Yenə payız…
Yenə sevgimizin dünyaya gəldiyi fəsil,
oldüyü fəsil
Yenə köhnə kitab vərəqləri kimi tökülən sevgimin
saralmış xatirələri,
Silinməz izləri...
Yenə dərdimə şərik yağışlar,
Yollara dikilən baxışlar.
Başımı həsrətin köksünə qoyub
Kədər yağışında islanan çağlar,
Gözlərimdə qaralan saatlar,
Gecəni “iplə çəkib”
pəncərəmi döyən yağışın
laylası altda
səni yuxuda görmək istəyi,
Qəlbimin röyalarda səni sevməyi,
Sənə qovuşmaq diləyi...
Hicranın köksümü talayıb
bitdiyi günlər,
Sinəmdə həsrət ocağını qalayıb
Getdiyi günlər
Saysız-hesabsız...
Ağlayan sevgi,
Ağlayan könül
və payız...
Yenə sevgimizin dünyaya gəldiyi fəsil
öldüyü fəsil
Bir uzaq arzuya döndüyü fəsil...