Payızın ilk xəzanları
Лала Агаева tərəfindən "Hekayə" bolməsinə 21:50 26 mart 2016 tarixində əlavə olunmuşdur

Payızın ilk xəzanları maraqlı və rəngarəng olur. Sanki bir rəng kollajıdır. Əvvəl qırmızı, sonra narıncı, sonda isə sarı. Rəngbərəng və isti rənglər. Günəşi xatırladan bu rənglər çox vaxt kiminsə xoşuna gəlmir. Nə bu rəng kollajı, nə də küçələri bəzəyən, yeridikcə həzin musiqi çalan bu qurumuş yarpaqlar. İnsanların ən sevdiyi fəsillər mənim fikrimcə yay ya da qışdır, bəzən də yaz. Amma çox az insan, bəlkə də heç dərəcəsində insanlar payızı sevir. Zəif parlayan günəş, dizəcən palçıq, ilıq hava, bəzən də insanları vaxtsız, çətirsiz, hazırlıqsız tutan güclü və ya zəif yağışlar. Xüsusən də evi,başının üstündə damı, əynində dəyişməyə paltarı, qızınmağa yeri olmayanlar üçün pis, əzablı, soyuqdur payız. Çünki başının üstündə damı olmyanların başına yağan bu yağış onları isladır, həyata, yaşamağa doğru olan qurumuş qəzəblərini isladır. Bu islanan qəlblər kimisini binanın başına, kimisini dalğanın qucağına, kimisini də bir anlıq qızınmaq üçün ya güllənin tətiyinə, ya da benzin bidonunun qapağını açmağa aparır. Buna görə sevmirlər payızı bəlkə də. Bunlar ya uşaqlarının qarnını doyura bilmədiyi üçün ya əyninə geyim ala bilmədiyi üçün, ya da ata-anasını əziyyətə salmamaq üçün uşaqlar olur. Nəticə isə həmişə bədbəxt olur. Variantdan asılı olmayaraq həmişə kimsə əziyyət çəkir.

Kitabın ön sözünü yüzdə doxsan faiz heç kim oxumur. Elə mən özümdə çox vaxt oxumuram. Çünki mənə elə gəlir ki, ön sözü oxuyanda kitabın marağı qalmır. Amma sonda maraq üçün oxuyuram. Mənə elə gəlir ki, payızın ilk adda-budda yarpaqları a belədir. Çox vaxt heç kimin vecinə olmur. Bu yarpaqları da heç kim süpürmür. Çünki onları süpürmək iki qat əziyyətdir. Amma məncə bu yarpaqların süpürülməsi bu qızılı-sarı ahəngi pozur. Yeridikcə xışıldayan musiqi piano akkordlarına oxşayır. Bu akkordlarda barmağının qaçması zamanı akkordun ahənginin pozulmasının adamın aldığı həzz pozulduğu kimi yarpaq xışıltısız yerdə gəzməkdə adamın həzzini elə qaçırır. Ağacların böyrünə yığılmış yarpaqları "donuz kimi" dağıda-dağıda gedirəm. Bilirəm, bu əməyə qarşı böyük eşşəklidir. Amma nə olsun sevirəm yarpaqlar arasında keçməyi...


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+14=
Hesaba giriş
Müəllif

Лала Агаева
Haqqında
Агаева Лала
Əlaqə
E-mail:
baku.azerbaijan1@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0286 saniye