Paralel dünya
Çinarə Əlişli tərəfindən "Digər yazılar" bolməsinə 19:33 11 mart 2018 tarixində əlavə olunmuşdur

                                                                 Dünya

                                                               1-ci fəsil

Şüa pəncərənin şüşələrini yarıb pərdənin üstünə düşürdü. Orada xırdaca atomlar ora-bura yırğalanıb, bir-birinə dəyirdilər. Bu an isə döşəmə cırıldamağa başladı. Kimsə pərdəyə doğru yaxınlaşırdı. Sonra isə onu tez bir zamanda qırağı çəkərək göydə ki, tozu nizamdan çıxartdı. Şüa, gözü yaşıl rəngli, kiçik dodaqlı, qar kimi ağ dərili və narıncı saçlı qızın üzünə dəydi. O, ağzı yumulu, burnu ilə nəfəs alaraq, ciddi gözlə həyətə baxırdı. Əslində gözləri günəşin işığına görə belə təmkinli görsənirdi. Çünki isti nur göz bəbəyinə elə təsir etdi ki, o gözlərini turşudurdu.

-Xəyalə!- Qızın səsi onun qulağlarına çatdı. Bu kresloda oturan, dizinin üstünə kitab, dəftərini qoyan, eynəkli qız idi.

-Nə? Dilarə, nə istəyirsən.-Deyə arxaya dönüb ona baxdı. Hal-hazırda şüa artıq onun üzünə yox, kresloda oturanın üzündə gəzirdi.

-Pərdəni bağla! Günəş gözümə dəyir!

Axır ki, narıncıya və sarıya çalan işığı evdən qovdular. Xəyalə, Dilarə ilə üzbəüz olan divanda yerini tutdu. Lakin onun kimi əllinə kitabı alıb, oxumurdu. Yenədə gözü pərdəyə baxırdı.

-Bəlkə tarixin üzünü açıb təkrarlayarsan! Test yazacağıq.- Dilarənin çiyninə kimi olan qara saçı üzünə düşmüşdü. O, əli ilə saçını qulağının arxasına çəkdi. İndi onun qəhvəyi rəngində gözlərini ətraflı görmək olurdu. Həmçinin gözlərində səbirsiz bir insanın ifadəsi sezilirdi. Çünki onunla üzü-üzə dayanan yaxın rəfiqəsindən heç bir səs-səmir çıxmırdı.-Xəyalə!

-Hə! Eşidirəm!- Deyə cəld başını çevirib ona baxdı.

-Nəsə baş verib? Niyə təkrarlamırsan.

-Tarixi niyə təkrarlamıram? Bu sualdı?

Dilarə ona bir neçə dəqiqə baxdı. Sonra köksünü ötürüb dedi:

-Hə unutdum! Sən tarixi oxurmursan və hal-hazırda heç vicdan əzabı çəkmədən köçürməyə hazırsan.

-Hə!-Deyə sadəcə olaraq gülümsədi.

Dilarə isə yenədə başını aşağı salıb, oxumağa başladı. Bütün fikirini, zikirini kitabda ki, məlumatlara və tarixlərə topladı. Sanki kitab onunla söhbət edib onu öyrədir, inamını, zövgünü dahada artırırdı. Ona yüksək qiymət almaq üçün həvəsləndirirdi. Lakin birdən necə oldusa bu söhbəti kimsə kəsdi.

-Dilarə!

Dilarə başını qaldırıb ona baxdı. Onun üzündə ki, narahatçılığı görüb kitabı örtdü. Anladı ki, belə məqamda oxumaq mümkün olmayacaq. Sinifdə bunu oturub səhifələyər. Çünki indi rəfiqəsinin dərdini qulağasmalı olacaq. Bu isə uzun çəkə bilər. İrəli əyilib qabağda ki, jurnal masaya digər kitabların üstünə, birini də qoydu. Kresloya söykənib, eynəyini çıxartdı.

-Hə! Səni eşidirəm.

-Səncə niyə babam laboratoriyaya tez-tez yollanır.

-Bəlkə işi çoxdur!

-Bəs niyə narahat görsənir. Cəld qaçıb ora girir. Bütün gecəni çalışır.

-Zənimcə, qorxur ki, kəşf etdiyi yeni mayedə səhvə yol verər. Buna görə narahatdı və daha çox işləyir.

