Payız
Mircəlal Ağayev tərəfindən "Hekayə" bolməsinə 22:34 23 dekabr 2015 tarixində əlavə olunmuşdur

"Mənə çox soyuqdu bəlkə üstumu örtəsən"-deyə ağac payızla mubarizə də qalib çıxmış,tək qalan saralmış yarpağına müraciət etdi."Əlbətdə örtərəm axı mənim varlığımın mahiyyəti budur"-boğuq lakin sevgi dolu bir səslə yarpaq cavab verdi.Ağac sakit durmaq istəmirdi:Bu Gecə nədən danışaq ? Söhbət edəndə soyuğu unuduruq həmişə, gəl yenə söhbət edək . 
Mən istəməzdim səni kulək qarşısında belə aciz görum heyif dostlarım payıza məğlub oldular-Yarpaq məyus halda dedi
Heçnə olmaz, axı məndə sənə görə yaradılmışam.Bilirsən mən həmişə düşünurəm ki ,biz bir-birimizə görə yaradılmışıq amma ikimiz bir yerdə də yenə nəyəsə görə var edilmişik səbəbi var.
Məndə belə duşunurəm. Sadəcə ikimiz üçün olsaydıq bəs qalanları niyə yaradıldı?! -Yarpağın sualı ağaca maraqlı gəldi.
Düz deyirsən ətrafımıza bax . Bax O şam ağacına qədər hər yeri görurəm aşağıda axan çayda hər gun yeni canlılar gözə dəyir doğurdanda bu qədər canlı və biz niyə varıq ?! 
Məncə dostlarım artıq bunun cavabını bilir .Onlar mənə həmişə deyirdilər ki, biz elə payızla döyuşmək üçün yaradılmışıq.Və bunun uğrunda məhv olsaq şərəfdir. Amma mənə elə gəlir onlar payızla mübarizəni çox şişirdirdilər. Duzdu payızla döyüşməliyik butun yarpaqlar bu mubarizəni yaşayır döyuşdukləri payız olmasada yenə hanısa döyuşə mutləq girirlər.Mənə bax görursən uzərində olanda neçə dəfə rəngimi dəyişdim? Paltarlarım çox xoşuma gəlirdi indi bu əynimdəkidə xoşuma gəlir. Deyəsən bu son geyindiyim paltardı urəyimə damıb.Hiss edirəm sən mənim dəyişən rəngimdən zövq alırsan.Mən fikir vermişəm başqalarıda bundan xoşlanır demək mən başqalarına gözəl görünmək üçün var olmalıymışam.Və demək ki ,təkcə bir-birimizə görə yaradılmamışıq-Yarpaq solmuş bənizini biraz düşündürucu hala salıb fikirə getdi.
Mən hələ yeni budaqlandığım vaxt ağacların söhbətinə qulaq asırdım.Onlar heç vaxt məğlub olmayan bir canlıdan danışırdılar. Söhbət əsnasında onlardan biri ağır kinayə ilə dedi" hahaha nə danışırsız ağıllı?!! Bir baxın onlardan axmaq canlı yoxdu.Onlarda ağıl var deyirlər amma duşunə bilmirlər məgər görmursuz? Onlar bizdən ustundur deyirlər guya məncə onların heç qurumuş bir ağac qədərdə dəyəri yoxdur" . "ola bilər" digər bir ağac dilləndi və sözunun davamında dedi " mən eşitdim ki,onlardan biri 'ağacları kəsməyin' deyirdi axı beləsi necə axmaq ola bilər deyə duşunurdum. Lakin gördüm ki,digərləri onun dediklərini etmir.O həqiqətən tərifləndiyi kimi ağıllı və bizdən ustun idi.Biz özumuzu qoruya bilmədiyimiz halda bizi mudafiə edirdi. Mən ona görə məhv olmağa razıyam"
Nə demək istəyirsən?-Yarpaq soruşdu
Mənə elə gəlir biz elə onlara görə yaradılmışıq.Bilirsən hansılarına görə? bax bizi qorumaq istəyənə görə.Ağaclar onun qəlbində bir kitab olduğunu və o kitabda " hər şey sizə görə var edildi" - yazıldığın deyirdilər. Ağaclar onlara İnsan deyirdi.Onlar bizlərdən çox yandırıblar,çoxumuzu kəsiblər elə siz yarpaqlarında çoxunu yandırıblar biz həmin o insanlara görə var edilə bilmərik bu ki ədalətsizlik olar . Biz həmin insanlara görə var edildik ki ,yarpaqlar özlərini onların ayaqları altına sərirlər.Biz həmin insanlara görə yaradıldıq ki, kölgəmiz onlara həddiyədir.Biz həmin insanlara görə yaradıldıq ki,meyvəmiz onlarsız dadsız olur.

Çox təssuf edirəm elə insanlar barmaqla sayılacaq qədərdir-Yarpaq iradın bildirdi. Bilirsən məndə onları aşağıdan keçəndə muşahidə edirəm. Sən danışdıqca ağılmda bir sual ilişib qaldı .Görəsən o dediyin Yarpaqların özunu onun üçün fəda etdiyi o insanlardan yenə var ?

Bəli var əzizim.Əgər olmasaydı sən rəngarəng paltar geyə bilməzdin. Bax sən solğunsan hamınız solğunsuz çoxlarınız məhv oldu . İnsanlar olacaq ki,Bu yaşadığımız Dunyanı siz yarpaqlar kimi rəngarəng edəcəklər.Və bizdə yaradılışımızın hədəfinə çatacağıq.


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+5=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.1244 saniye