Paralel dünya. (2-ci hiss)
Çinarə Əlişli tərəfindən "Digər yazılar" bolməsinə 15:19 28 avqust 2018 tarixində əlavə olunmuşdur

                                                                  2-ci hissə      

                                                                  Həqiqi yuxu    

Yumuşaq otların üzərində iki qız uzanmışdı. Onlar kolların, ağacların və təmiz havanın əhatəsində idilər. Göydə parlayan ulduzlar onların ayılmasını gözləyirdilər. Uşaqların, camaatın səsi hər yeri almışdı. Park çox, iri və dolu görsənirdi. Axır ki, ilk oyanan qız öz eynəyini axtarmağa başladı. Geyinən kimi işıq saçan tərəfə baxdı. Ayağa qalxıb, ora sarı irələdi. Uşaqlar yellənəcəkdə fırlanmağını, oynamağını, valideynlər əllərində körpə uşağı tutub yedizdirməklərini gördü. Dostlar ora-bura gəzib, gülüşürdülər. Dilarə fikir verdi ki, evlərinə yaxın olan bu parka çoxdandı gəlmir. Çünki xeyili şeylər dəyişilib, rənglənib, qoyulub. O, heyrətlə göyə baxdı. Gümüşü rəngə çalan bu ulduzların baxışıyla kifayətlənib, təəccübləndi.

-Bu yuxudu. Hə, Dilarə?-Deyə Xəyalə gözləri bərədilmiş Dilarəyə baxdı.

-Yağış yağmır...Çox qəribə...Gecə saat 12-dir...Millət isə hələ də parkda uşaqlarla gəzişir.

-Nə bilirsən saat 12-dir?

-Getməmişdən əvvəl baxmışdım.

-Hara getmişdik ki, sən baxdın?

Dilarə ağzını ayırıb ona baxdı. Onun üzündə ki, ifadə çox qorxulu şəkildə gözə dəyirdi. Sonra Xəyalənin qolundan tutdu və silkələməyə başladı:

-Mənim yadımda deyil. Xəyalə, biz hara düşdük? Nə baş verir?

Xəyalə ondan aralandı. Anladı ki, Dilarə yenidən şoka düşüb. Belə olan da isə o gic-gic hərəkətlər etməklə kifayətlənir. Onu sakitləşdirmək elədə asand iş deyil. Bir azdan çərəsiz halda fikirlərinə dalaraq, ağlamağa başlayacaq. İlk dəfə belə hadisə ilə kimyəvi reaksiyanı nə qədər çalışsada anlaya bilmədiyi halda raslaşmışdı. Xəyalənin səyləri nəticəsində o sakitləşib hər şeyi anladı.

-Dilarə dərindən nəfəs al. Hər şeyi belə anlamaq olar. Sənin beyninə hava çatmır. Buna görə sakitləşə və ağıllı bir fikir söyləyə bilmirsən.-Xəyalə özündən safeh sözlər uydurub onu özünə gətirirdi.

-İndi nə edək. Sakit olsam da, olmasam da...Nə mənası. Hər şey sənə görədir...-O, qışqırdı. Xəyalə anladı ki, o 2-ci mərhələyə keçib. Gözü qabağında görən insanın üzərinə səhvləri atmaq.

-Dilarə, qışqırma hamı bizə baxır.

Dilarə cəld susdu. Qəzəbli gözləri Xəyalənin üzərində gəzirdi. O, hələ adi hallda nəfəs almırdı. Birdən Xəyalə ətəyin sağ cibində ki, yükü hiss etdi. Əlini ora salıb uzun bir cihazı çıxartdı. Axır ki, məsələnin nə yerdə olduğunu anladı. Pultun babanın qəribə, ölümlə nəticələnə bilən cihazına aid olduğunu başa düşdü və birdən yaddaş kasasının bir hissəsi işıq saçmağa başladı. Başını qaldırıb Dilarəyə baxdı. O, sakit-sakit pultu seyr edirdi. Sonra əlini uzadıb pultu ondan aldı. Kiçik ekranda müxtəlif, saysız-hesabsız rəqəmlər görsənirdi.

