Parçalanmış şüur
Narniya tərəfindən "Digər yazılar" bolməsinə 05:57 30 may 2023 tarixində əlavə olunmuşdur

PARÇALANMIŞ ŞÜUR.
Psixiatriya xəstəxanası. Səhər saat 10. Şöbə müdiri bizi-ilk iş günü olan 3 nəfər həkim-rezidenti salamladıqdan, xəstəxana və işçi heyəti, "himayəsində olduğumuz" həkimlər- kuratorlar ilə tanış etdikdən sonra hər kəsə uğurlar arzu edərək iclasın sona çatdığını bildirdi.
Məlum oldu ki, mənim kuratorum 50-55 yaşlarinda, ortaboylu, ağsaçlı, gülərüz bir qadin -professor Nazilə Abbasovadır. Bu xəbər lap ürəyimcə oldu. Hələ tələbə olduğum vaxtlardan onun haqqında çox xoş söz eşitmişdim. Deyilənə görə, Nazilə xanım nəinki öz sahəsində çox tanınmış, savadlı həkim, eyni zamanda çox gözəl insan idi.
***
Saat 12:00. Nazilə xanımın iş otağı. O, mənə bir neçə pasientinin xəstəlik tarixlərini verir ki, onları nəzərdən keçirim. Mən isə ilk əvvəl xəstələrlə görüşüb danışmaq, yalnız sonra xəstəlik tarixindəki məlumatlarla müqayisə etmək istədiyimi bildirdim.
o gülümsəyərək dedi:
- Görürəm öyrənməyə can atan birisən. Bu çox təqdirəlayiqdir. De görüm niyə terapiya və məhz psixiatriya?
-Həmişə istəmişəm ki, maraqlı hesab etdiyim sahədə əsl mütəxəssis olum. İxtisasım məndə özümü tərəqqiyə, inkişafa istək yaratsın. Bu səbəbdən öz sahəndə mütəxəssis kimi birinci olmaq şərtdir : " Əgər səndən üstün biri varsa, deməli sən o qədər yaxşı deyilsənmiş" .
-Düz deyirsən,qızım. -deyərək o üzümə baxdı,sonra bir söz demədən əlindəki kağızları masanın üstünə qoydu.
Mən otaqdan çıxıb, ilk əvvəl qadın, sonra isə kişi şöbəsinə yollandım.
***

••• Lamiyə :
-Salam, sənin adın nədir?
-Lamiyə
-Neçə yaşın var ?
-22.
Qarşımda gənc, olduqda xoş görünüşlü bir qız oturmusdu, amma üzündəki sonsuz laqeydliyi, mimikalarındakı donuqluğu dərhal sezmək olurdu.
-Nəyə görə burdasan?
-Mən bacıma bıçaqla hücüm eləmişdim. Ona görə.
-Axi niyə? Sənin bu cür davranışının səbəbi nə idi? Sənə pismi davranır?
-Yox. Birdən mənə ... Eləbil kimsə əmr etdi. Mən də tabe oldum.
- Bacına nəsə oldu? Bəs sən heçmi peşman olmadın ? Axı o sənin doğma bacındr?
-Yox, heç nə olmadı. Bilirsən, mən sonra necə peşman oldum?! Oturub nə qədər ağladım. Fikirləşdim ki, axı o mənim bacımdır. Mən necə belə qəddar ola bildim? Niyə belə elədim axı ?!
O, bu sözləri deyəndə gözləri doldu. Həqiqətən peşman idi.
Bununla belə üzündə heç bir ifadə dəyişmirdi, gözləri donuq, sanki süzülürmüş kimi diqqətlə üzümə baxırdı.

Lamiyə danışada sonra içimdə hədsiz mərhəmət hissi oyanmışdı. O, şizofreniya xəstəsi idi. "Śhizo " yunanca "parçalayıram, "phren" isə idrak, şüur-dur, tədricən şəxsiyyətin xarakterik deyişikliklərinə səbəb olur.
Lamiyənin bu cür davranışlarının başlanğıc səbəbi qarabasmaları-hallyüsinasiyalari idi.
sorğu zamanı danışdığı hekayəsində uyğunsuzluqlar dediklərində yalanların olduğunu fikirləşməyimə əsas verirdi. Çox güman ki, danışdığı onun öz təxəyyülünün, "parçalanmiş " şüurunun məhsulu idi.

Istənilən halda sadə dildə desəm orqanizmdə xəstəliyə gizli meyl, ocaq olur, amma mütləq hansısa bir qığılcım olur ki, o yatmış canavarı oyadır. Bu vəziyyətdə mənim üçün o qığılcım müəmma olaraq qalırdı.