-Yox baba heç vaxt elə şeylər haqıqnda fikirləşmir.

-Nə bilirsən?-Deyə Dilarə maraqlanmağa başladı. Xəyalə isə bir az fikirə gedib axır ki, dedi:

-Hə yadıma düşdü. Həmişə deyirdi ki, hər hansı bir işi görəndə qorxmaq deyil, özünə inamlı olmaqla hər şey alınar. Əgər qorxsan və özünə inanmasan hər şeyə son qoya bilərsən. Qorxu ilə inamı aldadıb, məhv edərsən və həyatda nail ola biləcəyin bir şey sadəcə olaraq başqaların zəhməti olacaq.

Dilarə ağzını ayırıb ona baxırdı. Bu fikirləri sadəcə olaraq qulağardına da vermək olardı. Lakin dərindən baxanda həyatda rast gəlinə bilən ittifaqdır. Xəyalə isə bunu deyib Dilarənin sözünü gözləyirdi.

-Xəyalə sən öz dediyini dərindən anlaya bildin?

-Deyəsən hə. Amma bunun bura nə dəhlisi.-Sadəcə olaraq gülümsədi.

Dilarə gülməyə başladı. Onun səsi Xəyaləyə çatanda oda ona qoşuldu.

-Sən bilirsən mən niyə gülürəm.-Deyə Dilarə güc-bəya ilə özünü dayandırdı.

-Əslində yox!

-Onda niyə gülürsən.

Xəyalə qəflətən susdu. Doğrudanda gülməyin heç yeri deyildi.

-Dilarə, mən indi gəlirəm.

-Hara belə?

-Laboratoriyaya!-Deyə ayağa qalxdı. Əynində ki, göy, mil-mil ətəyi düz əməli fırlatdı. Ağ futbolkasını isə onun içinə saldı. Bu vaxtacan Dilarə dodaqlarını dişləyib fikirə getmişdi. Xəyalə onun yanından keçib qapıya yaxınlaşanda o, nəhayət dedi:

-Niyə?

-Sadəcə olaraq!

-Hə yaxşı! Amma tez ol. Məktəbə gecikə bilərik.

Xəyalə onun sonuncu sözlərini eşitmədi. Qapını açıb həyətə çıxanda üzünə sərin hava dəydi. Hər yer yaşıllığa bürünmüşdü. Yerdə ki, yaşıl otlar elə bil günəşin işığı ilə canlanırdılar. Sanki digər qurumuş otlara yardım göstərmək üçün oyandılar. Külək isə onlara öz səsi və gücü ilə arxa oldu. Lakin qapının yanında onların tezə əkdikləri gül hələ yuxuya qərb olmuşdu. Onun möhtəşən bənövşəyi rəngi sanki hamıya gözəl anları yada salırdı. Bu gülü gecənin gözəli adlandırırdılar. Səhərlər səsi, cınqırı belə çıxmamış yatırdı. Lakin gecələr öz gözəliyi ilə sözün əsil mənasında hamını heyrətləndirirdi. Xəyalə bu gülü uşaqlıqdan bəyənirdi. Onun rəngi Xəyalənin əhvali-ruhiyyəsini qaldırırdı. Hətta deyərdim içərdən gülün xasiyyətini hiss etmişdi. Güldən sol tərəfdə isə iri tut ağacı günəşin istisindən hamını qoruyurdu. Ağacdan tünd bənövşəyi, kiçik, bir-birinə sıx, nizamla birləşmiş dairələrdən ibarət meyvə yerə düşdü. Düşən tut, hava axınını yararaq otların belini əydi. Xəyalə bu an sol tərəfə üzünü çevirdi. Və meyvənin əzilib, şirin mayəsinin töküldüyünü görmədi. Sol tərəfdə bir otaqlı kiçik ev dayanmışdı. O, tamamilə dəmirə bürünmüşdü. Günəşin isti havası onu qızdırırdı. Xəyalə dəmirlə örtülmüş qapının yanına yaxınlaşdı. Qulpundan tutub dartmağa başladı. On yaşında necə ağır tərzdə açırdısa indidə belə çətinlik çəkir. Nəfəsini tutub dartdı. Qulpun qaynar olmasına baxmayaraq o, səbr edərək qapını özünə tərəf çəkirdi. Axır ki, cırıltı səsini içəri gətirərək qapı Xəyaləyə tərəf gəldi. Evin içi həmişəki kimi qaranlıq idi. Yalnız masa işığı babasına işini görməkdə yardım göstərirdi. O ayaq üstə durub mikroskopun okulyarından baxırdı. Tubusun qırağında ki, vintləri ora bura fırladaraq əşya kürsüsüdə yerləşən şüşədə ki, mayeni uzaqlaşdırır, yaxınlaşdırır, foksunu tuturdu. Xəyalə gözünü qırpmadan şüşənin üzərində ki, mayeyə baxdı. Maye göy rəngə çalırdı. Birdən babası həmin şüşəni əşya kürsüsüdən çəkdi. Onun əlləri tez-tez hərəkət edərək Xəyaləni qorxuya salırdı. Babası çox həyacanlı, qorxmuş halla düşmüşdü. Elə bil vaxtı bitirdi. Əgər vəzifəsini, yəni icad etdiyi cihazı tez, vaxtında bitirməsə nəsə dəhşətli baş verə bilərdi. O, təmiz şüşəni əllinə aldı. Sonra cəld rəflərdən birini açıb, içindən sınaq şüşəsini çıxartdı. Onun ağzı bağlı idi. Babası bu şüşəni bilərəkdən baş-ayaq tuturdu. Xəyaləni daha çox heyrətləndirən isə mayenin yerində qalmağı idi. Maye çox qatı və bərk görsənirdi. Digərləri kimi ora bura hərlənmirdi. Daş kimi şüşənin ucunda ilişib qalmışdı. Babası şüşəni əlində bir neçə dəfə sirkələdi ki, maye aşağı düşsün. Amma yox. Hətta yerindən belə tərpənmədi. Xəyalə nəhayət fikir verdi ki, babası onun burda olduğunu belə duymur.

