Parçalanmış Qəlb
Uraqan tərəfindən "Hekayə" bolməsinə 23:11 14 aprel 2014 tarixində əlavə olunmuşdur

Sevgi... dərin bir fəlsəfə... sözün açığı nə yazacağımı bilmirəm, axı qarşılıqlı olaraq bu hissi yaşamamışam. Digər yazdıqlarımın da əksəriyyətini yaşamamışdım. Amma bu barədə hislərim və düşüncəm çox aşağı səviyyədədir. Ona görə də başqalarında gördüyüm özəllikləri yazacam. Yazmağa çalışacam...

Bəzən həyatımızda elə sevgilərin başlamasını və bitməsini görürük ki. Məsəlçün uyğunsuz tiplər bir-birilərinə uyğunlaşarkən, saf eşqlərin bir-birinə birləşməməsi. Məsəlçün Leyli və Məcnun. Amma Məncə qadın adamı dəli edir. Götürək elə Məcnunun özünü. Uşağı dəli eliyib qoydu ora. Adamın lap Qeysə yazığı gəlir.

Bəli sevgi insanı dəli edir. Cinsindən asılı olmayaraq. Necə deyim, qanadin olmasa belə qanadlanıb uçarsan, sən uçduqca ağlında uçar. Bacardığın qədər göylərə uçarsan, buludların arasına. Cənnətin bu dünyada olduğuna inanarsan. Sonra nə olar? Hansısa axmaq qəlbini qırar. Qəlbinlə birlikdə qanadlarını da. Buludların arasından yerə çırpılarsan. Dəyərsən yerə... Ağılsız, ürəksiz və qanadsız. Gerçəkdə Dünyanın cəhənnən olduğunu bilərsən, yaşamaq eşqin tükənər...

Sevgiyə olan inamın da itər. Ağlınla yaşamağı öyrənərsən həyatı..

Bəs sonra? Sonra nə olar? Hər şeydən, saf məhəbbətdən, sevgidən əlini üzmüşkən biri çıxar qarşına. Bu dəfə daha ehtiyatla, ağılla aşiq olarsan. Qəlbində qurutduğun ağacın yenidən tumurcuqladığını hiss edərsən. Bir zamanlar olmaz dediyin olar, sevmərəm dediyim qəlbin yenə sevər. 

Bu zaman içinə dərin bir səssizlik çökər. Yenidən sevə biləcəyini anlarsan...


... dəfə oxunub
Qiymət: 8/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
4+19=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
bakugan20@inbox.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.03 saniye