••• Zibeydə:
O, 21yaşındaydı. Lap mahnıda deyildiyi kimi, iri, ala gözləri vardı. Çox gözəldi. Digər xəstələrə heç qoşulmazdı, heç kəslə danışmazdı. Otağın küncündə oturub, paltarlarından bükdüyü " körpəsini" sinəsinə sıxıb, gözlərini bir nöqtəyə dikərək önə-arxaya doğru yavaş-yavaş tərpənərdi.Onunla danışmaq cəhdlərim əbəs yerə idi:
-Zibeydə, qucağındakı kimdir?
Ilk əvvəl mən onunla ünsiyyət qurmaq üçün qucağındakının həqiqətən adı nə?-yeni əski parçasi yox, körpə olduğuna inandığımı göstərmək məcburiyyətində idim.
Sükut. Cavab vermir.
-Körpən neçə aylıqdır?
Yenə də susur. Sanki heç məni görmür. Qəfil "körpəni" kənara qoyaraq gah əynindəki, köynəyin üstündən geyindiyi yun jaketin düymələrini sira ilə dayanmadan açıb bağlayır, gah da gözlərini yumaraq əlləri ilə başını qucaqlayıb sanki döyürlərmiş kimi divara küncə sığınırdı. Bu vaxt bir neçə kəlmə deyir:
- Günahım yox. Taxıl. Bilmirəm. O. Heç nə.
Bir müddət keçir. Bircə dəfə qəfil başın qaldırır. Məni birinci dəfə görürmüş kimi donub nəzərlərini bir müddət üzümdən çəkmir. Başın sola çevir, dalğın nəzərlərlə yuxarı baxaraq deyir:
-Elə ürəyəyatan səsi var...
Indi o dəqiq kimsə haqqında danışırdı, amma kimin ?
O dəqiq kimisə xatırlaya bilmişdi... Kimsə vacib biri olmali idi, əgər bu vəziyyətdə belə onu unutmamışdısa...
Dəfələrlə onunla danışmaq istəyim heç bir nəticə vermirdi. O heç kəslə qətiyyən ünsiyyət saxlamaq istəmirdi.
Indi o dəqiq kimsə haqqında danışırdi, amma kimin ?
O dəqiq kimisə xatırlaya bilmişdi... Kimsə vacib biri olmali idi, əgər bu vəziyyətdə belə onu unutmamışdısa...
Dəfələrlə onunla danışmaq istəyim heç bir nəticə vermirdi. O heç kəslə qətiyyən ünsiyyətə saxlamaq istəmirdi.
Bir neçə gün sonra Zibeydəyə baş çəkməyə bacısı gəlmişdi. Mənə maraqlı olan suallari bu dəfə bacısından soruşmaq qərarına gəldim. Mən onu sorğu-suala tutanda o, hönkür-hönkür ağlamağa başladı. Sonra özünü ələ alıb nəql elədi:
Bizim ailəmiz Qax rayonunda yaşayır. 3il əvvəl Zibeydə Xarici Dillər Universitetinə qebul olundu. Düzdür, atam Zibeydənin ali tehsil almasına qarşı deyildi, lakin onu tək başına heç kəsi tanımadığı bir şəhərə oxumaq üçün olsa belə tək göndərmək istəmirdi, hərgah anamın çoxsaylı " Qız gərək oxuya, təhsili ola ki, özü " ayaq üstə" dura bilsin" şəkilli israrlarından sonra o, nəhayət ki, bacımın qəbul olunduğu universitetdə qəbul sənədlərini təsdiqləməsinə icazə verdi ve Zibeydə çox böyük sevinclə Bakıya yola düşdü.
Zibeydə qabaqcıl tələbələrdən idi. Artıq 2gün idi, Zibəydə 3-cü kursun yay semestr imtahanlarını uğurla verib, kəndə qayıtmışdı.
Iyunun ortalari, taxıl biçini vaxtı idi. Ailəmiz illik un tədarükünü sahədən toplanan məhsulun bir hissəsini üyütməklə təmin edirdi. Sabah dəyirmandan gətiriləcək un kisələrini yük maşınından daxilə yığmaq üçün atama kömək lazım idi. Əmim oğlu hərbi hissəyə-əsgərlikdə olan kiçik qardaşına baş çəkməyə getdiyinə görə atama kömək edə bilməyəcəkdi. Sahədə atamla rastlaşan, sabah köməkçisinin olmayacağını eşidən qonşumuz Xudayar dayı bacısı oğlu Mahiri köməyə göndərəcəyini söz veribmiş.
Doğrusu, şəhərdən bir neçə günlük qonaq gəlmiş, çox güman yaba, belin nə olduğunu belə bilməyən "universitet usağından" ona hansısa fayda gələcəyini düşünməyən atam başqa köməkçi axtarsa da, hər kəsin sahədə əkin-biçini olduğundan bu cəhdi uğursuz oldu.
Mahir kənddə doğulsa da az müddet burada yaşamışdı, sonra ailəlikcə atasının işi ilə əlaqədar onlar bir müddətlik Türkiyəyə köçmüş, sonra isə Bakıda məskunlaşmışdılar. Buna baxmayaraq o, nəinki böyük səylə atama kömək elədi, həm də bacımı özümə aşıq etdi. Elə o da bacımı sevirdi. Hərçənd ki, bu mənim adət-ənənələrə sadıq, gənc qız və sevgi anlayışlarını yan-yana belə düşünməyən, elexüsus qızının heç bir zaman yad, tanımadığı gənclə ailə qurmasını qəbul etməyəcək atamı az maraqlandırırdı. Bir müddət sonra əmim oğlu bacımla Mahirin sevgisindən xəbər tutmuş və mümkün ola biləcək ən qısa müddətdə bu haqda qardaşıma da məlumat çatdırmışdı. Nəticədə elə bir vəziyyət yarandı ki, həmişə nümunəvi övlad olmuş, indiyə kimi bir kəlmə belə olsun ağır söz eşitməmiş Zibeydəni atam "Bir də sənin və onun adını bir yerdə eşitsəm, mənim sən adda qızım yoxdur" cümləsi ilə hədələdi.