-Salam baba!

Qəflətən babasının əlində olan sınaq şüşəsi yerdə kiçik parçalara qırıldı. İndi daş kimi olan bu maye babasının ayaqları altında sərinmişdi. Onun ayaqları suya dəydi. Sanki, yağışdan sonra yaranan gölməçədə kiçik yaşlı uşağın hoppandığı səs hər yeri aldı.

-Baba sənin əlində tutduğun bu maye daş kimi görsənirdi, amma indi suya çevrildi.

-Hava onu su döndərdi.

Xəyalə qaşları çatdı. Bununla onun nə demək istədiyini anlamadı.

-Nə isə qızım. Sən niyə bura gəldin.-Deyə gülümsündü.

-Səni görmək istəyirdim. Çox vaxtını burada keçirirsən. Nəsə baş verib?

Babası onun yanına irələdi. Onun üzündə narahatçılıq çox gözəl sezilirdi.

-Yox, heç nə baş verməyib.

Xəyala gözləri onun əllərinə sataşdı. Əllərində göy rəngə çalan damarları az qala xaricə çıxırdı. Üzü qıpqırmızı rəngdə idi. Amma o, hiss edirdi ki, bu heç də qəzəbdən deyil. Bu qorxudandır. Birdən Xəyalə başını yan tərəfə çevirib, orada iri, asılmış pərdə gördü. Pərdə bütün divarı örtmüşdü.

-Bəs orada nə var?-Deyə Babasının xəcalət çəkən üzünə diqqətlə baxdı.

-Orada köhnə, çirkli, lazımsız avadanıqlar var. Sadəcə olaraq pərdə ilə örtdüm ki, gözümə dəyməsin.

-Hə! Aydındır! Əgər istəsən, mən oranı sonra təmizləyərəm.

-Yox, yox ehtiyac yoxdur.

Babası bu sözləri təşvişlə bildirdi. Sonra onun çiyinlərindən yapışdı. Xəyalə qeyri-ixtiyari olaraq çiyinlərin üzərində yükü hiss etdi. Elə bil babası tamamailə taqətdən düşmüşdü. Yerə yıxılmasın deyə, onun çiyinlərindən yapışmışdı.

-Qızım, məktəbə getmək zamanıdır. Dərsə gecikərsən.

-Olar ki, mən axşam saat altıda məktəbdən evə qayıdanda...-Xəyalə bir az çəkindi.

