“Payız gəlir...”
Araz Ahmadov tərəfindən "Digər yazılar" bolməsinə 06:42 05 may 2012 tarixində əlavə olunmuşdur

“Payız gəlir...”
Yenə havalar soyuyacaq. Həzin, bəzən, güclənən külək pəncərələri silkələyəcək. Narın yağış pəncərənin şüşələrini yuyacaq. Ildırımlar qaranlıq gecələrdə ani işıqlar saçacaq. Çiçəklər solacaq. Ağaclar yaşıl yarpaqları ilə bir mövsümlük vidalaşacaq. Saralan yarpaqlar isə bir-bir yerə düşəcək, xəzan əmələ gətirəcək. Axı Payız gəlir...
Payızı səbrsizliklə gözləyirəm. Çünki ən sevdiyim fəsildi. Payızda yağan yağışın altında islanmaq, küləyin sovurduğu tozla çirklənmək gözəldir. Hələ hava sakit olanda və tutqun sərin havada əhvalım lap yaxşı olur. Bu cür havada gəzmək xoşuma gəlir. Parklarda saralan yarpaqları tapdalaya-tapdalaya yerimək həzz verir mənə. Buna görə də sevinirəm. Axı payız gəlir...
Dərslər açılacaq. Yenə universitetə gedəcəm. Dostlarımla görüşəcəm. Yeni dərslərimiz, yeni müəllimlərimiz olacaq. Bəzən, maraqlı, bəzən, maraqsız olacaq dərslər mənə. Təzə dərs cədvəli, ilk gün həyəcanı və s. Cədvəlin qarşısında yenə növbələr olacaq. Dərsimin hansı auditoriyada olduğunu bilmək üçün cədvələ baxmağa çalışacam. Amma bu mənim bir tənəffüsümü aparacaq. Dərsdən çıxandan sonra yoldaşlarımla ya əsas binanın kitabxanasına, ya evə, ya da başqa bir yerə gedəcəm. Axı Payız gəlir...
İçimdə qəribə bir duyğu var, həzin bir duyğu. Çünki havalar sərinləşib. Payızın nəfəsini hiss edirəm. Doqquz aylıq həsrətdən sonra payıza qovuşacam. Həyəcanlanıram. Sevimli qonağımı onun layiq olduğu kimi qarşılayacağam.


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+29=
Hesaba giriş
Müəllif

Araz Ahmadov
Haqqında

Əlaqə
E-mail:
arazahmadov@yahoo.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0251 saniye