Məşhur yazıçı müsahibəsində ən sevdiyi kitablardan danışıb. O, bu siyahının o qədər də uzun olmadığını bildirib və cəmi 5 kitabın adını çəkib.
“Bibliya”. Məncə, bu bəşəriyyətin ən gözəl kitabıdır. Bu kitab insana istənilən peşəni öyrədə bilər. İnsan bu kitabı oxumaqla hər şeyə nail ola bilər.
“Balaca şahzadə”. Ekzüperi dahi yazıçıdır. Elə olmasa idi, dünyada ədəbiyyatında ikinci “Balaca şahzadə” də yaradılardı.
“Cinayət və cəza”. Çoxları düşünür ki, ədəbiyyatda öz sözünü demək üçün mütləq Dostoyevskidən nəsə oxumalısan. Mən bununla razı deyiləm. Heç nə oxumasan belə hekayə və ya roman yaza bilərsən. Mən Dostoyevskini yazıçı olmaq üçün yox, ruhumu paklaşdırmaq üçün oxuyuram.
“İliada” və “Odisseya”. Keçmişə səyahət etmək və tarix bilgilərini artırmaq üçün ən gözəl əsər, sözsüz, Homerin əsəridir.
“Oliver Tvist”. Özünə kitabsevər deyən hər kəs, məncə, Çarlz Dikkensdən, ən azı, bir kitab oxumalıdır. Məsələn, “Oliver Tvist” romanını...