Zibeydə Mahiri həddən çox sevdiyindən ona özündən çox inanırdı, atama qarşı olsa belə geri çəkilmək niyyətində deyildi. Gec-tez atamın onlar görüşməyə davam edirdilər. Necə oldusa bu dəfə də atam çox tez bir zamanda vəziyyətdən xəbərdar oldu. Həm də bu dəfə başqa bir "amma "da vardı. Zibeydə özün yaxşı hiss etmirdi. Halsızlıq,başağrısı, qızdırma, ürəkbulanma, iştahasızlıqdan əziyyət çəkirdi. Valideynlərimin düşüncəsinə görə hər şey həddən artıq aşkar idi. Nəyi aydınlaşdıracaqdılar ki?! Qız hansısa bir gədədən hamiləydi...

Zibeydə nə qədər and-aman eləsədə ona inanan olmadı ki,olmadı. Əvvəl anam inanırdı, amma sonradan vaxt keçdikcə, Zibeydənin qarnı böyüdükcə o da inamını itirdi. Düzü mən də artıq bacımın dediklərinin həqiqət olmasına şübhə edirdim.
Yazıq bacımın başına gəlməyən müsbət qalmadı. Əvvəl exlaqsız, pozğun adlandırdılar, döydülər ki, bəlkə uşaq düşər. Sonra qaranlıq otaqda evdə gizlədilər ki, kənddə heç kəsin heç nədən xəbəri olmasın. Hərdən könüllərindən bu qız ölsəydi də keçirdi. Elə olurdu ki, Zibeydə günlərlə verilən yeməkden yemir, su içmirdi, divarin bir küncündə büzüşüb otururdu. Bu hadisələrdən sonra tamamilə özünə qapanmış, halı pərişan olmuşdu. Bir neçe dəfə havaya, sanki kiməsə baxıb danışdığını şahidi olmuşdum. Halbuki otaqda ondan savayı kimsə olmurdu. Deməyəcəm ki, bu məni narahat etmirdi, amma cərəyan edən o hadisələrin, o qarmaqarışıqlığın fonunda bu fakt, Zibeydənin psixikasında pozğunluqların olması mənim üçün kölgədə qalmışdı. Onun qarnı günü-gündən böyüyür, vəziyyəti ağırlaşırdı. Son vaxtı qarnında şiddətli ağrılardan şikayət edirdi. Artıq bir neçə gün idi ki, ağrısı dözülməz həddə çatmışdı. Atamın əvvəlcə qətiyyen onu həkimə aparmaq niyyəti olmasa da, son anda övladının bu acısına döze bilməmişdi. Gecəyarısı Zibeydəni Bakıya xəstəxanaya Ginekologiya şöbəsinə çatdırdılar. Növbetçi ginekoloq onu müayine etmek üçün müayinə otağına apardı. Bir neçə dəqiqədən sonra təəccüblənmiş şəkildə geri qayıtdı.

- O hamilə deyil. Ola bilməz də. Biz xəstəni USM müayinəsindən də keçirdik. Qarın boşluğunda nəhəng kistanın olduğu dəqiqdir, amma dəqiq hamiləlik deyil. Mən artıq cərrahi şöbənin növbətçi həkimini məlumatlandırmışam. Orda sizi qəbul edib, xəstəni təcili əməliyyata hazırlayacaqlar. Əməliyyatı təxirə salmaq həyati təhlükə yarada bilər.

Hamı - valideynlərim, mən dəhşət içində idik. Bu 7ay ərzində Zibeydə günahsız olduğu halda nə əzablar çəkmiş, nə tənələr görmüşdü. Elə həmin gecə Zibeydəni əməliyyat elədilər. Cərrah qarın boşluğunda qaraciyərin ön-aşağı səthində yerləşmiş nəhəng Exinococcus granulosis, yeni lentşəkilli qurd hidatidoz exinokokku kistasını çıxardığını, xəstənin vəziyyətinin orta-ağır olduğunu bildirdi. Sən demə prosess çoxdan başlasa da əlamətlər gec təzahür etmişdir. Buna görə qaraciyer toxumasi kifayət qədər zədələnib və sirroz əmələ gəlmə ehtimali böyükdür. Ciddi müalicəyə ehtiyac varmış.

