Özünü məndən apar
GÜNEL ƏLİYEVA tərəfindən "Şeir" bolməsinə 19:31 29 noyabr 2015 tarixində əlavə olunmuşdur

Apar şirin sözünü,
Mənə baxan gözünü,
Xatirənin yüzünü,
Minini məndən apar.
Əllərinin ətrini,
Sevginin həsrətini,
Sənsizliyin dərdini,
Qəsdini məndən apar.
Apar ,sevdiyim, apar,
Bilməm günahım nədir?
Qəm- kədər məni tapar.
Apar gülən üzünü,
Apar yanlış -düzünü,
Apar, nə olar apar,
Sənə aid hər şeyi,
Sənlə yanan işığı,
Qəlbimin yaraşığı,
Ya qayıt gəl ömrümə,
Ya da get birdəfəlik
Özünü məndən apar.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+10=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.025 saniye