngli şəkillərə baxırdım. Bəzilərin saç rəngi, bəzilərin gözləri, bəzilərin dərisi müxtəlif boyalarda rənglənmişdir. Lakin yenidən qırmızı rəng bəbəklərimi kor edirdi. Hər kəsin dodaqları onun açıq çaları idi. Qızlarda isə bunun kəskin parıltılı rəngi gözə dəyirdi. Zəgin nə tərzdə vurulmağını belə hiss etmədim. Bu rənglərə baxmaqdan doymurdum. Birdən zəng vuruldu və Sürxan qolumu dartıb, özünə tərəf çevirdi: 
-Əgər indi özünə gəlməsən…Üzünə bir şillə vuracam. Nə olub? Çürümüş milçəyə oxşayırsan. Gözlərini mənə bərəldib baxır. Üstümdə nə var?- Deyə o, əynimdəki eynəyi sürətlə qapdı. 
-Nə edirsən?- Çığırdım. Yenidən zülmətli otağa düşdüm. Hardaki mən narahat, mənasız, üzücü bir həyat sürürəm. 
-O, dəqiqə gözlərin adi oldu. Nə görürsən bu eynəklərdə,-deyə mən  əlimi uzadanda, o, məndən uzaqlaşıb eynəyi gözləri ilə paralel tutdu. Bu cənnətə bənzər eynəyi hələ taxmadı. – Bəlkə bu eynəklər hər kəsi çılpaq görsədir,-deyə güldü. 
-Sürxan, taxma onları. – Daha ucadan qışqırdım. 
-Ay səni, qızlara hələ baxırdın…-deyə gözünə taxdı və bir anlığa sıçrayıb onları tuladı.- Bu nədi. Sən əməli başdı korsan. 
Fürsətdən istifadə edib eynəkləri yerdən götürdüm. Çantanın görünməz yerinə atdım. 
-Dedim sənə taxma. Nə gördün orda? 
-Yalnız bulanıq yer. Çox bulanıq. Sənin gözlərin o dərəcədə zəifdi?- deyə hələ də gözlərini sıxıb, ovuşdururdu.- Düzü, mən öz dostlarımın eynəyini geyinmişdim. Amma bu qədər… incitməzdi. 
-Daha heç bir şey? Heç bir şey görmədin? 
-Yox, təbii ki. Görmədin, taxan kimi bir saniyə keçməmiş atdım,-Deyə üzünü qaldırıb mənə baxdı. Gözlərinin ağlı qişası tündləşmişdi. 
-Gəl, ayaqyoluna girək. Sən nəsə yaxşı görsənmirsən.       

                                                              "Sadiq dost"

          Bir hadisəni daha aydın anlamışdım: Sənə güvənən, sadiq duran hər hansı bir varlıq və ya cansız əşya başqalarına cəzadır. Yəni məni incidən birinə onlar dəhşət törədər. 