-Pult xarab olub?

-Bilmirəm. Bəlkə, belə olmalıdı.

Dilarə əsəbi şəkildə dərindən ah çəkdi.

-Götür.-Deyə pultu ona uzatdı.-Lənətə gəlmiş cihaz. Axı baban nə icad etmək istəyib. Sənin evinin yaxınlığındaki park. Bəlkə o elə yorğun olur ki, bu parka ayaqla gələ bilmir. Buna görə belə cihazı icad etdi. Basdın düyməyə, uçdun bura. Bu qədər... Necə də asand bir iş.-Dilarə əsəbi tərzdə mənasız fikirlərini irəli sürürdü.

-Yox, babam belə savadsız cihaza vaxt itirməz.-Onun səsi ciddi çıxırdı. Həm də səsində incimək kimi bir duyğu hiss olunurdu. Sonra gözlərini təmkinli şəkildə qıydı və qaşlarını çatdı. Dilarə anladı ki, o, gərgin bir fikir söyləyəcək.-Yaxşı, gəl sənin dediyinlə razılaşaq. Bəs onda niyə saat 12-də camaat bura yığışıb? Bu vaxtı körpə uşaqlar yuxularında olmalıdırlar.

-Onlar özləri bilərlər. Valideynlər körpə uşağın nə vaxtı yuxuya getməsini bizdən yaxşı bilirlər.

-Dilarə özünü gəl. Dediyini qulağın eşidir?

-Yaxşı, Xəyalə gəl sənin fikirini eşidək. Baban nə icad edib?

Xəyalə ağzını açıb, yumurdu. Sadəcə olaraq karıxdı. Babası belə savadsız cihaza vaxt itirməz. O, buna inana bilmirdi. Buna qarşı hər hansı bir səbəb olmalı idi.

-Gördün. İndi isə evə qayıdaq.

Xəyaləni birdən bir fikir doladı.

-Gözlə!

O, yaxınlıqda olan qəribə geyinmiş, kök kişinin yanına yaxınlaşdı. Kişi təəccüblə onu başdan-başa süzdü. Sonra Xəyalə gülümsəyən üzünü ola göstərib dedi:

-Üzün istəyirəm, saat neçədir? Deyə bilərsiz.

Kişi qolunda ki, qeyri-adi hətta götünməz saata baxdı. Xəyalə bir anlığa elə fikirləşdi ki, bu kişi onu ələ salır. Lakin o birdən qolun üzərində ki, parıltını sezdi. Kişi bir neçə dəfə onun üzərindəki düymələri basdı.

-Bağışlayın yeni brend saatlardandı. Mən bu holoqramayla işləyən saatlara öyrəşə bilmirəm. Bu axmaq oğlu, saatdan başqa hər şeyi bura salıb. Üzür istəyirəm. Bu gün əsəbiyəm...

-Holoqrama saatları?-Xəyalə səsizcə dedi.

-Hə, saat doqquza qalıb 20 dəqiqə.

-Doqquza qalıb?-Deyə arxada duran eynəkli qız dedi.

-Təşəkkür edirik.-Deyə Xəyalə öz təəccüblü üzünü güclə gizlətdi. Sonra Dilarənin qolundan tutub oradan uzaqlaşdı.

-Mən kor deyiləm. Əminəm ki, saatı düz görmüşəm. Öz də bir neçəsinə baxmışdım.-Deyə Dilarə eynəyinin şüşəsini köynəyinə sürtdü.

-Saat doqquza qalıb! Bəlkə...Onda...Bu cihaz zamanı geriyə aparır.

Sükut onların sözünü kəsdi. Hər ikisi deyilər cümləni düşüncələrində götür qoy etdirdilər.