Bilirsiz o gecə dəhşət idi. Valideynlərim, mən nəyə necə reaksiya verəcəyimizi, necə davranacağımızı bilmirdik. Elə acınacaqlı vəziyyət idi ki, bilmirdik bacımın günahsız olduğuna, ölümün pəncəsindən qurtardığına sevinəkmi, ya ona edilən haqsızlıq, zülmlərə görə yerin altına girməyi arzulayaqmı? Mən ona olan inamımda şübhə etdiyim üçün özümdən çox utanırdım.
Əməliyyatdan bir neçə gün sonra heç nə yaxşılaşmağa doğru dəyişmədi. Zibeydə nəinki bizi görmək istəmirdi, hətta tibbi personala qarşı da aqressiv davranırdı. Tibb bacısı onun özünü qəribe apardığını, tez-tez sayıqladığını deyirdi. Xəstəxanadan evə yazıldığı 3 gün idi ki, o, özünə qəsd etməyə - venalarını kəsməyə cəhd etdi. Xoşbəxtlikdən bədbəxt hadisə baş vermemiş biz ona mane olduq. Bilirsiz, daha heç nə əvvəlki kimi olmayacaqdı. O bizi bağışlaya bilmədi. Özünə qəsd cəhdini bir neçə dəfə də təkrarladı. Axırda biz də onu bura - Psixiatriya xəstəxanasına gətirmək məcburiyyətində qaldıq. O, nə atamı, nə də anamı görmək istəmir, onları qovur, qışqırır, ağlayır. Təkcə mən gələndə dinmir, elə səssiz oturur, hərdən də məlun-məlun üzümə baxır. - Bəs həmin oğlan - Mahir necə oldu? Sən heç ondan danışmadın.
- Hə, mən qısa xülasəni nəql eləməyə çalışdım ki, vaxtınızı çox almayım. Aydındı ki, bacımı evdənçıxmağa qoymadıqlarına görə onlar görüşə bilmirdilər. Mahir də bir neçə gün nə baş verdiyini başa düşə bilmirdi, xəbərsizdi. Əvvəl Zibeydə gün ərzində neçə dəfə Mahirdən bir xəbər olub-olmadığını soruşardı. Eşidəndə ki, qardaşım və əmim oğlanları onu döyərək hədəyiblər ki, ondan uzaq dursun, Zibeydə çox hiddətləndi, üzünü əlləri arasında gizlədib hönkür-hönkür ağladı. Mahirin vəziyyəti o qədər də yaxşı deyildi.

Bir neçə gün sonra bizə xəbər göndərdilər ki, bəs Zibeydəyə Mahir üçün elçi gəlmək istəyirler. Düzü mən fikirleşirdim ki, bununla da məsələ həll olunacaq, amma səhv eləmişdim. "Mənim onlara verəcək qızım yoxdu." Atamın qəti cavabı bu idi.
Semestrin baslanğıcında sayılı günler qalmış xəbər yaydılar ki, Zibeydə artıq Bakıya yola düşüb.
Olanlardan sonra məni de evə həbs etdiklerinə görə nə Mahirə, nə də onun ailə üzvlərindən kiməsə həqiqəti deyə bilmirdim. Yalnız evdə olan söhbətin ucundan-qulağından eşitdiklərimə görə semestrin başlamasından 1ay keçməsinə rəğmən Mahir hələ də rayonda idi ki, bəlkə deyilənlər yalandı və bəlkə Zibeydə hələ də rayondadır deyə. Nəhayət, "yoxa çıxmış", bu vəziyyətdə onu "könüllü suretde" atıb Bakıya getmiş sevgilisindən heç bir xəbər ala bilməyən, Akademiyadan qovulmaq təhlükəsilə üz-üzə qalmış Mahir Bakıya yola düşür ki, bəlkə bacımı Bakıda tapa bilər. Biz bundan da xəbərdardıq. Zibeydənin universitətə gəlməmə səbəbi ilə maraqlanan qrup yoldaşları bizə bir oğlanın onu israrla axtardığını, hər gün universitetin qabağında onu gözlədiyini demişdilər.
- Bilirsiz, həkim, bacım ancaq ilk vaxtlar Mahir haqda tez-tez soruşardı, mən də evdəki bütün söhbətlərə diqqətlə qulaq asardım ki, nəsə eşitsəm onu xəbərdən agah edim.
Yalançı hamiləliyinin əlamətlərinin təzahür etməyə başlaması onun Mahir haqda suallarina son qoydu, davranışlarını dəyişdi. Gündən-günə bir az da çox lal-qaradinməz olur, heç nə ilə maraqlanmırdı. Axı mən demişdim, o Mahirə özündən də çox inanırdı, lakin görünür ki, göz önündə olan əlamətlər qarşısında aciz qaldığından əclafcasına aldadığıldığını, bəlkə də həblərlə yuxuya verilib, fitnəylə istifade olunduğunu düşünmüşdü, amma heç bir qırılmış iplərin ucunu üst-üstə qoya bilmirdi, çünki indiyə kimi onu şübhələndirəcək heç nəyi xatırlamırdi. Sanki labirintdən yol tapıb çıxa bilmirdi.
Bilirsiz, bəlkə bəsit izah edəcəm, amma yenə də... məsələn sən hər hansı bir biskvit bişirirsən. Əminsən ki, bu şirniyyata filan ədviyyat qatılmaz, ancaq təsadüfən sən hazırladığın kütləyə daha az qabartma tozu əlavə edirsən. Nəticədə biskvit həmişəki kimi qabarıq olmur, sobadan çıxarılmış biskvitin ətirli qoxusu mətbəxə yayılmır. Bu vaxt sən təsadüfen qabartma tozunun miqdarında səhv etdiyini yox, məhz həmin ədviyyatı elavə etmədiyini düşünürsən. Yeni fakt qarşısında qaldığında, məcburən əsassız hesab etdiyinin bir amilin doğru ola bilmə ehtimalını qəbul edirsən. Neçə müddət idi ki, Zibeydənin Mahiri soruşmadığını görüb təsadüfən söhbət əsnasında onun adını çəkdim. Bir cümlə ilə dedi: " Bir də onun adını çəkmə". Bu vaxt onun üzündə o qədər qüssə, əzab vardı ki. .