-Hə, bildim. Kurabye ilə süd istəyirsən.

-Səninlə birlikdə onu yemək daha əyləncəli olur.

-Hə bildim. Təbii ki, gələcəm.-Deyə sözünü bitirib onu qucaqladı. Xəyalə isə özünü qəribə tərzdə hiss etdi. Babası onu qucaqlayanda onun əllərinin tir-tir əsdiyini duymaq çətin olmadı. Axır ki, onlar ayrıldılar.

-Yaxşı mən getdim. Axşam görüşərik.-Deyə gülümsədi.

-Mən səni gözləyəcəm.

Xəyalə necə narahat üzlə ora daxil oldusa, elə sifətlədə oranı tərk etdi. Əqlində acı bir fikir yarandı...

                                                                        

                                                                       2-ci fəsil

-Məsələnin cavabını tapa bildin.-Deyə Xəyalə sinfə keçib öz yerini seçdi. Dilarə onun yanında yerini rahatladı.

-Yox! Niyə soruşdun?

-Sadəcə sən məsələni həll edəndə onunla danışırdın. Mənədə maraqlı gəldi görəsən o, səninlə söhbət edəndə öz sirrini danışdı.-Deyə yanaqlarını qaldırdı. Dilarə isə ciddi üz görsətmək istəsədə bu baş tutmadı.

-Xəyalə, zarafatı bir qırağı qoy. Məsələni həll etmək üçün daha çox vaxt lazım idi. Amma mən bu vaxtı kiməsə sərf edim.-Deyə gözləri ilə ona işarə etdi.

-Kimə sərf etdin ki?

Dilarə sadəcə olaraq köks ötürdü.

-Hello childer. How are you?...-İçəri girən qadın dedi.

-Riyaziyyat müəlliməsi niyə ingliscə danışır?

-Xəyalə, bu inglis dili müəlliməsidir.- Deyə qaşlarını alnına qaldırdı. Onun təəccüblü olduğunu o dəqiqə anlamaq olardı.-Sən bu məktəbdə 11 il oxuyursan. Hələ də müəllimələrini tanımırsan!

-Bilirsən mən sadəcə bu dərsləri səhv saldığım kimi müəllimələridə çaşdırıram.

Dilarə özünü saxlaya bilməyib səsizcə gülməyə başladı. 45 dəqiqədən sonra hamının eşidə biləcəyi yüksək zəng səsi gəldi. İçəri yarpaqların rənginə bənzər dar ətəkli və qara köynəkli qadın girdi. Müəllimənin belə sevinclə içəri girməsi hamının diqqətini çəkdi. O, oturub nə isə yazmağa başladı.

-Bilirsən çox qəribədir. Müəlliməni sevindirməyə nə vadan etdi?- Deyə Dilarə, Xəyaləyə sual verici nəzərlə baxdı. Bu şəxs onun üçün müəllimədən çox düşmən kimi görsənirdi. Onu sinfin qabağında alçatmağı sevən, ümidini sarsıdan, onun düşüncəsinə, ağlına paxıllıq edən bir düşmədir.

-Burada heç nə qəribə yoxdur. Hər bir insanın sevinməyə haqqı var.-Xəyalə kitabı vərəqləyərək dedi.

-Mən belə demək istəmirdim. O, həmişə bizə qarşı acıqlı idi. Sinifə girən kimi elə bil bizim gücümüzü özünə tərəf sovururdu. Amma indi...Əslində mən bilirəm niyə o, belə sevinir.-Deyə düşüncəli tərzdə üzünü turşutdu.

-Niyə?

-Çünki bilir ki, biz məsələni həll edə bilməmişik. Amma mən..- Deyə dönüb Xəyaləyə meydan oxumuş kimi baxdı.-Mən indi məsələni həll edib ona görsədəcəm.

-Hə düzdür. Dilarə mən sənə inanıram, səndə alınar. Hələ zəng vurulmayıb, cəld hesabla.- Deyə ona vərəq uzatdı. Onu həvəsləndirməkdən xoşu gəlirdi. Dilarənin xasiyyətində Xəyaləni həmişə sevindirən, təslim olmayıb, sübut eləmək kimi cəhətlər idi. Axır ki, 5 dəqiqədən sonra zəngin səsi hər yeri aldı. Müəllimə sinifin mərkəzində durub sözə başladı.