   Mən rəngləri ayıra bilmədiyimə görə Sürxanın gözündə daşan qanı görə bilmirdim. Ala – qırmızı rənglər onun gözünü örtmüşdü. Məktəbin sağlamlıq şöbəsinə yollandı. Bu ona  kömək etməmişdi. Az sonra valideynləri məktəbə gələrək, azca qırğın saldılar. Baş verən bu hadisə hər kəsin ağzında gəzir və qarışıq müəmaya çevrilir. Əsasən orada : “ Məktəbə yeni gələn oğlan onu çırpıb…Deyirlər son dəfə o təzə gələn oğlanla birlikdə idi…Elə bilirdim sakit bir şeydi demə belə dalaşır…Görəsən, Sürxan ona nə edib ki, onu bu günə salıb…” – Bu dedi-qodulara görə kimsəsiz, sakit bir otaqda oturmuşam. Direktor Sürxanın valideynlərini sakitləşdirir. Sonra isə bura- öz otağına qayıdacaqdır. 
        Zəif, kiçik , zavallı bir cansız , şüşəsi minlərlə cızıq xətlərlə yazılmış eynək bütün bunları törətmiş. O , yalnız mənə məxsus olduğunu bir daha sübut etmişdir. Onun  mənə göstərdiyi cənnəti heç kəs görə bilməzdi. Əlimdə eynəyi daha da sıxdım. Ona sanki vurulmuşdun. Ağ, boz boyalarla xoşbəxt yaşamaq mümkün deyil. Çeşmənin isə bağışladığı… 
Qapı çırpıldı: 
-Hansı eynəkdi bu? 
Qardaşımı görən kimi yerimdən sıçradım. Onun çatmış qaşı məni təkərə saldı. Xeyir, ondan qorxmuram sadəcə təşvişə düşməsi mənim vicdanımı boğur. 
-Nə eynəklər?- deyə əşyanı ovcuna basdım ki, görünməsin. 
-Kamerada gördüyüm o, oğlanın sənin əlindən aldığın eynək.  
-Hə… bu…. Sadəcə onun… sevgilisinin eynəyi idi. 
Ona artıq ikinci dəfə yalan danışdım. Bu vicdan daxilimi yandırırdı. Bunu nəyə görə edirdim. Məgər şeytana çevrilirdim? Və ya hər hansı bir eynəyə görə yalan danışmalı idim? Xeyir…mən…sadəcə…xoşbəxt olmaq üçün bunu deyirdim. Çünki qardaşımı hər kəsdən daha çox istəyirdim. Məni çalanın içindən çıxardan yalnız o olurdu. 
-Rafael, sən niyə tanımadığın qızın eynəyinə görə özünü az qala öldürürsən pıçıldadı: 
-Yox, sən səhv anladın… 
-Rafael …- deyə səsini ucaltdı. Sonra isə qapının səsini eşidən kimi əllərini aralayıb məni hirslə bağrına basdı. Qulağıma pıçıldadı: 
-Dərdini həmişə mənimlə paylaşardın. Sən mənə yalan danışmazdın…    
Avtomobilin təkərləri yüngülcə yolun çalalarını keçirdi. Şüşədən günəşin son, ağ, uzun əllərini görürdün. Sanki o, kimsə tərəfindən yerin içinə batırdı.  Düzü uşaq vaxtı belə düşünürdüm. İndi eynəkləri taxmağa ürəyim dəlitək istəyir. Amma… Yanımda-sükan  da uzun boy, yanaqları, alnı tündləşmiş narahat sifətli cavan oğlan oturmuşdu. Onun balıq kimi səssiz olması məni daha da yaralayırdı. Bütün bunlara son qoymaq üçün mənə təkcə öz düşüncəm və vaxt tələb olunur.   
-Xahiş edirəm anama heçnə demə. 
Qardaşımdan səs gəlmədi. Onun xırıltılı nəfəsi olduğu kimi davam edirdi. Deməli Fərhadın daxilini sonacan parça-parça etmişəm. Bu yaralara dərman yalnız həqiqət idi. 
       Evə daxil olduqda böyük otaqdan anamın ayağ səsini eşitdim. 
-Oğlanlar? Bir yerdə gəldiniz? 
Fərhad arxaya çevrildi və mənə iti baxışlarını yönəltdi. Əgər bu söhbəti anama söyləsə… 
-Heç, fikirləşdim ki, mənim sevimli, mənə güvənən qardaşım yorğundur və buna görə onu özüm evə gətirdim. 
-Hə… lap yaxşı. Onda tez gəlin yeməyə. 
Ayaqqablarımı çıxararkən boynumdan kəskin bir şəkildə kim isə tutdu. Mən başımı qaldırdım. Orada qonur rəngi, etiraz duyğusunu, həyata nifrəti, məhv olmağa xas bir görüntünü seyr etdim.  
-Bunu sənə görə deyil, anama görə etdim. 
        Mən açılmış pəncərənin arxasında oturub, qardaşımdan fikirləşirdim. Onun qəzəbindən sezilən duyğuları görmüşdüm. Nədən axı o ailə üzvlərinin içindən ən çox narahat olandır?Elə bil böyük, dəhşətli bir səhvə yol verəcəyimdən qorxur. Axır-əvvəl onun hər şeydən xəbəri olacaq. Mən isə eynəyi gözümə taxıb al-qara səmaya baxırdım.  Buludlar çəkilən kimi ora da parlaq işıq əmələ gəlir. Bu nuru “ay” adlandırırlar. Mən onu çəhrayı boyaya rəngləyərdim. Onun günəş qədər maraqlı olmadığını bilirdim. Sonra isə çevrilib, malberdin üzərindəki yeni çəkilmiş ay və günəş şəklinə baxdım. 

                                                             "Saxta bir mən"

      Qaça-qaça eynəkləri burnuma taxdım. Bir anlıq dayandım və yenidən iti addımlarla gecikdiyim dərnəyin qapılarını açdım. Burada da gözlədiyim kimi rəngarəng bir dizayın var idi. Həmçinin hər kəsin malberdin hazır dayanmışdı. Göründüyü kimi məndən savayı orada keç kəsin vərəqi yox idi. Sakitliyin hökm sürməsi məni təşvişə saldı. 