-Yaxşı, tutaq ki, belədir! Yox, yox!-Dilarə gözlüyünü taxıb, əlləri ilə saçlarını dartmağa başladı. Ora-bura fırlanırdı. Onun üzündə ki, ifadəni çətin ki, oxuna bilsin. Sonra dayanıb, camaata baxdı. Sadəcə ağac parçasını oxşayırdı. Xəyalə bir qırağda sakit tərzdə durmuşdu. Ona mane olmaq fikirində deyildi. Axır ki, Dilarə əllərini bir-birinə vurub, qışqırdı.

-Zaman geriyə getməyib. Biz zamana görə geriyə getmişik.

Xəyalə qaşlarını çatdı. Həmişə nə isə ona çatmayanda belə üz ifadəsini alırdı.

-Mən anlamadım!

-Ya da daha dəhşətlisi.-Dilarə gözlərini iri açıb, təşvişlə ona baxdı.

-Nə Dilarə, de..Nə dəhşətlidi?

-Vaxt geriyə yox, irəli gedir.-Axır ki, onun gərgin və əsəbi tərzi keçib getdi. Gözlərində maraq işığı saçırdı.

-Dilarə sən nə deyirsən? Biz bura gəlməmişdən əvvəl saat 12 idi. İndi isə saat doqquza qalıb.

-Deməli yeni gün artıq başlayıb. Və hal-hazırda saat doqquza qalıb.

-Niyə yeni günün başladığını fikirləşirsən? Bəlkə indi babamın öldüyü gündür.-Deyə səsi getdikcə alçalır və məyus eşidilir.

-Bu mümkün deyil, çünki babanın öldüyü gündə bu saat yağış yağmalı idi.

-Yaxşı onda o, niyə bu cihazdan istifadə edib?

Dilarə dondu və gözlərini ona dikdi.

-Bunu bilmirəm ən yaxşısı evə qayıtmaqdır.

-Hə düz deyirsən.                    

                Onlar park boyunca irələyirdilər. Xəyalə adamların qəribə geyiminə, yelləncəklərə və sonda parlaq ulduzlara baxırdı. Sanki buranı işıqlandıran bu ulduzlar idi. Lampa deyilən bir şey görsənmirdi. Bəs bu işıq hardan gəlirdi.

-Dilarə sən fikir verdin ki, burda uzun, küçə lampaları yoxdu.

-Görmürsən!-Deyə əlini qaldırıb parlaq sarı işığı görsətdi.

-Amma uzun dəmir yoxdu. Onu göydə nə tutur?

Dilarə lampaya tərəf gəldi. Doğrudanda bildiyimiz uzun və lampanı göydə hamıya tərəf işıqlandıran bu dəmir yox idi. Xəlayə onun altında dayanıb göyə baxdı. Adamların gözünə bu iki qız sataşırdı. Uşaqlar durub onları izləyirdilər. Bəlkə bu maraqsız günü iki qız əyləndirər.

-Siz nə etmək istəyirsiz?

-Uşaqlar!-Deyə Dilarə onlara gülümsündü.-Bunu göydə nə tutur.

Xəyalə ona diqqətlə baxdı. Qaşlarını çatıb, gözləri ilə ona susmağı üstün tutduğunu işarə etmək istədi.

-Uşaqlar.-Deyə Xəyalə söhbətə qarışdı. Onun səsi qalınlaşırdı.-Mənim rəfiqəm sizi yoxlamaq istəyir. Buna görə belə ağlasığılmaz suallı sizə verir.

-Biz sizi başa düşmürük. Göydə onu heç nə tutmur. O, özü göydə belə qalır.

-Əzizim, o, deyəndə sən nəyi nəzərdə tutursan.-Dilarə incə tərzdə söylədi.

-Təbii ki, “quş işığı”nı nəzərdə tuturam.