-Hə, uşaqlar! Mən həmin məsələyə görə...

-Mən cavabını tapmışam.-Dilərə onun sözünü kobud səslə kəsdi.

-Tapdın?

-Bəli! Çox asand idi.

-Ehtimal edirəm ki, yazdığın səhvdir. Çünki məsələdə səhv var.

-Mümkün deyil!- Özünə inamla dedi.

Dilarə ilə müəllimənin zərrə qədər fərqlənməyən üz ifadələri kəskin şəkilə düşdülər. İki tərəf döyüşə, mübarizəyə tam hazır idi. Müəllimə dərindən nəfəsini alıb yenidən dedi:

-Mənə ağıl öyrədəcəksən? Dilarə.

-Mən...-Onun ciddi səslənən sözünü, qolunu sıxan güvvə saxladı. Bu güvvə yanda ki, qıza məxsus idi.

-Müəllimə o demək istəyirdi ki, onun düz cavab tapması mümkün hadisə deyil.-Xəyalə sülh bağlamağla müharibəni bitirmək əleyhinə idi.

-Yaxşı uşaqlar.- Deyə müəllimə nifrət dolu ifadə ilə Dilarəyə diqqətlə nəzər salmağa başladı. Dilarə hiss edirdi ki, onun gözləri qəzəbdən yanırdı. Sonra müəllimə uzun sürən baxışlardan ayrılıb, uşaqlara üzünü tutdu.- Keçək əsas məsələyə...

Dilarə hirsli üzünü çevirib Xəyalə pıçıltı ilə dedi:

-Niyə mənim qolumu sıxırdın?

-Çünki sən xətti keçirdin. Onu özündən çıxarsan bilərəkdən sənə zəif qiymətlər qoyacaq. Daha da sənə nifrət edəcək. Anla axı, onun əlində hər kiçik və sənin üçün əhəmiyyətli məsələlər var. İstəsə səni məktəbdən belə qovar. Həyat haqsızlıqlarla doludur. Buna görə dilini dinc tut. Vaxt gələndə sən elə şeylərə nail olacaqsan ki, o bu günlərə peşman olacaq...

-Hə düz deyirsən. Məni vaxtında dayandırdın.-Deyə məyus şəkildə gülümsədi.

                Günəşin təmiz, saf şəfəqləri havanı qaynar edərək, hamını məyus edirdi. Havanı zəiflədir, gündən-günə gücdən salırdı. Yavaş-yavaş şüa sərin yaz havasını qovub qızğın, qəlbi boğan, bitməyən, hamının gözlədiyi yay havasını gətirəcəkdi. Günəş hələ üfüqdən düşməmişdi. Xəyalə, Dilarəni onların evinə gəlməsini xahiş etmişdi. Beləliklə bu isti havada onlar piyada evə yollanırdılar. Xəyalə evlərinə az qalmışdı ki, karıxıb dayandı. Dəhşətlə evinə tərəf baxırdı. Dilarə üzünü ona tutub dedi:

-Nə oldu?

Narıncı saçlı qız sadəcə şəhadət barmağını qaldırdı. Dilarə onların evinə heyrətlə baxdı. Camaat evin qarşısında əsir düşmüş əsgərlər kimi yığışmışdı. Qadınlar fəryad qoparır, kişilər irəli keçmək üçün bir-birini sıxıb itələyirdilər. Göydə isə tüstü sanki qara bulud kimi evi dövrəyə almışdı. Təcili yardımın göy, qırmızı işığı və qulağ batırıcı səsi Xəyalənin özündən getmək üçün gözəl bir səbəb idi. Lakin o, sürətlə qaçmağa başladı. Nə olursa-olsun qorxunu məhv etmək lazım gələcək. Ora çatan kimi izdihamın arasına cəld girdi. Lakin onların sıx və ayrılmağa cəhd görsətməyən duruşu onu çığırmağa vadan etdi.

-Çəkilin! Bura mənim evimdi! Yol verin. Baba...baba!

