Aynur Zarrintac bu rəsmi yerləşdirib insanlarda hansı musiqi assosiyası oyatdığını və nə sözlər yazmaq olduğunu soruşdu. Rəsmin müəllifi kanadalı Denis Nolet-dir.
Boz şəhərin rəngsiz insanları içində rastlaşdıq sənlə. Sən bu qədər solğun küçələrdə mənə yağışdan sonra çıxmış göy qurşağını xatırladırdın. O qədər rəngarən və ecazkar idin ki sənə toxunmamaq, səni qucaqlamamaq, səni öpməmək, səni içimə çəkməməyin qarşısında dura bilmədim. Sən mənim yağışlı payız axşamımın günəşli sabahıydın.