-Quş...Nəyi.-Deyə Xəyalə irəli keçdi. Düşünür ki, sözlər qulağına səhv çatıb.

-Hakimlər tərəfindən düzəlmiş “Quş işığı”.-Deyə oğlan qışqıraraq əllərini silkələdi.- Siz neçənci əsrdən gəlmisiz. Gedək burdan.-Deyə əli ilə yelləyib uşaqları öz dayınca apardı.

                                                                                  4-cü fəsil.

-Onların dediyini eşitdin.-Xəyalə maşın yolu hesab edilən cığır ilə gedirdi. Amma bura qaranlıq, səssiz bir məkan idi. Sağ tərəfdə kiçik, içi zülmət ilə dolu evlər dururdu. Qəribə qoxular hər yeri almışdı. Sanki, bütün ətirləri havaya buraxmışdılar. Hətta Dilarə elə düşünürdü ki, elə bil şüşənin üzərində gəzirdi. Çünki hər addımdan sonra qəribə səslər gəlirdi. Suda köpüklərin bir-birinə dəydiyi avaz onun qulağına çatmağa başlayırdı. Qəribə eşidilsədə həqiqətən bir anlığa dayanıb avazın kimə aid olduğunu bilmək istəyirsən.

-Dilarə, niyə dayandın?

-Mən artıq həqiqətən qorxuram. Bu zarafat deyil.

Xəyalə dərindən nəfəs alıb, ah çəkdi.

-Nədən qorxursan?

-Zamanın dəyişiyi, işığın göydə olması, evlərin formaları, adamların qəribə geyimi, maşınların yox olması, ətirlərin qoxusu, ayağ basdığımız yerin əcaib səsi, səni qorxutmur? Bunlar səni qorxutmur?Hətta bilirsən mən nə düşünürəm. Bəlkə bu ayrı bir...

-Ayrı bir nə?-Onun üzü laqeyd ifadə almışdı.

-Planetdi?

-Sən...Deyəsən sən yorulmusan, yatmaq istəyirsən. Gəl, gəl...Evdə mən sənə yumuşaq...

-Xəyalə, mən zarafat etmirəm. İnanmıram ki, biz sənin evinə gedirik. Burda hər hansı bir səhvlik var. Sən nəyə əsasən öz evini tapmaq istəyirsən?

-Gecə gözəli güllərinə əsasən. Onlar yalnız bizim həyətimizdə var. Mən buna tamamilə əminəm.

-Yaxşı sən dediyin olsun.

                Birdən onların söhbətini, bütün şəhəri bürüyən qəribə nəğmə səsi kəsdi. Zülmət və səssizliyi pozan bu nəğmə qızları qorxuya saldı. Sanki musiqi hər kəsin nəfəsini xüsusi ilə qızların küllək vıyıltısına bənzər səsini udurdu. Onların ürəyini donmuş kimi edirdi. Sevinc, gülüş bağışlayan bu səs onların alnından suyu axıtdı. Bu musiqinin gətirdiyi hadisə, indi nəyin baş verəcəyini düşünəndə isə sadəcə sümükləri titrəyirdi. Nəğmənin gəlməsi, saatın kiçik əqrəblərinin doqquzun üzərində titrədiyini bildirirdi. Musiqi bitdi və nəfəs yenidən işə başladı. Zülmət öz yerində, səssizlik höküm sürürdü.

-Dilarə bu nə idi? Niyə musiqi gəldi?-Sakit bir səs eşidildi.

-Bilmirəm. Deyəsən saat daqquzdu.

                Qəflətən necə oldusa zülməti öldürən, onu yandıran gözəl göy işıq saçdı. Cihazdan gələn göy işıq kimi bütün cığıra parladı. Bu təmiz, içində balıqların süründüyü, üzdüyü, köpüklərin əsdiyi, parlaq ağ işıqların onun şəfaf rənginə göy işıq bağışladığı su, dalğalanıb şüşəyə dəyirdi. Sanki göydə ki, ay onun yaranmasından üzü güldü. Bir-bir uzun cığırın üstü gözəl, insanın ürəyinə yatan, onun sakitləşdirən mənzərə yarandı. Amma iki qız heyrətdən, təəccübdən, qorxudan göyə hoppanıb qışqırmağa başladılar.

