payız kirayəyə tutduğum mənzildir,
hər bir şəraiti var.
üç aydan sonra soyuq döyür qapımı,
bilmirdim ki bunun qışı da var.
payız mənim üçün şeirdir,
qələmimdə üşüyən misraları var,
payız sevdiyim bir qızdır,
toxunanda ona mən,
tökülən yarpaqları var..