Mən bir də onun adını çəkmədim. Əvvəllər ehtimal ki, onu günahkar bildiyindən unutmağa çalışırdı, amma indi... Xatırlayırmı onu? Bilmirəm... O artıq heç nəyi dərk edə bilmir... Ayrı aləmi var...
Mən Mahiri heç nədə günahlandırmıram. O, bacımı sevirdi, ona qarşı heç bir yanlışı yox idi, sadəcə çox böyük ürək yanğısı ilə başa düşürəm ki, bu hadisədə həyatı bütünlüklə məhv olan tək insan Zibeydədir. Düzdür, olanlar Mahirdən də yan keçməmişdi, o da pərişan olmusdu, amma aydındır ki, uzağı 1-2 ildən sonra o, bacımı unudacaq, basqası ilə ailə quracaq. Mahir belə etsə mən onu qınaya bilmərəm, amma onu da bilirəm ki, Zibeydə bir də heç vaxt əvvəlki kimi olmayacaq. Bu hadisədən çıxış edərək əminliklə deyirem ki, kişi olaraq doğulmusansa deməli, bu heyatda kifayət qədər imtiyazlara sahibsən. Ən azından bir qız anası olaraq sənin anan oğlan dünyaya gətirmiş ana qədər sevinmir. Xüsusilə əgər bu ilk övladdırsa, bu ayrı məsələ. Artıq onda cavan gəlin nə vaxtsa, nəslin

 

davamçısını dünyaya gətirə bilmədiyi üçün qınanmayacağını dəqiq bilir. Bilirəm, deyəcəksiz ki, analar övladlarını fərq qoymadan sevər, ya da ki, övladın cinsiyyəti qadının sağlamlığından asılı deyil ki, bu gün bu cür problem yaşansın. Ola bilər, ancaq müəyyən mənada siz də mənimlə razılaşarsınız ki, mənim dediklərim reallıqdan o qədər də uzaq deyil.

Deyirlər ki, təsadüflər olmur, əlbəttə ki, olur. Əgər xəstəliyin əlamətləri ya bir az gec, ya da bir az tez təzahür etseydi, bəlkə də bütün bunlar baş verməzdi. Bacım acı təsadüfün qurbanı oldu. Lakin bu o demək deyil ki, mən hər şeyi təsadüflə əlaqələndirib valideynlərimə haqq qazandırıram. Qətiyyən !!!

