Peşmanıq
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 23:44 18 dekabr 2015 tarixində əlavə olunmuşdur

 Bizləri tanıdınızmı? 69 gün boyunca əsir qaldıq. Qurtarılan 33 mədənçiyik. O həyatımızdan ötrü darıxırıq.

2010-cu il, 5 avqust. Cənubi Amerikanın zəngin ölkəsi Çilidən faciə xəbəri gəldi. Paytaxt Santyaqoya 800 km uzaqlıqdakı San-Xose mədən ocağında 33 nəfər “qapalı qaldı.” 69 günlük həyat möcüzəsi ilə 700 m dərinlikdən çıxmağı bacaran mədənçilər müasir zamanın qəhrəmanlıq hekayəsinə imza atdılar. Heç bir yerdə yaşanmamış insanlıq səfərbərliyi nəticəsində bütün dünya onları canlı izlədi.

Bəs bütün dünyanın eyni anda sevincə boğan biz mədənçilərə sonradan nə olduğu kimlərinsə ağlına gəldimi?

Gözlərimizə eynək taxıldı. Heç kim nəsib olmayan təcrübəni yaşayırdıq. Bu acını yaşadığımız üçün hər birimizə 10 dollar verildi. Aramızdan 13-ü Çilinin mədən ölkəsi olduğunu dünyaya anlatmaq üçün pul qarşlığında ölkəni təqdimat etdi. ABŞ, İngiltərə, Yunanıstan, İsrailə gedərək “dünyanın ən qeyri-adi hekayəsi”ni anlatdılar. Kral kimi qarşılandılar, mətbuata açıqlama verdilər. “Super star” rəftarını gördülər, heyranları ilə görüşdülər.

Amma bu gün yıxılmış durumdayıq. “Rock Star” sindromu yaşayırıq. Özümüzü yüksəklərdən aşağılara enmiş hiss edirik. İşimiz yoxdur, pulumuz tükəndi. Kasıblıq və səfalət içində qıvranırıq. Çoxumuzun psixoloji problemləri var. Keçmiş günlərimizdən ötrü darıxırıq.

-Əvvəllər daha rahat və xoşbəxt biri idim. İndi özümü qəribə hiss edirəm.

-Hər kəs pul içində üzdüyümüzü hesab edir. Amma biz insanların bildiklərindən daha çox çəkdik. Çox pis xatirələrim var. Kaş ki, bunlar olmasaydı.

-Hansı mədənçinin öncə yerə yıxılacağını və onu necə yeyəcəyimi düşünməyə başladım. İnanın,, belə düşündüyüm üçün nə utanırdım, nə də qorxurdum.

Qurtulduğumuza peşmanıq...

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+16=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.1173 saniye