-Salamın.- İncə səs müəllimənin stolu arxasına məxsus idi. Ora tərəf baxdıqda adi rənglərin yığımını özündə toplamış qızı gördüm. 
-Salamın,- deyə ona tərəf yaxınlaşdım. Qara gözlər, qara saç, qırmızı dodaqlar, açıq rəngdə dərisi göründü. Bu öz səsi və davranışı ilə məni cəzb edən Ceyla. O, əyninə parlaq qırmızı don geyinmişdi. Onun dodaqları  don rənginə bənzəyirdi. 
-Necəsən? Bəs müəllimə haradadır? 
-Yaxşı! Sən? Anam…Müəllimə iclasdadır. 
Onun təbəssümü mənim huşumu aparırdı. Məgər insan həyatdan bu qədər həzz ala bilər? Bunu seyr etmək bir növ xoşbəxtlikdir. 
-Hə… Yaxşı mən oturub işimi görüm. 
Malberdə yaxınlaşıb əsərimi ora yerləşdirdim. O, isə mənim arxamca qaçıb əsərimə baxdı. Bir an dayanıb gözünü ora zillədi. Sanki orada hər hansı bir sirri itirmişdi. 
-Elə bil əsərində nəsə dəyişdirmisən. Amma yenədə, həmişəki kimi heyrətlə buna baxıram. 
-Ola bilər. Yəni bu dəyişiliyi bəyəndin? 
O, mənə baxdı. Qara gözləri düşünüb, uzun yol qət edirdi. Qəflətən qapı çırpıldı və bu gözlər əsas məqsəddən yayındı. Müəlliməm qaçaraq bizim yanımıza gəldi. 
-Rafael…Rafael 
-Bəli…müəllimə nə baş verib? Sakitləşin. 
-Rəssamlar arasında yarış olacaq….Sabah. 
-Sabah? 
-Hazır ol! Çünki adi yarış deyil. Başqa ölkələrdən rəssamlar gələcək,- deyə müəllimə təngə nəfəs halda oturdu. 
-Ana niyə qaçırdın ki? 
-Sadəcə özümdə şoka düşmüşəm… 
-Narahat olmayın mən əsərimi bu gün bitirə bilərəm. 
-Hansı çəhrayı ay olan? 
-Xeyir,-deyə çəkilib öz yeni əsərimi təqdim etdim. Düzü, hələ bitirilməmiş şəkildə idi. Ay, parlaq vəziyyətdə ağ və boz rəngdə, bu gün mənim gözlərimi az qala öz nuru ilə kor edən günəş isə tam rəngli deyildir. Təbii ki, arxa tərəf hələ müəmmalı tərzdə qalmışdı. 
-Ay gözəldi. Amma… 
-Siz istədiyiniz kimi…rəngli şəkil və hər şey özünə aid boyada. 
-Sadəcə, Rafael, canım, bura da nəsə çatışmır. Elə hər bil rəssamı onun çəkdiyi şəkildən anlamaq olar. Yəni hər kəsin özünə məxsus bir xətti olur. Amma yalnız bu şəkilində sənə xas olan heç bir şey görmürəm. Sanki saxta şəkildi. 
          Dəhlizdə Sürxanın dünənki əhvalatını qulağasan oğlanlara baxaraq müəllimənin əcaib danışığını düşünürdüm. 
-Deməli mən eynəyi götürürəm. Sonra taxanda birdən gözlərimi ildırım vurur. 
-...Rafael eynəklərində sehrli güc var…Bir də gördün hirsdəndə alov saçar. 
Hamı gülüşür, məni lağa salır. Lakin bunun sayəsində məktəbdə şöhrət qazandım. Eynəklər həyatımı yaxşıya və ya pisə doğru apardığını hələ müəyyən etməmişəm. Bir də gördüm tələsik addımlarla Ceyla gəldi. Əynində qara yubka və ağ kofta var idi. Qara saçlarına isə gözəllik qatan çələng onu mələyə bənzədirdi. 
-Dərslərdən sonra dərnəyə gəl,-Deyə üzü qızardı. 
     Dərnəyə daxil olduğda məndən üstün olan düşmənimlə göz-gözə dəydik. 
-Oğlanlar həmişə məni tələbəm olmusunuz. Həmişə də 1-ci və 2-ci yerləri qazanmısınız. İndi isə keçirilən yarış sadə deyil. Çünki indi öz işini bilən rəssamlarla bir olacaqsınız. Siz qalib gələ biləcəyinizi kim bilir? 
-Gərək o, rəssamlar bizdən qorxsunlar,-deyə tərzini düzəldən düşmənim- Mais mənə tərəf baxdı. 
-Mais, belə də olsun. Mən heç etiraz da etmirəm. Ancaq, sən hansı əsərini aparacaqsan bundan heç düşündünmü? 
-Hə…Elə bil “dərin dəniz” -i istərdin. 
-Əslində gözəl seçimdir. Rafael! Bəs sən. 
-Bu əsərimi,- deyə malberdin üsündə duran. Yarı rəngli, yarı rəngsiz vərəqi göstərdim. 
-Deməli fikrindən dönmədin. Əsər əla yazılıb, amma … 
-Bilirəm bitirilməyib. Siz narahat olmayın. Bütün gecəni onun üzərində işləyəcəm. 
-Elə indidən başlaya bilərsən. Mais səndə hər şey hazırdı….Yaxşı…Gedə bilərsən. Sabah saat 8 də burda ol. 
-Oldu mən gedim. 
Müəllimə onunla sağollaşıb, stoluna tərəf getdi. Mais isə bu vaxta qədər mənə tərəf yaxınlaşıb, əlini uzatdı. 
-Sağ ol, sabah görüşərik. 
