Payız və Qış üzərinə
Fuad Abishov tərəfindən "Esse" bolməsinə 23:14 04 yanvar 2019 tarixində əlavə olunmuşdur

Kədərin, hüznün, yalnızlığın fəsli olan payız, insan ruhunun dərinliyindəki ümidsizlik hissini daha da yüksəldən 4 fəsildən biridir. Payız, yay və qış fəsilləri arasındakı bir körpüdür. İnsanlar yayda qışın gəlməsini, qışda isə yayın gəlməsini arzu edən canlılardır. Bu səbəbdən, özü ilə bərabər soyuğu, yağışı, təbiətin gözəlliyinin sonunu gətirən payız fəsli, isti yay günlərindən şikayət edən insanlar üçün ideal fəsil hesab olunur. İnsanların bir çoxunun payız fəslini sevmələrindəki əsas səbəblərdən biri də, yağışdan sonra ətrafa yayılan torpaq iyidir. Bəlkə də torpaqdan gəlib torpağa getdiyimizə görədir yağışdan sonrakı torpaq iyini sevmək...

Payızın digər bir adıda “Sonbahar”dır. Baharın sonu.. Təbiətin son dayanacağı olan payız fəsli ən aldadıcı fəsillərdən biridir. Çox yağışlı, küləkli, soyuq keçən bir gün, sabah öz yerini günəşin isti şüalarına buraxa bilər. Payız fəslinin xəzan və ya hüzn fəsli kimi xatırlanmasının səbəbi təbiətin ölümü və ya bir neçə aylığına yuxuya getməsidir. Bu fəsildə yarpaqlar yavaş-yavaş saralaraq aylardır bərabər yaşadıqları budaqlarından ayrılmağa başlayarlar. Şairlər bu ayrılığı, insanların bir-biri ilə ayrılmaqlarına bənzətmişlərdir. Bu səbəbdən payızın adı “ayrılıqların mövsümü” olaraq xatırlanmışdır.

Şairlər demişkən. Payız fəsli təbiətin sonu hesab edilsə də, şairlərin yaradıcılıq hissini oyatmağa başlayır. Bu səbəbdən payız fəsli şairlərin yaradıcılığının qida mənbəyidir. Payız fəsli, Özdemir Asaf, Cemal Süreya, William Shakespeare kimi şairlərin poeziyalarında özünəməxsus xüsusi bir yer tutur. Türk şairi Hasan Korkmazgil`ində dediyi kimi;
“Bir tərəfimiz yarpaq tökər, bir tərəfimiz bahar bağça.”


3 aylıq səyahətdən sonra payız öz yerini zəngin insanların sevimli, kasıb insanların isə kabusu olan qış fəslinə verməli olur. Necə ki payız fəsli yay və qış arasındakı körpü rolunu oynayırsa eyni ilə qış fəslidə ölüm və diriliş ( sonbahar ilə ilkbahar ) arasındakı rolunu canlandırır. Qış fəsli bir çox insanın xüsusilə də uşaqların ən sevdiyi fəsildir. Qış vaxtı qar topu oynamaq, qardan adam düzəltmək uşaqdan böyüyə hər kəsin ən sevdiyi məşğuliyyətlərdən biridir. Təəssüf ki, texnologiyanın inkişafı nəticəsində uşaqlar qar topunu çöldə deyil, mesaj vasitəsi ilə bir birlərinə göndərirlər.

Qış fəslinin müsbət tərəflərindən biri də insanların xüsusilə də ailə üzvlərinin bir araya gəlməsinə köməkçi olmasıdır. Qışın bir çox müsbət tərəfi olduğu kimi mənfi tərəfləridə az deyil. Ən böyük səbəblərindən biri xəstəliklərin artmasıdır. Bu xəstəliklər günlərlə,həftələrlə hətta aylarla davam edir. Bu da yay vaxtı qışın gəlməsini səbirsizliklə gözləyən insanların peşman olmasına gətirib çıxardır. Qış fəslinin digər mühüm mənfi tərəflərindən biri də kasıb, əlacsız, həyatda qalmaq üçün mübarizə aparan bir çox insanın çətinliklərlə dolu 3 ayı necə keçirdəcəklərini düşünmələridir. Qış bizə təkcə köməyə ehtiyacı olan insanların halından anlamağı deyil həmçinin digər canlılarında halından anlamağı öyrətməyə çalışan bir müəllimdir. Amma təəssüf ki, bu dərsdən həmişə 2 alırıq....


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+36=
Hesaba giriş
Müəllif

Fuad Abishov
Haqqında
Dünyayı dəyişdirə bilmərik amma fərqlilik yarada bilərik.
Əlaqə
E-mail:
joker3@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.025 saniye