ÖZÜNÜ QOYUBDUR DAĞIN BAŞINA
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 20:53 28 may 2018 tarixində əlavə olunmuşdur

Yaman qəribədir deyir filankəs,
Işinə gəlməyən gəlmir xoşuna,
Dünən adam bilib əl verdiyəm kəs,
Özünü qoyubdur dağın başına..


Dəhşəti bilirsiz nədir qəribə ?
Biri  özlüyünü yüksək aparır,
Nahaqdan kor qərib deyib Ərəbə
Özü aləmində gəzib dolanır.


Ay Allah, hər günə şükürlər olsun!
Sənin böyüklüyün bəsimdir ,bəsim!
İki üzlü,riyakar bizdən gen olsun ,
Onda yaşamağa artar həvəsim.


Seymurun sözünü tənə sayan kəs,
Qürurun kimlərə qırır,utanmır,
Kiminə nəsihət faydasız,əbəs,
Gözlərimdən düşür,ölür,utanmır.

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

28.05.2018


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+13=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0519 saniye