Pafoslu şeir demək, yoxsa düşünə, düşündürə bilmək
Tural Sahab tərəfindən "Digər yazılar" bolməsinə 18:02 10 aprel 2014 tarixində əlavə olunmuşdur

                  

Ədəbiyyat ciddi bir sahədir, təlxəklərin içində olmaması gərəkən, ciddi bir sahə.

Ədəbiyyatın vəzifəsi əyləndirmək, düşündürmək və marifləndirməkdir. Ədəbiyyatda qalanlar, tarixin vərəqləri içərisində yox olmayan böyük düşüncə sahibləri, nəyisə dəyişdirmək istəyən insanlardır. Yazarlar çox insanın görmədiyi problemləri duyan, cəmiyyəti uyaran insanlardır.

Bir zamanlar Cavid haqqında belə bir ifadə işlənirdi; “ Başqaları şair olmaq üçün yazanda, Cavid şair olduğu üçün yazırdı”. Cavidin zamanında da yüzlərcə qələm sahibi vardı. İndi hardadılar onlar, onları xatırlayan kimsə varmı?

 Bu gün də vəziyyət eynidir. Yüzlərcə, minlərcə yazar var və əksəriyyətinin də tək problemi məşhur olmaqdır, yəni şair, yazar olmaq üçün yazırlar. Onlarca əbədi məclislər fəaliyyət göstərir. Bu məclislərin bir çoxunda şairlər bir yerə yığılıb şeirlər oxuyur, bir- birilərini tərifləyirlər. Bu hal təkcə məclislərdə olmur, hər hansı bir tədbir keçirildimi mütləq orada odlu- alovlu bir şeir demək lazımdır. Deyə bilmədinsə, sən batdın.

Ay qardaş, bəlkə biri heç şeir deyə bilmir, ancaq bu insan düşünə, düşündürə bilir.

Ədəbiyyat axı təkcə pafoslu şeir deməkdən ibarət deyil. Şairləri susan bir millətin, haq- həqiqət səsi batmışdır, demək. Bu gün şairlərimiz Ramiz Rövşən yaradıcılığının  təsiri altına düşüb, özü də hamsı. Ramiz Rövşən kimi bir şairin bu zamanda yaşaması həm yaxşıdır, həm də yaxşı deyil. Necəki Füzuli elə bir zirvəyə çıxmışdı ki, özündən sonra gələnlər əsirlərcə nə onun təsirindən çıxa bilmiş, nə də onu keçə bilmişdir. Bax bu gün şair ola bilmək üçün iki yol var gənc qələm sahiblərinin qarşısında. Ya Ramiz təsirindən çıxacaq, ya da ondan daha böyük bir zirvəyə qalxacaqlar.

 Bu gün yetərincə problemimiz var. Dini radikalizm, mədəniyyət adı ilə əxlaqsızlığın tərənnümü, ailə sistemimizə olan hücumlar, kitab oxumamaq.

Bu gün mənim vətənimin gəncləri bir başqa ölkədə cənnət axtarışına çıxıblarsa bu mənim və digər qələm sahiblərinin  günahıdır.

Bu gün ailənin müqəddəs sayıldığı bir məmləkətdə boşanmaların sayı bu qədər artıbsa bu ədəbiyyat adamlarının günahıdır.

Bunlarla savaşmaq yerinə işi- gücü pornoqrafiyanı təbliğ olan yazarlar kimin günahıdır, bax bunu bilmirəm. Gənclik yazarların yazıları, tvlərdəki proqramlar və cəmiyyətdə gördükləri ilə formalaşır. Bu ölkədə illərcə sünni – şiə söhbətləri elədilər. Bu söhbətlər olmasaydı, bir şiə bir sünnini öldürərək cənnətə gedəcəyini düşünə bilərdimi? Ədəbiyyatımızda bu problem haqqında bir dənə sanballı əsər varmı?? – cavab nə yazıq ki, yoxdur.

Əxlaqi dəyərlər mentalitet adı ilə hər yerdə təqib edilir. Bir mavinin, bir şou ulduzunun həyatı roman olaraq yazılır, içində bol- bol erotik səhnələr olaraq təbi ki.

Ən çox baxılan saytlar porno saytlardır. Demək bir əsərdə ehtiraslı səhnələr olarsa, o əsər gənclər tərəfindən oxunacaq. Əqidəli, millətini sevən bir yazar bu işə qarşı gələcək, gəncliyi uyarmağa çalışacaq. Tək dərdi şöhrət olmaq olanlar isə, bu istəklərinə çatmaq üçün gəncliyi heç düşünmədən zəhərləyəcəklər.

Bu  gün çox az qələm sahibi var ki, bu böyük təhlükələri görüb, millətini uyarır. Onlar da çox vaxt mentalitetçi adı ilə gözdən salınmağa çalışılır.

Bir misal var deyir: “ Birinin arvadı boşanıb, dədəsi evinə qayıdır. Bu hadisəni ürək ağrısı ilə danışan dostunun sözünü kəsən ağıllının biri, ayə dəymə- qoy çox olsunlar deyir”

Yəqin ki, başa düşdüz məsələ nə yerdədir. Bax bu gün yazarlarımızın arasında bu cür düşünən insanlar var. Bunlara nə qədər ailə dağılsa, nə qədər gəlin olsa bir o qədər yaxşıdır. Bu insanlar əlbətdə yazmayacaqlar ailələrin niyə bu qədər çox dağılır, bu cəmiyyət hara gedir, deyə.

Ədəbiyyat ədəb sözündən  gəlir, ən azı bu bizim dilimizdədir, bu bizim millətimizdədir.

 


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
7+4=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0306 saniye