İzdiham onun çığırtısında ki, sözlərə diqqət yetirib onun üçün yetərincə yol açdılar. Xəyalə onların sifətində ki, gərginliyi görüb daha da narahat oldu. Sonra tüstünün dövrəyə aldığı məkana gözünü yetirdi. Dəmirə bürünmüş, kiçik otaqlı bu evin içindən qara rəngə bənzər hava çıxırdı. Evin damına heç xəta yetirilməyib. Sanki bütün dəhşət içərdə baş verib. Xəyalə bu an hər şeyi dərindən anladı. Pıçıltılı səslər qulağına çatdı:

-Yazıq qız. Valideynləri kimi babasıda belə getdi...

-Bilsə nə günə düşər.

Xəyalənin qəlbini içərdən şimşək tamamilə qırdı. Taleyində son sevimlisini həyatdan məhrum etdi. Birdən təcili yardım yaddına düşdü. Arxaya dönüb, ona tərəf qaçdı. Budur sinəsi əbədi enən, cansız, kül rəngində bir bədəni avtomobilə yerləşdirirdilər. O, bir anlıq heykəl kimi dayanıb bu mənzərəyə baxdı. Sonra ümid işığının oyanışını görüb, babasının hələ sağ olmağına inanıb ona tərəf qaçdı. Lakin istədiyinə nail ola bilmədi.

-Üzür isyirəm! Amma bura olmaz.- Deyə Xəyalənin qolundan tutdu. Bu babası kimi ağ xalat geyinmiş cənab idi. Ancaq indi babasının əynində ki, olan xalat sədəcə olaraq kül rəngi olmuş və onun bədəninə yapışmışdı.

-Axı..mənim...babam.-Xəyalənin dili tutuldu. Sanki danışıq bacarığını itirmişdi.

-Xeyir bura olmaq! Biz özümüzlə onu xəstəxanaya aparmalıyıq.

Xəyalənin getdikcə nəfəsi kəsilirdi. Onun gözlərində yaşıl qığılcımlar parıldayırdı. Vəhşi heyvan kimi özünü qabağı babasına tərəf itələyirdi.

-Baba..Yox...Xahiş edirəm.-Xəyalə bağırmağa başladı. İzdihamın gözləri artıq onda idi. Onu arxadan tutub saxlayırdılar. Onun qışqırıq səsi hər tərəfi aldı. Dilarə isə bir qırağda sanki ağac parçasına çevrilmişdi. Əllərini dəhşətdən ağzına almışdı.

-Yox...Yox...Buraxın məni...Babam ordadı...Yox...yox...- Xəyalə var gücü ilə çapalayır və boğazı cırılana kimi qışqırırdı. Göz yaşı isə sel kimi axıb gedirdi...  

                                                                         3-cü fəsil.

Ay gözəlliyini göstərməyə gəlirdi ki, kimsə ona maneə törətməyə başladı. Bu, xeyli, məyusluqdan ağlayan, qara rəngə bürünmüş buludlar idi. Ağ ay anladı ki, bu gün onun günü deyil və sakit dursa daha yaxşı olar. Qara buludlar onu dövrəyə alıb, örtdülər. Onların göz yaşları hamını isladırdı. Səhər gümrah, gözəl əhvali-ruhiyyə ilə oyanan otlar, indi palçıq rəngini almışdılar. Bu otlar qəmqin və ürək ağrıdan hissləri keçirirdilər. Bunun sayəsində öz çirkli gününə görə deyinməyə belə gücləri yox idi. Kiçik damcılar sürətlə şüşəni taqqıldadırdılar. Sonra sürüşüb, o birilərinə qarışıb göyməçəyə çevrilirdilər. Onlar bu səsi yaratmaqla kimisə oyatmaq iqtidarında idilər. Lakin artıq gec idi. Oyanan oyanıb, oyanmayan isə şirin yuxusunda gəzirdi. Oyananlardan biri, yaşıl gözü ilə divara aramsız baxırdı. Hərdən onun amma sürətlə yox, çox sakit və yavaş-yavaş axan göz yaşları, baxdıqca hamını dəhşətə gətirirdi. O, oturub, ayaqlarını özünə tərəf sıxdı. Qapını kimsə çətinliklə açdı. Bu cins şalvar və tünd yaşıl rəngdə köynək geyinmiş Dilarə idi. Gözləri yataqda oturana qarşı yazıq ifadə almışdı. Onun yanına gəlib oturdu. Ölü sükut hər yeri aldı. Təkcə faydasız və hamının laqeyd yanaşdığı taqqıltı səsi gəlirdi. Axır ki, sakit səsli şəxs danışdı:

-Xəyalə... həkimlərin...dediyinə görə...-Dilarə hər sözü ağır-ağır dilə gətirirdi.-Baban...