Zibeydənin bacısı hadisəni nəql etdikcə mən təsvir edə bilməyəcəyim dərəcədə dəhşət içində idim. Yazıq qızcığaza qarşı hiss etdiyim mərhəmət hissinə onun valideynlərinə, şəraitə, dünyanın bütün haqsızlıqlarına qarşı çıxmaq istəyi qarışmışdı. Düzdü, söhbət əsnasında mən onun fikirlərinə müdaxilə etmədim, amma ürəyimin dərinliyində onun son fikirləri ilə müəyyən mənada razı idim.
Zahiri əxlaq çərçivəsi ilə çərçivələnmiş Zibeydənin düşüncəsi, qəlbi, daxilən dürüstlüyü heç kəsi maraqlandırmamış, təmiz sevgisi "exlaqsızlıq" damğası ilə möhürlənmişdi.
Qadın hər şeydən əvvəl gözəlliyi, ağlı və zərifliyi özündə cəmləşdirəcəyi bacarmış anadır. Bəşəriyyətin anasi.
Qadın fərd olmamalıdır, özünü həm də şəxsiyyət kimi inkişaf etdirməlidir, çünki ağıllı qadın bu, zəkalı övladlar deməkdir. Belə bir fikri sitat gətirirəm : "Cərrah olmaq üçün gərək şahin gözlərə, şir ürəyinə və qadın əllərinə sahib olasan."
Ona görə qadın əlləri deyilir ki, qadın bütün insaniyyətə qarşı mərhəmət, məhəbbət təcəssümüdür.
Qadına bu cür münasibət yolverilməzdir .
Aydın idi ki, pasientim Zibeydə Mahirə həqiqətən aşiq idi. Universitetdə oxuduğum illərdə Tələbə Elmi Cəmiyyətinin fəal üzvlərindən biri idim. Növbəti elmi işimin mövzüsü genetika ilə əlaqəli idi. Nə qədər müasir ədəbiyyat, müasir dünyada internetdən istifadə etsən də yaxşı iş təqdim etmək üçün bəzi məqamlarda köhnə kitablara istinad etmək gərəkdir. Kitabxana kataloqunda axtarış aparanda bir kitabın adı diqqətimi çəkdi. Elmi işim üçün götürdüyüm kitablarla bərabər onu da oxumağa başladım. Müəllif məhəbbətin genetik əsaslarının olduğuna diqqət çəkmiş, lakin, zənnimcə, fikrini tam dəqiqliklə aydınlaşdıra bilməmişdi. Mən sevginin genetik esasları olması ehtimalı mümkün hesab edir, amma digər müəlliflərin bu tip əsaslandırma yollarını daha maraqlı hesab edirəm: "Bir insan sizdən genetik cəhətdən nə qədər fərqlidirsə, ona vurulma ehtimalınız bir o qədər çoxdur. Bu halda siz bu insanı hədsiz doğma hesab edir ve çox tez bağanırsınız. "
Yeni aşiq olub, xasiyyətinə bələd olmadan xəyali obraz sevirsiniz.
Sokratın "Biz aşiq olduğumuz vücudlari bəyəndiyiniz ruhla təsəvvür edib onu sevirik." fikrini müəyyən mənada bu tədqiqatların eradan əvvəl söylənmiş analoqu hesab edərdim.
Freyd deyirdi ki, "Biz ancaq y mövcud olan insanlara asiq oluruq".
Ezoterika isə bunu belə izah edir: Insanlar arasında karmik əlaqələr mövcuddur, yeni el dilinde desək kiməsə bir könüldən-min könülə aşiq olmusunuzsa, deməli, keçmiş həyatlarınızdan birində ya o insanla sevgili,ya da evli olmusunuz.
Sonsuz sayda bu cür fikirlər söyləmək, doğru olub-olmaması haqda fərziyələr irəli sürmək olar.
Istənilən halda xoşuna gələn, könlünü oxşayan istənilən mövhum insanda ona qarşı bağlılıq hissi yaradır, tezliklə informasiya şəklində beyninin daha çox hissəsində özünə yer tapır. Deyərler a, özümü unutdum,amma onu unuda bilmədim. Bax onun səbəbi məhz beyninizde o şəxsin, onunla bağlı hadisələrin dəyərli məlumat şəklində qorunub saxlanmasıdır və siz o məlumatı beyninizdən silməyə çalışdıqca avtomatik olaraq əlaqədar, eyni zamanda paralel baş verən hadisələri də unutmağa başlayırsınız və sizə elə gəlir ki, yavaş-yavaş özünüzü belə unudursunuz.

Çox güman ki, Zibeydə də bax beləcə Mahiri unutmağa cəhd eləmiş və bununla da beynini təlatümə gətirmişdi. Sonra isə onu həyata bağlayan heç nəyin olmadığını düşündüyünə görə özünə qəsdə cəhd etmişdi. Bir insan ancaq həyatda hər şeyini itirdiyini hesab etdikdə intihara cəhd edər. Əgər o insanın qəlbinə bircə inam toxumu əkə bilsən, onu birdəfəlik bu fikrindən daşındıra bilərsən. Zibeydə nəinki qısa müddətdə ailəsini, təmiz adını itirmiş, təhsilindən və dost çevrəsindən uzaq düşmüşdü, üstəlik arıiq Mahirə olan inamını da itirmişdi...

Bütün bu hadisələr onun "şüurunun özünümüdafiəsinə" ciddi zərbələr vurmuşdu.

Bircə, valideynləri zamanında anlayış göstərib, qızlarını kor-koranə günahlandırmaq əvəzinə ona qulaq, anlamağa çalışsaydılar. Ağrıdan qıvrılan övladlarını evə həbs edib, kötəkləməkdənsə həkimə aparsaydılar, tək Ultrasəs müayinəsi kifayət idi ki, məsələyə aydınlıq gelsin. Əslində Zibeydənin hamilə deyil, xəstə olduğu aşkarlansın. O zaman bu gün nə valideynləri belə vicdan əzabı ilə qovrulardılar, nə də ki zavallı belə vəziyyətə düşərdi. Əfsus ...