-Dilarə, Dilarə biz balığın üstündəyik.-Deyə bağırdı.

-Yox...Bu...akvariumdu.-Deyə qışqırdı.-Yerin altında akvarium var. Bax!-Deyə şahadət barmağını qaldırıb irəli göstərdi. İndi bütün evləri, ağacları görmək oludu. Bu möcuzəvi mənzərəyə baxmaq istəyən səhərdən gözləyirdi. İndi evlərdən çıxan uşaqlar yolun üzərinə oturub balıqların gözəl formalarını, rənglərini izləyirdilər. Valiyednlər onların yanında durur gülümsəyirdilər. Bu iki dost sayılan zülmət və səssizlik burdan qovulub getdilər. Onların yerinə sevinc hər yanı aldı.

-Xəyalə, həyatımın ən gözəl yuxusu budur. Oyanmaq istəmirəm. Bu sehrdi. Sadəcə bu gözəllik...

-Dilarə bu yuxu deyil...Bu həqiqətdi. Akvarium yerin altındadı...Yerin altında...İnsanların fantastikası sadəcə aşır-daşır.

-Mən indi anladın sənin baban nəyi icad edib.

-Nəyi?-Deyə üzünü çevirib ona sarı çevirdi.

-Sənin babanın cihazı bizi gözəl yuxulara aparır.

-Yox! Babam bunu necə icad edə bilər. Onun nəyinə lazımdı?

-Bəlkə yuxusuz gecələr keçirirdi.-O, sanki sərxoş kimi danışırdı.

-Dilarə, mənim ağıllı fikirli rəfiqəm hardadı? Özünə gəl.-Deyə onu tutub silkələməyə başladı.

-Hər şey əladı! Məni burax!-Dəyə ondan aralandı.-Yaxşı, yenədə sənin fikirin nədi?

-Əgər evə çatsaq hər şeyi anlayacağıq. Bütün dəyişiliyi anlayacağıq.

-Yaxşı, bəs onda sənin evin hardadı. Mənim yaddıma düşmür ki, sizin küçədə, yerin altında okeanın bir hissəsi olsun. Olsaydı mən bura köçərdim.

-Təsəvvür edək ki, bu yuxudu. Yuxuda, bizim evimizə gedən yolda bu möcüzə yaranıb. İndi adi tərzdə evə yollanaq. Tutaq ki, biz bunu görmürük.

-Bunu necə görməmək olar.-Deyə əyilib, balıqlara baxmağa başladı.

-Dilarə ayağa qalx! Gəl gedək.

-Hara? Xəyalə dərindən bir fikirləş. Hara getmək istəyirsən.

-Yaxşı.-Deyə gicgahını oxşamağa başladı. Onun gözləri bir balığa sataşdı. Onun gözəl, qırmızı, incə quyruğu var idi. Elə bil çarəsizlikdən hətta bu balıqdan kömək istəmək fikirinə gəlmişdi. Amma necə ona baxdısa anladı ki, o da kömək etmək iqtidarında deyil. Sanki balığı da yenicə bu məkana yerləşdiriblər. O, da bu mühütə güclə öyrəşirdi. Ora-bura fırlandığdan sonra kiçik mağarasına daxil oldu. Oradan hamını seyr edirdi. Lakin birdən necə oldusa onu kimsə mağaraya dartdı. Bir neçə saniyədən sonra oradan iri, kök bir balığ çıxdı. Ağzın da kiminsə qırmızı quyruğu silkələnirdi. Xəyalə təşvişli üzünü yığışdırıb Dilarəyə baxdı.-Mən bildim. Yuxu olduğuna görə heç nədən narahat olmaq olmur. Buna görə azsaq, problem olmaz. Sadəcə gəl axramca.

