Payızı özüm kimi sevdim..
Elnure Oruclu tərəfindən "" bolməsinə 19:26 22 avqust 2013 tarixində əlavə olunmuşdur

Ömrümün payızını yaşadığımı zənn edirəm..həmişə məndən soruşanda ki, " Ən çox hansı fəsli sevirsən ? " Mən də deyirdim ki, qışı, bəzən yayı, yazı. Payızı heç sevmirəm deyirəm.çünki mən qərarsızlığı xoşlamıram. Payızda mənə qərarsızlığı, qəm-qüssəni, əzablari, günahları xatırladırdı.və illər keçdi ilk itgimi bir payız axşamında verdim. Hər payızda bir itgi. Böyük dəyişikliklər..uşaqlığım, sevgim, xoşbəxtliyim payızda can verməyə başladı. Beləcə payızı sevdim, bir tək ona bağlandım...Hər fəsildə onu axtardım. Payızı özüm kimi sevdim...və ən sonda özümün də payıza bənzədiyimi kəşf etdim...Payız mənə məni xatırladır...düz yolun ortasındayam bilmirəm hansı tərəfə gedim...geriyə baxıram, amma done bilmirəm..dönmək istədiyimə belə tam əmin deyiləm, irəliyə gedə bilmirəm, qarşıdan gələn səssizlik canımda payız küləyi əsdirir....mən artıq payızı özüm kimi sevirəm, ömrümün gənc çağlarında payızı yaşayiram...


... dəfə oxunub
Qiymət: 9/10(133 səs)
[qiymət ver ]
Şərh yaz
5+5=
Hesaba giriş
Müəllif

Elnure Oruclu
Haqqında
Yazmağı çox xoşlayıram, danışmaqda çətinlik çəkirəm bəlkə ürəyimdən keçənləri deyə bilmirəm.. Ona görə yazı yazmağı çox xoşlayıram.. şeirlər, hekayələr, sevgi məqalələri və.s bunlar yaradıclıqdan irəli gəlmir, mənə görə bu qəlbimizin bizə hədiyyə etdiyi kiçicik paydır... 
Əlaqə
E-mail:
1320a@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0222 saniye