Kamil :1
-Adınız?
- Məmmədov Kamil.
-Neçə yaşınız var?
-22.
-Nə vaxtdan xəstəxanadasınız ? - deyə mən soruşdum.
 O, sualıma dərhal cavab vermədi, əksinə özü sual verdi:
-Şöbəyə xəstələrin yanına tez-tez həkimlər gəlir, amma sizi heç görməmişəm. Təzə işçisiniz?
-Bəli, bu gün ikinci iş günümdür.
-Bundan sonra həkimim Nazilə həkim yox, siz olacaqsınız?
-Yox, mən rezidentəm, yeni hələ sərbəst həkim kimi işləmirəm. Professor mənim kuratorumdur.
-Hə, başa düşdüm. Siz bayaq tarixi soruşdunuz axı. 14 yanvar 2014-dən etibarən burdayam.
Bir qrup pasientlerdə olduğu kimi Kamildə də xırda detalları belə yadda saxlamaq bacarığı vardı. Hələ çox güman ki, müayinə zamanı yüksək abstrakt düşüncə tərzinin olduğu da aydınlaşacaqdı.
-Həkimə gəlməyinizin səbəbi nə olub?
-Iki dəfə özümü pəncərədən atmaq istəmişəm.
Kamil suallara cavab verə-verə oturduğu masanın siyirtməsindən kağız və qara qələm götürdü, nəsə cızma-qara eləməyə başladi.
-Belə eləməyinin səbəbi nə idi? Özünü öldürmək istəyirdin?
- Yox,əksinə mənə elə gəlirdi ki, ölməmək üçün belə edirəm. Mən onda xəstə idim. İndi sağalıram.
-Necə yəni? Nə baş verirdi ki, sən belə bir addım atırdın?
- Mənə elə gəlir di ki, evimiz yanır. Hər tərəf od içindəydi. Mən səs-küy saldım, evdəkilərə yanğın baş verdiyini, qaçıb xilas olunmaq lazım olduğunu dedim. Mənə məhəl qoymadıqlarından əsəbləşdim. Beynimin içindən bir səs mənə, "Pəncərədən aşağı bax, aşağı düşsən sən xilas ola bilərsən, özünü at, əgər sən evdə olmasan, o zaman yanğını da söndürə bilərlər, evimiz də bütünlükdə yanmaz." - dedi.
-Sənə bunları deyən kişi, ya qadın səsi idi?
-Bilmirəm, ayırd edə bilməmişdim. Mən axi dedim, onda xəstə idim,o səsi de ona görə eşidirdim.
-Indi daha heç nə eşitmirsiniz?
-Yox.
Aydın idi ki, müalicə effekt vermiş, bir müddətlik remissiya ( xəstəliyin sakitləşməsi) əldə olunmusdu, ona görə də o, öz əvvəlki vəziyyətinə bu cür tənqidi yanaşa bilirdi.
- Nə vaxtdan özünüzdə bu cür qarabasmalarin olduğunu hiss etmisiniz?
- Mən Rəssamlıq Akademiyasınınn tələbəsiyəm . Seminar dərslərindən birində müəllim təsadüfən bir elana rastladığını dedi.Beynəlxalq təşkilatlardan biri Dünya Klassik ədəbiyyatı nümunələrinin yenidən kütləvi çapini maliyelesdirir. Kitabları nəşr edən nəşriyyat üz qabıqlarının dizayni ve illustrasuyalarin çəkilməsi üçün rəssam seçimi ile elaqədar müsabiqə elan edir. Bunun üçün təqdim olunan 5 kitaba çəkilmiş eskizi müvafiq ünvana göndərmək lazim idi.
Bu cür şansı əldən verə bilməzdim. Elbəttə ki, iştirak edəcəkdim.
Mən yataqxanada yaşayırdım. Bu layihədə iştirak mənim üçün çox vacib idi,hədsiz dərəcədə çox çalısır, eyni vaxtda dərsə də getdiyimden demək olar ki, gecələr yatmırdım. Hədsiz dərəcədə yorğunluq hiss edirdim, nəinki fiziki, daha çox zehni cəhətdən yorulmusdum. Axır ki, böyük zəhmətdən sonra eskizlərim hazır idi. Onlari səhər otağımda masanin üstünə qoymuşdum, lakin dərsdən sonra otağıma qayıdanda bir neçə günə çəkdiyim eskizləri heç yerdə tapa bilmədim.
-Ilahi, bu ola bilməzdi ! Bu qədər əziyyətim hədər ola bilməzdi.
Oğurlandığından eskizlərimin kim tərəfindənsə seçimə göndəriləcəyi məlum idi. Məcburən yenidən fərqli eskizlər çəkib,onları dərhal göndərməli idim. Daha bir neçe yuxusuz gün, hədsiz yorğunluq. Nəhayət mən eskizlərimi göndərə bildim və onlar bəyənilmiş, mən isə müsahibəyə dəvət olunmus 3 nəfərdən biri idim. Birinci kurs tələbəsi üçün bu inanılmaz böyük uğur idi.