-Mən bilirəm.-Zəif və qalın səs gəldi. Onun qəhərləmiş olduğu hiss olunurdu. Elə bil boğazına kəndir salıb onu boğurdular.

-Hardan?

Cavab gəlmədi. Sadəcə xışıltılı nəfəsin avazı eşidildi.

-Məni daha çox incidən bilirsən nədir?- Dəyə Xəyalə ona tərəf çevrildi.

-Nədir?

-Sənin səhər dediyin düz çıxmışdı. O, doğrudanda çox qorxmuşdu, xəcalət çəkirdi. Pis bir hadisə ilə qarşılaşıb. Onun ölümü bununla bağlıdır. İndi isə bu müəmma kimi qalacaq. Amma yox...-Xəyalə ayağa qalxdı.-Onun ölümü işarə idi.

-Hansı işarə?

-Onun həqiqətən kim olduğunu bilmək üçün işarədir.

-Baban sadəcə kimyagərdir.

-Deməli sadəcə kimyagər deyil...Mən laboratoriyaya getdim.-Onun ciddi üzü Dilarəni qorxudurdu.

-Ora getsən heç nə dəyişməz.

-Xeyir Dilarə.-Onun səsi getdikcə səssiz eşidilirdi.-Həyatda onun haqqında təsəvvürüm dəyişər.

Xəyalənin nifrət verici üz və sakit, amma əcaib səsi adamı heyrətləndirirdi.

                Laboratoriyanın qapısı açıq və qırılmış idi. Evin içini isə zülmət almışdır. Amma bu zülmətə işığın kölgəsi düşdü. Sanki uzun yol qaranlıqda gözə dəyirdi. Xəyalə, Dilarə ilə ehtiyatla içəri daxil oldu.

-Diqqətli ol! Birdən maraqlı nəsə taparıq.-Xəyalə Dilarəyə baxıb onun cavabını gözləyirdi. O, isə sadəcə olaraq başını təstiqləyərək tərpətdi.

Orada sonsuz sayda məftillər, lampa şüşəsinin parçaları, müxtəlif formalı sınaq şüşələri ayaq altında idi. Xəyalə necə oldusa bərk bir əşyanı ayağı ilə bastı. İşığı ora tutub, gördüyündən lap sarsındı. Səhər hələ babası sağ olanda təmkinli, həyəcanlı üzlə işlədiyi mikroskop indi yerdə dağılmışdı. Göy maye isə elə bil döşəməni öz rənginə boyamışdı. Xəyalə anladı ki, babanın səhər durduğu masanın yanındadır. Əlində parlaq nur saçan fənəri oraya tutdu. Masanın üzərinin mənasız, onun anlamadığı dildə yazılmış kağızlar səpələnmişdi. Əli ilə bu kağızları oxumağa, sonra bir qırağa tullamağa başladı. Axır ki, qəribə bir şeyə rast gəldi. Kağızların altında qara, üzərində düymələr və kiçik ekrandan ibarət pult gizlənmişdir. Onu öz əlinə aldı. Gözünə tərəf yaxınlaşdırdı. Sonra arxadan qulağına kobut səs gəldi. Elə bil ağır bir əşyanı yerə topazladılar.

-Xəyalə, bura bax.

O, arxaya dönən kimi Dilarənin işıq vurduğu məkəna baxdı. Heyrətdən yerində mıxlandı. Orada iri, içi boş, yumuru dairə dəmir ayaqların sayəsində göydə qalmışdı. Elə bil dairə nəhəng olması ilə daxilinə kimisə dəvət edirdi. İçi halqa kimi boş və insanda daha çox gərginliyi yaratmaq üçün gözəl dəlil idi.

-Xəyalə bu nədir?

-Bunu bilmək üçün bir yolumuz var.-Deyə əllində ki, pultu cihaza doğru tuşladı. Dilarə bunu görüb nəfəsi kəsildi. Cəld qaçıb, onun əllindən pultu aldı:

-Sən dəli olmusan! Bizi öldürmək fikrindəsən.

-Dilarə özünə gəl! Ver onu mənə! Baba, nə edirdisə həmişə yaxşılığa doğru görürdü. Ölümlə nəticələnə bilən şeyi məhv edərdi.

