Padşahın cənnət cəhənnəm maacərasi))
Samir Qiyaszadə tərəfindən "" bolməsinə 18:25 10 may 2014 tarixində əlavə olunmuşdur

Bir gün Padşah ölür və özünü Allahın dərgahının qapıları qarşısında tapır. Qapının önündə mələklərdən biri onu qarşılayıb deyir:
- "Cənnətə xoş gəlmisiniz, böyük Padşah. Sizi buraya yerləşdirməzdən əvvəl deməliyəm ki bir problemi həll etməliyik. Sizin kimi yüksək rütbəli bir siyasətçinin cənnətə düşməsi çox nadir hadisədir, biz də sizin barədə nə edəcəyimizi, açığı, bilmirik. Bu səbəbdən belə bir qərara gəldik ki, siz, əbədiyyən harada yaşayacağınızı demokratik üsulla özünüz aydınlaşdıracaqsınız, bunun üçün sizi bir gün cəhənnəmə, bir gün də cənnətə yollayacağıq."

Mələk Padşah liftə qədər ötürür. Lift işləməyə başlayır, aşağı enir-enir və nəhayət qapı açılır. Keçmiş Padşah liftdən çıxır və yam-yaşıl qolf meydanında olduğunu anlayır. Uzaqdaki dəbdəbəli klubdan ona tərəf həyatda bir vaxtlar bir yerdə işlədiyi siyasətçi-dostları qaçaraq yaxınlaşır. Görüşürlər, qucaqlaşırlar, keçmiş yaxşı günləri yada salırlar, azərbaycan xalqı sayəsində necə varlandıqlarını xatırlayırlar. Bir partiya qolf oynadıqdan sonra uzaqlıqdaki kluba yollanıb qara kürü, xərçəng və digər dadlı nemətlərlə nahar edirlər.

Keçmiş siyasətçilərə Şeytan özü də qoşulur. Padşah onun heç də qorxulu olmadığını, əksinə çox xoş, yaraşıqlı və şən olduğunu görür. Günün sonunda Padşah cəhənnəmdə vaxtının keçdiyinə və geri qayıtmalı olduğuna görə hətta təəssüflənir. Dostlar sağollaşırlar. Padşah kədərlənir. Liftə minir, lift yuxarı qalxır və qapı açılır. Həmin mələk yenidən onu qarşılayaraq bu dəfə cənnətə qədər ötürür. Cənnətdəki 24 saatını Padşah belə keçirir: buluddan buluda tullanır, arfa çalır, ibadət edir və mahnı oxuyur. Gün uzun və darıxdırıcı keçir.

Nəhayət mələk peyda olur və soruşur:
- "Böyük Padşah, bir gününüzü cəhənnəmdə, bir gününüzü də cənnətdə keçirdiniz, indi isə demokratik seçki sonrası haraya yollanacağınızı və əbədiyyətinizi harada keçirmək istədiyinizi açıqlamalısınız." Padşah bir qədər düşünür, başını qaşıyır və deyir:" Nə deyə bilərəm ki, cənnət - həqiqətən gözəl yerdir, amma deyəsən mənim cəhənnəmdən xoşum gəldi."

Mələk gülər üzlə Padşahı liftə qədərə ötürür və qayıdır. Padşah liftlə aşağı enir, qapı açılır və - hər tərəf səhra, zibillə dolu, dostları əyinlərində kombinezonla ətrafdaki zibili yerdən toplayıb qara paketlərə yığır...
Şeytan Padşaha yaxınlaşır və onu salamlayıb qucaqlayır. Padşah deyir:
- "...Başa düşə bilmirəm, dünən burada qolf meydanı, klub, ziyafət, kürü... ümumiyyətlə kef çəkdik. Bu günsə ətraf zibillə dolu səhradır, dostlarımsa son axmaqlar kimi işləyir..."
Şeytan eşitdiklərinə bərk gülərək deyir:
- "Dostum, sırağagün bizdə seçki qabağı təbliğat kompaniyası idi. Bu günsə sən bizə səs verdin."


... dəfə oxunub
Qiymət: 9/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
9+14=
Hesaba giriş
Müəllif

Samir Qiyaszadə
Haqqında
Fikirlərinizdə inqlab yaratmaq məqsədi ilə...
Əlaqə
E-mail:
samirqiyaszadesamir@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0275 saniye