Müsahibə sabah idi. Axşamdan tez yatdim ki, səhər yorğun görünməyim. Gecə yuxuda olduğum vaxt qəfil başıma dəyən küt zerbeden oyandim. Tanıya bilmədiyim 2 nəfər məni yatdığım zaman kötəkləyirdi.Birinci zərbə taxta parçası ilə başıma vurulmusdu. Bir-birinin ardınca endirilən zərbələr səbəbi ilə huşumu itirmiş, yalniz səhər xəstəxanada gözümü açmışdım. Bax elə o gündən sonra mən hərdən süst olur, heç kimsə ilə ünsiyyət qurmaq istəmirdim, əvvəl nadir hallarda,sonra isə tez-tez qarabasmalarim olurdu. Axırı da belə...
Mən bir neçə sualıma da cavab alandan sonra getməyə hazırlaşırdım ki, birdən Kamilin əlinde olan kağız diqqətimi çəkdi. Mən təccübümü gizlədə bilmədim:
-Bu ki mənəm ?!
-Bəli, sizsiniz -deyib, kağızı mənə uzadaraq əlavə etdi :
-Mən istər emalatxanada əlimdə palitra molbert arxasında, istərsə də xəstəxanada, 4 divar arasında olarkən həmişe ressam olaraq qaliram.
-Əminəm ki, heç kim mənim portretimi bu cür fərqli çəkməyi bacarmazdı. -deyib gülümsədim.
Şəkildə üzümün sağ yarısı hər hansi adi bir portretdə təsvir oluna biləcək kimi, hədsiz oxşarlıqla çəkilmişdi. Üzümün sol yarısı isə sanki dəridən məhrum idi,yalniz əzələlər görünürdü. Bundan başqa başımın ətrafında qəribə formada ağ xalat, kitablar, 2 fərqli qrup insan çəkilmis, bunlar da öz növbösinde ox vasitəsilə beyin yarımkürələrimlə əlaqələndirilmişdi. Görünür, o, bu yolla mənim kim olduğumu vurğulamaq istəmişdi. Niyə iki ayrı-ayrı qrup insan çəkildiyini ilk əvvəl anlamadığım üçün maraqlandim:
- Nəyə göre insanlar qruplara ayrılıb?
-Birinci qrup insanlar sizin doğmalarınız,yaxınlarınız ve dostlarınız, ikinci qrup isə sizin xəstələrinizdir.
-Portretə görə təşəkkür edirəm, siz çox görkəmli rəssam olacaqsiniz. Esas odur ki, xəstəliyinizi heç vaxt qarşınızda olan maneə kimi görməyəsiniz, özünüzü qətiyyen cəmiyyətdən tecrid etməyəsiniz. Belə bir faktı deyim: " Əgər dəyişməz nöqtə ətrafında bir neçə daimi dinamikada olan (məsələn, işığı yanıb-sönən) nöqtə olsa, bir müddət sonra sizin beyniniz statik-dəyişməz nöqtəni qəbul etməyəcək."
Yəni siz sənətinizdə uğurlarınızı günü-gündən inkişaf etdirməklə dinamikanı saxlamış olacaqsınız, eyni zamanda xəstəliyinizi bir növ həyat tərzi kimi qəbul etməkle onu stabil,statik vəziyyətə keçirə biləcəksiniz. Beləlikle tədricən xəstəliyiniz unudulacaq, cəmiyyət sizi yalnız görkəmli rəssam kimi tanıyacaq.
"Həyat hərəkət və inkişafdir."
O qədər psixoloji problemləri olan dahi şəxs adı çəkmək olar ki. Xəstəlikləri onlara uğur eldə etməkdə mane ola bilməmişdi. Bu gün onları yalniz dahi mütəfəkkirlər kimi xatırlayırlar.
*****
Xəstəxanada işlədiyim bu 6 ay ərzində çox xəstələr, onları həyat tarixçələri ilə rastlaşdim. Pasientləri müalicə edərkən, cəmiyyətə, aktiv həyata qaytarmağa çalışarkən belə hədsiz dərəcədə mərhəmət hissinə qapılır, onlara peşəkar həkim kimi yardım edə bilmirdim. Deyirlər ki, "Həkim olmurlar, həkim olaraq doğulurlar. Görünür, mən psixiatr olaraq doğulmamışdım".
Bu mənim son qərarım idi.
Səhər Nazilə xanım iş masasının üzərində məni tərəfimdən yazılmış İstefa erizəsini görəcəkdi ...

 

Yanvar 2015


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+33=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0308 saniye