-Sən axı onu yaxşı tanımırdın.

-Hə, bəlkə mən onun kim olduğunu bilmirəm. Amma qatil olmadığına heç şübhə etmirəm.

Bu sözlər Dilarənin beynində bir neçə dəfə səsləndi. Axır əvvəl Xəyalə istədiyini almasa təslim olmaz. Onu heç kim dayandıra bilməz. Həmçinin nədən babası təhlükəli bir cihaz icad etsin?

-Bəs niyə baban qorxurdu, nədən o xəcalət çəkirdi?

-Biz indi bunun səbəbini izah edəcəyik. Sadəcə, bu pultu ver!-Xəyalə sərt şəkildə dedi.

Dilarə onun zümrüd rəngində gözlərinin dərinliyinə baxdı. Orada ağrını və marağı hiss etdi. Sadəcə əlini ona tərəf uzadıb, təslim oldu. Xəyalə pultu onun əlindən alıb, hansı gəldi düymələri döyüclədi. Qəflətən içi boş olan bu dairədən göy işığ hər yerə saçdı. Zülməti buradan tezliklə qovub özünü hamıya hakim olmuş kimi elan etdi. Hamı onun nuru ilə bəhrələndi. Daş kimi donan bu iki qıza isə heç bir xeyir gəlmədi. Onların gözü işıqdan yanırdı. Bir anlığa hər ikisi zamanın dayandığını hiss etdilər. Sonra kimsə sehirli çubuğunu fırladıb vaxtı sürətləndirdi.

-Xəyalə bəs buna nə deyərsən!-Deyə Dilarə qışqırdı.

Xəyalə sadəcə ağzını ayırıb ona baxdı. Birdən uzaqdan kiminsə çığırtı səsi gəldi.

-Xəyalə, Dilarə.-Qonşu evdə yaşayan qadın laboratoriyada göy işığın parlaq şüalarını gördü. Ora doğru addımladı.

-Dilarə sakitləş. Babamın nə etdiyini indi aydın biləcəyik. Ölüm səbəbini bilmək istəmirsən. Yaxşı, özün bil mənimlə getmək fikrində deyilsən...mən tək gedərəm.

Dilarə yaxınlaşıb onun əlindən bərk-bərk yapışdı.

-Mən heç vaxt öz rəfiqəmi tək qoymaram. Ora birlikdə daxil olacağıq.

İkisidə göy, göz bəbəyini parlaq nuru ilə bulanıq edən, gözəl şəfəqlərini hər yerə yayan işığa baxdılar. Qadın isə bu vaxtacan qapının ağzında ilişib qalmışdı. Hiss etdi ki, göy rəngə çalan nur zəifləyir. Get-gedə itir. Axır ki, o içəri daxil olanda zülmət yenidən hökm sürməyə başladı...  

                                                             DAVAMI GƏLİR.

                                                                                                          Əlişli Çinarə


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+18=
Hesaba giriş
Müəllif

Çinarə Əlişli
Haqqında
Hal-hazırda mənim 16 yaşım var. Uşaqlıqdan kitablara marağım olub və onları sevə-sevə oxumuşam. Onlara qarşı olan sevgini heç vaxt, heç kim dəyişdirə bilməz. 11 yaşım olanda isə ilk əsərimi yazıb-yaratmışdım. Bu əsərin nəticələri uğurlu olduğundan həm ideyalar, həm də həvəs məni yeni əsər yazmağa vadan etdirdi. Hobbim çoxlu kitab oxuyub, onu dərindən anlayıb, bacardığım qədər gözəl əsər yazmağdır. İndi isə əsərlərimin digər dillərə tərcümə edilməsi, dünyada şöhrət qazanmaq və hərkəsin yaddaşında silinməz iz qoymaq mənim ən vacib və böyük məqsədimdir. “Sən kim olursansa ol, nə istəyirsənsə istə, əgər nəyisə bərk istəyirsənsə, mütləq əldə edəcəksən, çünki bu arzu Kainatın Ruhunda doğulmuşdur. Bu, sənin Yer üzündəki vəzifəndir.” Paulo Koelho.
Əlaqə
Tel.:
0707521730
E-mail:
alishlychinara@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.025 saniye