Peyğəmbərimizin Məhərrəm ayı ilə bağlı tövsiyələri
Elnure Oruclu tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 02:05 11 noyabr 2015 tarixində əlavə olunmuşdur

İslam aləmi hicri qəməri təqvimiylə yeni ilə 1435-ci ilə girdiİslam tarixində bir çox əhəmiyyətli hadisə bu ayda reallaşdı.

Peyğəmbərimizin də bu ayla əlaqədar tövsiyələri var ..

Məhərrəm ayının İslam tarixində  3 əhəmiyyətli xüsusiyyəti vardır: 1-Oruc, 2-Hicri təqvimin başlanğıcı olması, 3Hz. Hüseyn və övladlarının Kərbəlada şəhid edilməsidir.

Məhərrəm ayında tutulan oruc tarixi baxımdan da  bir xüsusiyyət daşıyır. Peyğəmbərimiz Mədinəyə hicrət etdikdən sonra Mədinədə yaşayan Yəhudilərin oruclu olduğunu öyrəndi.O gün Məhərrəm ayının 10-cu günü Aşura günü idi. "Bu nə orucudur?" deyə soruşdu. Yəhudilər, "Bu gün, Allahın Musanı düşmənlərindən qurtardığı, Fironu boğdurduğu gündür. Hz. Musa (ə.s), bir şükür olaraq bu gün oruc tutmuşdur "dedilər.
Peyğəmbərimiz onlara, "Biz Musanın sünnəsini yaşatmağa sizdən daha çox yaxın və haqq sahibiyik" deyərək özü və Müsəlmanlar o gün oruc tutdular. O il hələ Ramazan orucu vacib olmamışdı.
Lakin növbəti il Ramazan orucu vacib qılınınca Müsəlmanların oruc ayı Ramazan oldu. Aşura günü orucu mövzusunda isə Peyğəmbərimiz hər kəsi sərbəst buraxdı, "İstəyən tutar, istəməyən tutmaya bilər" dedi. Beləcə bu oruc, müstəhəb bir oruc olaraq qaldı. Səhabələrdən İbni Abbasın rəvayət etdiyi bir hədisdə də ifadə edildiyi üzrə, bir qarışıqlığa meydan verməmək və Yəhudilərə bənzəməmək üçün Aşura günündən əvvəlki günlə sonrakı gün əlavə edildi, beləcə üç gün oruc tutmaq sünnət olaraq tətbiq oldu. Bu səbəbdən nə Peyğəmbərimiz, nə səhabələr, nə məzhəb imamları və müctəhidlər, nə də daha sonrakı İslam alimləri Məhərrəm ayının ilk on günü oruc tutulması mövzusunda bir bəyanat etməmişlər.
Bunun xaricindəki bir tətbiqin İslam ibadət tarixində bir yerinin və qaynağının olmadığını söyləmək lazımdır.Məhərrəm ayının İslam tarixində bir təqvim başlanğıcı olması, Hz. Ömərin xəlifəliyi dövründə təsbit edilmiş, o tarixdən bu yana bir çox İslam ölkəsində istifadə edilmişdir. 1 Məhərrəmin Hicri yeni il olması, Miladı qeyd etməsikimi bir ənənəsi olmamaqla birlikdə, ilin ilk günü olması baxımından bir əhəmiyyəti də var.
 Quranda isə Məhərrəmin ayının fərqli bir xüsusiyyətindən bəhs edilir.

Tövbə Surəsi(ayə 36)- "Həqiqətən, Allah yanında, Allah kitabında ayların sayı göyləri və yeri yaratdığı gündən on iki aydır. Onlardan dördü (döyüş üçün) haramdır,dümdüz haqq-hesab məhz budur " ifadəsində bildirildiyi kimi, bu dörd aydan biri də Məhərrəm ayıdır.

 Haram ayları, dəyərli, vacib və də fərqli xüsusiyyəti olan aylardır və o aylara qarşı hörmət olunması bildirilmişdir.
 Peyğəmbərimizin ifadəsiylə "Şehrullahi'l-Məhərrəm- Allahın ayı Məhərrəm" olaraq bilinən Məhərrəm ayı, İlahi bərəkət və bolluğun bollaşdığı bir aydır. Allahın ayı, günü, ili olmaz, amma Allahın rəhmətinə çatmağın əhəmiyyətli bir fürsəti olduğu üçün Peyğəmbərimiz tərəfindən belə ifadə edilmişdir. 
Bu xüsusi gündə Uca Allah (cc) on peyğəmbərinə on növ nemət ehsan etmişdir. Bu nemətlər isə bu şəkildə nəql edilmişdir;

1. Allah, Hz. Musaya (ə.s) Aşura Günündə bir möcüzə lütf etmiş, dənizi yararaq Firon ilə ordusunu sulara boğmuşdur.

2. Hz. Nuh (ə.s.) gəmisini Cudi Dağının üzərinə Aşura Günündə quruya çıxartmışdır.

3. Hz. Yunus (ə.s.) balığın qarınından Aşura Günü xilas olmuşdur.

4. Hz. Adəmin (ə.s) tövbəsi Aşura Günü qəbul edilmişdir.

5. Hz. Yusif qardaşlarının atmış olduğu quyudan Aşura Günü çıxarılmışdır.

6. Hz. İsa (ə.s.) o gün dünyaya gəlmiş və o gün göyə yüksəldilmişdir.

7. Hz. Davudun (ə.s) tövbəsi o gün qəbul edilmişdir.

8. Hz. İbrahimin (ə.s) oğlu Hz. İsmayıl o gün doğulmuşdur. 

9. Hz. Yaqubun (ə.s) oğlu Hz. Yusifin həsrətindən ötəri bağlanan gözləri o gün görməyə başlamışdır.
10. Hz. Əyyub (ə.s.) xəstəliyindən o gün şəfaya qovuşmuşdur.
 Alimlərdən nəql edilən məlumatlara görə, Aşura gününü Qurani-Kərimdə işarə edən ayə belədir:"On gecəyə and olsun" (Fəcr surəsi / 2) Bu xüsusi gün adını , Məhərrəm Ayının onuncu gününə bərabər gəldiyi üçün , Ərəbcə on mənasını verən "Əsr" sözündən almışdır.
Qəməri aylardan Məhərrəmin onuncu günü Aşura günüdür. Bu gün oruc tutmaq sünnətdir. Rəsulullah (s.ə.s)aşura günündə oruc tutmuş və oruc tutmağı tövsiyə etmişdir.
Rəsulullah (s.ə.s) başqa bir hədisində belə buyurmuşdur: "Ramazandan sonra ən fəzilətli oruc, Allahın ayı olan Məhərrəmlikdə tutulan orucdur. Vacib namazlardan sonra ən fəzilətli namaz da gecə namazıdır. " 


... dəfə oxunub
Qiymət: 10/10(20 səs)
[qiymət ver ]
Şərh yaz
10+8=
Hesaba giriş
Müəllif

Elnure Oruclu
Haqqında
Yazmağı çox xoşlayıram, danışmaqda çətinlik çəkirəm bəlkə ürəyimdən keçənləri deyə bilmirəm.. Ona görə yazı yazmağı çox xoşlayıram.. şeirlər, hekayələr, sevgi məqalələri və.s bunlar yaradıclıqdan irəli gəlmir, mənə görə bu qəlbimizin bizə hədiyyə etdiyi kiçicik paydır... 
Əlaqə
E-mail:
1320a@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0392 saniye