Bu varlığa güvənmək çətin işdi. Buna görə onun göy, qalın damarlı əlinə toxunmaq istəmirdim. Amma ki, Mais sərt, davakar, mənə qarşı çıxan biri olmasına baxmayaraq, həmişə qalib gələndə yavaşcadan pıçıldayardı:“Mən birinci yerə layiq deyiləm, ona layiq olan mənimlə bir qrupda iştirak edən oğlandır.” Əlini sıxdım və bu çox illik müharibənin alovunu onun əllərindən duydum. Axır ki aramızdakı münasibət əcaib bir sülh ilə bitdi. Bu sülhün nə qədər süni və ya həqiqi olduğu məlum deyildir…. 
         Mən sarı, narıncı çalarları palitrada qarışdırmağa başladım. Sonra isə cəld  fırça ilə parçanın üzərindən gedirdim. İti hərəkətlərimin böyük səbəbi də ehtiras idi. Şəkilə qarşı qəlbə sığmayan sevgdir. Onun qüsursuz olduğuna tam əmin idim. Axı bu rəngləri sezmək,  onların daxilində yaşamaq, onlarla bir nəfəs olmaq, bu səadəti duymaq bir möcüzədir. 
-Rafael, bir az bura kölgə ver, hə, əla! Sarı rəng parlaq olmalıdır. 
-Bəli necədir? 
-Super! İstədiyimi yaradırsan. Yenədə nəsə çatışmır. 
Mən çevrilib müəllimənin sifətinə baxdım. Onu çox istəyirdim. Sadəcə bu naməlum ifadələri məni sinirləndirirdi. 
-Nə isə davam elə. Birdə Ceyla sənin eynəyini bəyəndi. Dedi-qodulara baxmayaraq o sənin tərəfini tutur. 
Azca gülümsədim, amma yetərincə özümü sıxırdım. Ya da sevinc duyğularımı xaricə verərdim. 
-Ceyla gəldi! 
Arxaya baxdım və gözləmədiyim səhnə ilə qarşılaşdım. Orada qara və narıncı boyalar gözlərimin qabağımdan süzüldü. Ceyranın yanında durmuş qız dünən yenicə gəlmişdi. Eynəkləri taxan kimi onun tamam başqa cür olduğunu anladım. Parlaq, qızılı rəngə çalanda saçları, şüşə kimi mavi gözləri, pörtləşmiş yanaqları, Ceyladakı kimi fərqli qırmızı dodaqları var idi. Bu qızın üzərində əlvan rənglər gəzirdi. Onun gözləridə iti tərzdə mənim bəbəklərimi yarırdı. 
-Sara salam. Özünlə kətan gətirdin? Hə gözəl. Gəl, Rafaelin yandakı malberdə...Rafael…Rafael…-deyə müəllimə məni uca avazı ilə səslədi. Cəld əsrarəngiz rənglərdən ayrıldım. Şəkilimə və göydə donmuş əlimə baxdım. Sanki kiminsə məyus baxışlarına tuş gəlmişdim. Gözlərim qalxanda Ceylanın dodaqlarını bir-birinə sıxdığını və sanki nəm gözlərini gördüm… 
      Saat 18:12 -də hələdə möcüzələr diyarı adını almış dərnəkdəyəm. 
-Deməli adın Rafaeldir,-deyə qəflətən yanımdakı qız dilə gəldi. 
-Sizin də adınız Sara. 
-Rəssamlardan xoşum gəlir,-deyə güldü. 
-Hə! Təşəkkür edirəm,- əsərdən əl çəkib ona baxdım. O, isə elə bil məni cəzb etmək üçün qızılı rəngdə saçlarını əli ilə bururdu. 
-Nəyə görə mənə belə baxırsan?- deyə yenə xırıldadı. Mən pərt olmuş kimi başımı cəld çevirdim.  
-Yaxşıda, sənin xətrinə dəymək istəmirdim. Sadəcə.. 
-Yox dəymədiniz. Sizin saçlarınızın və gözlərinizin rəngi möhtəşəmdir. Yəni sizin üzərinizdə o qədər rənglər var ki, saysam bitməz. 
-Ah… Təşəkkür edirəm. 
Bu sözlər sadə eşidildi. Sanki o  bu ifadələrdən təngə gəlmişdi. Amma həmişəki təbəssüm üzündə parıldayırdı: 
-Sevgilin var? 
Saranın yanaqları olduğu kimi çəhrayı qalırdı. Bu rəngdə qırmızıtək çox incə, yumşaq və qızlara məxsusdur. Necə olub ki, mən ayı məhz bu nazlı rənglə  boyamışdım. 
-Niyə susursan? 
-Hə..Sevgilim… xeyr… Qızlar mənə maraqlı gəlmir. 
-Heyf. 
-Amma məncə indi dəyişmişəm. 
O, qırmızı dodaqlarını cəzbedici tərzdə tutub, dilədiyinə çatmış bir insan kimi gülərüz sima aldı.
-Rafael, -nədənsə möcüzəvi şəkildə qardaşımın səsini eşitdim. 
Arxaya çevrildim və gözlərim bərəldi. 
-Görürəm həmin “sevgilisinin” eynəklərini yenidən götürmüsəm. 
Eynəyin hələdə əynimdə olduğunu anlayıb, cəld ona əl atdım. Plasmas taxtalar qulağımdan qalxdı. Ucadan çığırdım. 
-Rafael nə oldu?-deyə qardaşım məni silkələdi. 
Sanki mənə aid bədən hissəmi məndən ayırmışdılar. Bu bədən hissəm də gözlərim idi. Onlar əcaib şəkildə məni yandırırdılar. Belə bir acı hissi duymamışdım.  Fikirləşməzdin ki, mənə cəza verən mənim sadiq dostum olacaq… 