Dilarə ayağa qalxıb, amma başını aşağı salıb balığlara baxa-baxa onun dalınca yeriyirdi:

-Görəsən yenə nə görəcəyik. Bu yuxu özündən nə çıxaracaq.

                Onlar yol ilə irələyir, hamının qəribə bağışları ilə qarşılaşırdılar. Xəyalə isə yalnız evlərin həyətinə diqqətlə baxırdı. Onları bir neçə dəfə gözdən keçirirdi. Dilarə gülə-gülə balığları seyr edir heç ona fikir vermirdi. Hərdən onun həqiqətən içmiş hesab etmək də olar. Birdən onların yanından iki nəfər oğlan keçir. Qırağdan baxıb gülümsəyirlər.

-Qızlar hellovin bayramı deyil ki, belə geyinəsiz. Amma buna baxmayaraq çox əla görsənirsiz.- Qırmızı pencək geyinmiş oğlan irəli keçdi.

Onların əynində qəribə qara boş şalvar, pencək geyinmişdilər. Birinin saçının rəngi hətta yaşıla bənzəyirdi. Göy işıqla qarışanda isə rəngi daha əcaib görsənir.

-Doğrudan!-Dilarə əsəbi şəkildə gülümsündü. Xəlayə isə anladı ki, indi bu oğlanların canı çıxacaq.-Klounlar bu sözləri bizə dedilər. Bilmirdim ki, bu gecə tamaşa olacaq. Bilsəydim çoxdandı sizə baxmaq üçün bilet alardım.

Oğlanlar ağızlarını ayırdılar. Sədəcə qızları öz sözləri ilə güldürmək fikirin də idilər. Bu cavab isə onların, ağıllarına belə gəlmirdi. Yaşıl saçlı, qızın hirsli üzünə baxaraq dostunun qolunu sıxdı. Sonra onu irəli itələyib, oradan uzaqlaşdı.

-Dilarə, sən nə vaxt oğlanlarla danışmağı bacaracaqsan.

-Nə vaxt oğlan bacaracaq o, anda mən də bacaracam.

-Bu oğlan bilərək bu sözləri söylədi ki, səni cəlb etsin.

-Bu sözlərlə cəlb etmək olmur.

-Axı niyə sən hər sözə ciddi baxırsan. Bu zarafat idi.

-Yox! Əslində o düz deyir. Camaata bax, biz fərqliyik.

-Nə olsun ki?

-Yaxşı, səncə mən nə etməli idim?

-Bir az yumuşaq deməli idin. Həm də onu görmədin?-Xəyalə gülümsəyərək dedi.

-Sən nəyi nəzərdə tutursan?

-Geyimi. Onun dostu isə...

-Xəyalə nədən söhbət gedir.

-Dostunun pənceyi açıq idi...Onlar əla görsənirdilər.

-Qutar, qutar...-Dilarə ağız-burnunu əydi.- Oğlanların təkcə bədəninə baxırsan. Onların xasiyyəti it kimidir. Hörmət deyilən şey yoxdu.

Xəyalə dərindən ah çəkdi.

-Nə isə! Gedək.-Deyə onun əlindən tutub irələdi.

-Biz nə qədər gedəceyik?

-Mən dəqiq bilmirəm. Amma...Bax...bax...Gecə gözəli.-O, yerindən hoppanıb, sevinərək qışqırdı. İrəli keçməzdən əvvəl heyrətləndi.

