Paranormal
Ceyhun Məmmədov tərəfindən "Şeir" bolməsinə 13:41 19 iyul 2015 tarixində əlavə olunmuşdur

(Vers 1)
Cəmiyyət onun gözündə, yaralı bir qurd kimi
O, baxırdı insanlara və görürdü bəzilərini qul kimi
O, əl açıb dilənirdi azadlığı
Amma onun əlinə qoydular açar və qıfılı
Susmağı əmr etdilər
Amma o qışqırırdı, çağırırdı azadlığı
Qəlbində dərin yara izləri açdılar
Sonra onu tək başına dəlixanada qoyub qaçdılar
Divarlar çox soyuqdur
Amma o soyuqdan üşümür
Cəmiyyətin istisinə möhtac qalıbdır
Ona görə əllər belə titrəyir

(Vers 2)
Ona demədilər dəli
Ona yalnız geyindirdilər ağ geyimləri
Boynuna atdılar zəncirləri
İndi o yalnız deyir bəli
Ona göstərdilər otağın bir küncünü
Və ona dedilər ol dəli
Qolları deşik-deşik oldu, gənc qız hələdə deyir bəli
O, divarda çəkir rəsmi
Və pəncərədən göstərir cəmiyyəti
Divarda çəkilmiş bıçaq və qanı
Cəmiyyətə göstərirdi qazanmısız mənim nifrətimi

Axı o yalnız istəmişdi azadlıq. Cəmiyyətin bəzi insanları onun arzularını əlindən aldılar....


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+31=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0242 saniye