                                                         Mən kiməm?

     Başımın ağrısından yataqda uzanıb, telefonda Sürxanın göndərdiyi Saranın şəklinə baxırdım. Eynəklər əynimdə olmasada xəyali olaraq rəngləri təsəvvür edirdim. Bu gözəl rənglərlə onu yaratmışdılar. Bu da onu hamıdan fərqli görsədirdi. Ona baxmaqdan doymurdum. Sanki bütün rəngləri ondan öyrənirdim. Qəflətən qardaşım qapını açıb içəri girdi. Mən ayağa qalxdım. O, isə əllərini cibinə qoyub, təmkinlə mənə baxdı. 

-Anan və atana təşəkkür et ki, qışqırmıram. Ya da onlar birdən eşidənlər. Bu məsələni burada həll edib, bağlayırıq.-deyə gözləri telefona sataşdı. 
-Bəlkə, birdən mənə qız sevməyi də icazə verməyəcəksən. 
-Demə ki, o qızı sevmisən….Sən nəyə çevrilmisən…Sən həmin Rafael deyilsən.-deyə mənim çiynimi silkələdi. 
-Əl çək! Mən həminəm. Yalnız bir dəyşilik baş verib. 
Cəld ayağa qalxıb, iti addımlarla malberdin yanına yaxınlaşdım. Onun üzərindən nazik dəsmalı yerə saldım. Orada dərin kainatda parlaq biz ay və yanan sarı günəş bərq vururdu. Ulduzlar isə şəkili heyrətamiz edirdi. Qardaşımın gözləri isə qaranlıqda batdı. 
-Bax gör necə də gözəldi. Necə də nöqsansızdır. Mən qalib gələcəm. Bu dəfə onlar mənim kim olduğumu görəcəklər. İnsanların istədiyi kimi olacam. Sevməyi, azad olmağın hissini biləcəm. Ən önəmlisi də xoşbəxt olacam. 
Qardaşım mənə tərəf yaxınlaşıb kövrəlmiş və zərbə vurucu gözlərini görsətdi: 
-Yalan, yalan. Dediyin hər bir söz yalan,-deyə barmağı ilə sinəmi döyüclədi. -Sən öz-özünü aldadırsan. Sadəcə sən özünü belə proqramlaşdırmısan. Bu eynəklər cəhənnəm kimi bir məkandı. Niyə ki, sən xoşbəxt deyilsən? Məgər ailən həlak olub? Məgər şikəstsən? Məgər korsan?-deyə yetərincə bağırdı.- Düzdür rəngləri ayıra bilməyən rəssamsam… 
-Buda elə dəhşətdir…-səsim qulağlarıma çatanda qorxdum. 
-Sözümü kəsmə! Sən hamı kimi deyilsən, kim olduğunu sübut etməkdə də çətinlik çəkirsən. Amma ki…sən istedadsan. Bəs niyə insanlara görə dəyişməlisən?Onların sevimlisi olması üçün saxta birinə çevrilməlisən? Əsərlərini anlamırlarsa özləri bilərlər! Sən onlar üçün deyil, səni anlayanlar üçün çəkməlisən. Unutma, sən çalışırsan onlar bəyənmir , sən rəngləyirsən onlar gülür, sən yaradırsan onlar isə bunu bacarmır… 
Kiçik, su damcıları soyuq yanaqlarımdan yol çəkdi.     