                Artıq camaat yığışıb evlərinə girirdi. Lakin onlar təəccüblü addımlarla həyətə daxil oldular. Həyətdə iri, yaşıl tut ağacı heç yox idi. Onun yerinə əcaib şeylər dayanmışdı. Həmişə qapısı çətinliklə açılan, yaddaşına babası haqqında ağır xatirələri bağışlayan bir otaqlı laboratoriyanın yerində taxta ilə örtülmüş kiçik bir anbar dayanmışdı. Evin özü bir az dəyişik formada idi. Böyümüşdü və damı yastı balkon idi. Balkonun üstü isə iri şüşə ilə bağlı dayanmışdı. Bu həyətdə yalnız onların sevimlisi, yolu bulmağa həmişə yardım göstərən bənövşəyi güllərin indi üzərinə plastik yumuru şüşə salmışdılar. Sanki onlar boğulur, nəfəsləri çatmırdı. Getdikcə rəngləri tündləşirdi.

-Bura mənim evimdir. Bu mənim güllərimdi. Kim onları bu zibilə bağlayıb?!-Deyə səsini qaldırdı. Hirsli olmağı sezilirdi. Cəld qaçıb güllərin yanında başını əydi.-Dilarə, mənə kömək et. Mən bu zibili çıxaracağam.

Soyuq və quru əllərini uzadıb şüşənin üstünü toxundu. Oranın ləkə-ləkə edəndən sonra dəhşət baş verdi. Şüşənin üzərindən qırmızı işıqlar bir neçə dəfə süzüldülər. Ucadan qəribə, qulaq batıran səs gəldi. Bu nəğmə kimi sakit və mülaim deyildi. İnsanın qəlbindəki təşvişi oyadırdı. Onlar hər iki əlləri ilə qulaqlarını sıxdılar.

-Xəyalə sən nə etdin!!!

-Mən səni eşitmirəm...!-Deyə bağırmağa başladı.

                Birdən səs bitdi. Təkcə yaxılıqda suyun içindəki, kiçik, çırpınan dalğaların avazı hər yeri almışdı.

-Dilarə...

Güllərin yanında duran, evin qapısı çırpıldı. Tünd narıncı saçlı və digər iki oğlana baxanda əynində göy rəngdə köynək olan gənc, qapının ağzında dayanmışdı. O, hər iki əlini uzadıb onlara tərəf tutmuşdu. Onun uzatdığı əlin içində qara uzun lüləsi olan bir əşya dayanmışdı. Dilarə onun üzünü gördükdə səkitcə dedi:

-Xəyalə...Sən əminsən ki, bu yuxudur?

O, bəzi kiçik məlumatlara görə başa düşdü ki, onun ovcunda silkələnən, səs batırıcı tapancadır.

                                                           DAVAMI GƏLİR

                                                                                                                   Əlişli Çinarə


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+29=
Hesaba giriş
Müəllif

Çinarə Əlişli
Haqqında
Hal-hazırda mənim 16 yaşım var. Uşaqlıqdan kitablara marağım olub və onları sevə-sevə oxumuşam. Onlara qarşı olan sevgini heç vaxt, heç kim dəyişdirə bilməz. 11 yaşım olanda isə ilk əsərimi yazıb-yaratmışdım. Bu əsərin nəticələri uğurlu olduğundan həm ideyalar, həm də həvəs məni yeni əsər yazmağa vadan etdirdi. Hobbim çoxlu kitab oxuyub, onu dərindən anlayıb, bacardığım qədər gözəl əsər yazmağdır. İndi isə əsərlərimin digər dillərə tərcümə edilməsi, dünyada şöhrət qazanmaq və hərkəsin yaddaşında silinməz iz qoymaq mənim ən vacib və böyük məqsədimdir. “Sən kim olursansa ol, nə istəyirsənsə istə, əgər nəyisə bərk istəyirsənsə, mütləq əldə edəcəksən, çünki bu arzu Kainatın Ruhunda doğulmuşdur. Bu, sənin Yer üzündəki vəzifəndir.” Paulo Koelho.
Əlaqə
Tel.:
0707521730
E-mail:
alishlychinara@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0325 saniye