Pəri...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 13:57 27 yanvar 2015 tarixində əlavə olunmuşdur

Pəri

Tellərini səhər-səhər
Ayır,dara yana,Pəri. 
Gözlərinin aşiqiyəm
Qoyma qəlbim yana,Pəri.
***
Ürəyimdə söhbət qalıb,
Gözüm sənə həsrət qalıb.
Dodağımda ləzzət qalıb,
Qoyma onu dona,Pəri.
***
Gəl,qovuşsun taleyimiz,
Vüsal olsun gərəyimiz.
Qanad açsın diləyimiz,
Qoyma yerə qona,Pəri.
***
Mövlud deyir, ürək dolu,
Mürəkkəbdir ömür yolu.
Sevgi arzumun bir qolu,
Gəl onu da sına,Pəri.

5.10.1983.Zərdabi.(Mövlud Ağamməd)


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+12=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.06 saniye