Paytaxtın çobana ithafı
Şəfiqə Şəfa tərəfindən "Şeir" bolməsinə 16:56 30 iyun 2015 tarixində əlavə olunmuşdur

Çobanını bəyənmədiyimiz bir ölkənin
Eyniadlı salatını bəh-bəhlə yeyirik bu şəhərdə...
Ye, balası,
Necədi? 
Xoşuna gəlirmi "çoban salatası"?
Doyunca ye, 
Çobanlar inciməsin,
Acığa düşüb dağlardan perikməsin.
Qorxduğumuz başa gələr,
Sürüsün gətirib paytaxta tökər,
Zənginləşib göydələnlər tikər,
Hər iki-üç ildənbir gəlişini gözlədiyimiz
məşum qiyaməti çəkər...
İşə bax, balası,
yediyin "çoban salatası"
"paytaxt" adlı həmkarının yanında
həmişə vitrinlərdə, menyularda yanaşı olar,
Ziddlər bir-birini çəkər axı...
"Çoban"ın sulanan mayası
"Paytaxt"ın qarışıq canına axar...


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
6+24=
Hesaba giriş
Müəllif

Şəfiqə Şəfa
Haqqında
Şairə, yazar, publisist, tərcüməçi.
Əlaqə
E-mail:
kshafiga@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0429 saniye