                                                      Həqiqəti anlamağım.

       Səhər ayağa qalxanda eynəyə bir daha baxdım. O sanki məni səsləyirdi. Qardaşım dedikləri tamamən həqiqət idi. Amma bu adi sözlərdir. Onlar məni təsirləndirsələrdə əqidəmdə eynəklər barədə fikir  pozulmamışdı. Onu çantama atıb, əsərim ilə məşğul olmaq vaxtı gəlmişdi. 30×42 ölçüdə olan şəkli atamla birlikdə çərçivəyə saldıqdan sonra iri bir paketə qoyduq.  Çox həyacanlı olduğumu da elə atam sezdi. Birlikdə səhər yeməyinə oturdukda ilk o, sözə başladı. 
-Düzü səninlə ora da ola bilməsəm də bilirəm ki, qalib gələcəksən. 
-Ata, nədən belə düşünürsən? 
Anam söhbətə qarışdı: 
-Çünki sən bizim üçün həmişə qalibsən 
-Anan düz deyir. Sənin əsərlərin fərqliliyi ilə həmişə seçiləcək. Nə olsun ki, münfislər bunu görmür. Əsas odur ki, biz bunu görürük. 
-Gördün dünən ki, söhbətimizdə qeyd etdiyimi atam təkrarladı,-deyə qardaşım mənə tərəf dünənkindən fərqli olaraq yumuşaq sifətlə baxdı. 
-Doğrudan da dünən tarixə yazılmalı bir hadisə baş vermişdi. İki qan qardaşları ilk dəfə bir-birinin üstünə səslərini qaldırdılar. Niyə?-deyə atam qaşlarını çatdı. 
-Heç, vacib bir işi başa salırdım. 
      Artıq iri bir zalda böyük boz izdihamların arasından anamı keçirib, stul axtarırdım. Qardaşım universitetə təcilii çağırılmışdı. Buna görə mənim yanımda olmayacaq. Yer  tapandan sonra anama dedim: 
-Ana sən burda otur. Mən isə bir iştirakçı kimi şəkilimi təhvil verməliyəm. 
-Yaxşı. Uğurlar sənə!- deyə cəld yanağımdan öpdü. 
Səhnəyə tərəfə qaçdım və qabağıma Mais, qızarmış, tərli sifəti ilə çıxdı: 
-Müəllimədə səni axtarır. Tez gəl. 
Səhnənin arxasına keçib orada “çapalayan” müəlliməni gördüm. 
-Ah gəldin… Gözəl…ver şəkili mənə…gedim yerləşdirim. Sən isə yerindən tərpənmə. Mais bəsdi həyacanlandın. Get əl-üzünü yu. 
Hər kəs dağılışıb, işin dalınca qaçdı. Mən isə bir müddət həmkarlarımın təşvişini seyr etdim. Beləliklə mən əlimdə eynəklərlə ortalıqda qalmışdım. O mənə çatlı  şüşələrlə mən isə ona məyus verici gözlərlə baxırdım. Mən aciz olduğunu anlayıb eynəyi gözümə taxdım. Kəskin bir baş və göz ağrısı məni tutdu. Lakin gözlərimin gördüyü cənnət qədər müqayisə olunmaz bir hiss məni aldı. Bunu niyə edirdim? Mən özüm kimi qalmalı idim. Başqalarına görə dəyişməməli… Zəhrimar çeşmək…Əlimi cəld eynəyə uzadırdım ki, onu kim isə tutdu. 
-Salam…Uğurlar sənə. 
Bu göy ətəkdə, ağ kofta da bir qız idi. Arxadan hörmüş, irəlidə isə saçını açıq qoymuş bir qız idi. Yanaqları pörtmüş və göyə qalxmış bir canlı idi.  Ceylanın gözləri dalğa kimi ora bura qaçır, dəniztək xoş bir mənzərəyə oxşayır. Onun kimi dərin və incə üz ifadəsinə malikdi. Qəlbim onu daha gözəl tanımaq istəyirdi: 
-Çox sağ ol. Düzü çox həyəcanlıyam. 
-Qalib gəldiyin məlum olduğu anda niyə həyəcanlı olmalısan ki? 
Gülüşdük. 
-Təşəkkür edirəm, amma qalib gəlmək istəmirəm. 
-Nəyə görə? 
-Çünki buna layiq deyiləm. 
Mən onun gözlərinə baxdım. Onlar buz kimi donmuşdular. Sanki onun yalnız gözləri deyil, həmçinin ruhu donmuşdu. Bir söz demədən başını aşağı saldı. Mənim isə gözüm tamaşaçılara sataşdı. 
-Əgər Saranı axtarırsansa, o orda deyil. 
Bu soyuq səsi ilk dəfə idi ki, eşidirdim. 
-Xeyir, onu axtarmırdım sadəcə anamın rahat oturduğuna baxırdım. Niyə Saranı axtarım ki? 
-Sadəcə dünən çox yaxınlaşmışdınız. Mən düşündüm ki … 
-Xeyir, mənimlə onun arasında heç bir şey ola bilməz. 
-Xətrinə dəymək istəmirəm. Amma oğlanlar həmişə belə qızlara aldanır. Məncə sən onu deyil… 
-Onun rənglərini sevmişdim. Bəli…Bəli, sən həmişəki kimi haqlısan… 
      Saat 12:12-i görsədirdi. Bir anlıq hamının içi titrədi. Tər üzlərindən axdı. Onların gözlədiyi an həyata keçirdi. Ağızlar qapandı, ürəklər daha cəld döyündü. Qalibin adını çəkən münfis əlində kiçik bir vərəqlə ora çıxdı: 
-Artıq yarışın sona çatan vaxtıdır. Çətin olsada qalibi müəyyən etməyə bacardıq. 
-Bu…-deyə susdu. Sanki hər kəsin səbrini yoxlayırdı.  – Bu “S.Bəhlulzadə adına rəssamlıq dərnəyi”-nin Cəmilə müəllimənin şagirdi olan Rafael…. 
     Artıq 15 dəqiqədən sonra dəhlizdə izdiham məni əhatəyə alıb təbrik edir, əl çalır, qışqırır, ucadan gülürdü. Mən isə sadəcə gülümsəyin, ürəkdən deyilməyib “çox sağ ol” sözünü bildirirdim. Çünkü anlayırdım ki, əsər mənə deyil saxta birinə aiddir. Mais çiynimi toxundu: 
-Niyə sevinmirsən? Sən qalib gəldin…Nə olub? 
Başımı aşağı saldım və eynəklərdə olan gözlərimi sıxdım. Mən qalib gəlməmişdim! 
-Mən qalib gəlməmişəm!- deyə anlamadan onun üstünə qışqırdım. 
Bu donmuş gözləri onda da gördüm. Onlar yavaşca qızarmağa sonra isə alovlanmağa başladı. Məni arxaya itələdi. 
-Nəce yəni qalib gəlməmisən. 
-Başa düş!Mən belə bil şəkil çəkə bilməzdim. 
-Deməli sən onu çəkməmisən. Yalançı.- deyə bağırdı. 
-Məni belə adlandırma,-deyə mən bütün gücümlə onu arxaya- adamların üstünə itələdim. İzdiham boğuq bir süquta qərq olmuşdu. O ayağa qalxıb, əlində bir yumuruğu sıxıb üstümə atıldı. Məni döyüclədi. Mən çoxdan onu çırpmaq niyyətində idim. Qəzəb içimdə alovlandım. Mənim bir yumuruğum onun üzündə də qırmızı ləkə qoydu. Məni arxadan tutsalarda yenədə onun üstünə cumurdum. Qızların çığırması, təlaşa düşmüş ətraf qulağıma çatmırdı. Yalnızca Maisi necə yerə sıxıb üstünə bağırmağım fikrimdə idi. Mən sanki şeytanın əlində idim. Belə qəzəbi hələ həyatım boyu hiss etməmişdim. Birdən incə əllər qolu sıxdı. Bütün iqtidarımla onu itələdim. Ceyla başını tutub, döşəmənin üstünə yıxıldı. Mən göz ucu ora baxdım. Bu an sanki qəlbimə iti oxu batırdılar. Mən Maisi buraxıb ona tərəf qaçdım. Ceylanı qaldırıb: 
-Bağışla, bağışla bunu etmək istəməzdim. 
Onun gözləri yaş və parlaq idi. Qəflətən başımı əcaib bir ağrı tutdu. Zərbədən arxaya çevrildim, üzümə bir yumuruqdan yerə yıxıldım. Eynəklərim düşüb, küncə sarı sürüşdü. Şüşələrin gördüyü son  səhnə çirkli daban idi. Bəli, “sadiq dostum” ölmüşdü. 
-Mais bəsti əl çək ondan! 
Ceylanın çığırması oyunun son pilləsi idi. Gözlərimdə işıq parıltısı get-gedə söndü…    

                                                            Cəza

      Hıçqırtı ilə ağlayan səs məni oyatmışdı. Gözlərimi açdım, amma hər yer qaranlıq idi. İşıq heç bir səmtdən gəlmirdi. Əlimi yaş əllər sıxır, yaş dodaqlar öpürdü. 
-Ana niyə ağlayırsan? Sakitləş. 
-Rafael! 
-Hə ana. 
-Qorxma, hər şey yaxşı olacaq söz verirəm. Yaxşı olacaq. 
-Ana anlamıram səni. Onsuzda hər şey yaxşıdı. 
Yenidən, lakin başqa tərəfdən hıçqırtı eşitdim. 
-Burda kim var? İşıqları niyə yandırmırlar. 
Yaş əllər daha bərk məni sıxdı. 
-Sakitləş, hər şey yaxşı olacaq. 
-Sən sağalacaqsan! -Ceyla bir nəfəsə dedi. 
-Ana nə baş verir?-Mən səsimi qaldırdım. 
-Oğlum…-daha ucadan ağladı. 
-Ana de…nə olub? -Səbirsiz tərzdə onun üstünə qışqırdım. 
-Sənə bərk zərbə endirilib…Burada işıq yanıqdı…sadəcə sən…  
Qəlbimə qılınc batdı. Qoca dənizlə mübarizə apardığı kimi məndə özümlə mübarizə aparırdım. Amma ki, o uğur əldə etdi. Mən isə dəhşətli cəzanın qurbanına çevrildim! 
Vahiməyə gələrək diksindim. Mən etdiyim faciəvi səhvləri indi qavrayırdım. Ağ ciyərim daraldı. Ağlım düşünməkdən vaz keçdi. Qəhərləndiyimi boğazıma təsir edən ağrıdan anladım. 
-Yox...Yox...ola bilməz...-deyə yetərincə bağırdım.- Ana mən buna inmıram. İstəmirəm.. Bunu... Hiss... Etmək... İstəmirəm... -dilim duzdu suyu içdi. 
-Sakitləş... Sakitləş ..-deyə Ceyla hıçqıraraq boynuma sarıldı.-Hər şey düzələcək...düzələcək... 
Qapı açıldı və qardaşımın səsi: 
-Ana, ana.. Hər şey yaxşıdır...bir müddətdən sonra yenidən görə biləcək. 
                       
                         Əlişli Çinarə 

                                                   


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+9=
Hesaba giriş
Müəllif

Çinarə Əlişli
Haqqında
Hal-hazırda mənim 16 yaşım var. Uşaqlıqdan kitablara marağım olub və onları sevə-sevə oxumuşam. Onlara qarşı olan sevgini heç vaxt, heç kim dəyişdirə bilməz. 11 yaşım olanda isə ilk əsərimi yazıb-yaratmışdım. Bu əsərin nəticələri uğurlu olduğundan həm ideyalar, həm də həvəs məni yeni əsər yazmağa vadan etdirdi. Hobbim çoxlu kitab oxuyub, onu dərindən anlayıb, bacardığım qədər gözəl əsər yazmağdır. İndi isə əsərlərimin digər dillərə tərcümə edilməsi, dünyada şöhrət qazanmaq və hərkəsin yaddaşında silinməz iz qoymaq mənim ən vacib və böyük məqsədimdir. “Sən kim olursansa ol, nə istəyirsənsə istə, əgər nəyisə bərk istəyirsənsə, mütləq əldə edəcəksən, çünki bu arzu Kainatın Ruhunda doğulmuşdur. Bu, sənin Yer üzündəki vəzifəndir.” Paulo Koelho.
Əlaqə
Tel.:
0707521730
E-mail:
alishlychinara@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0331 saniye