Piano Səsləri
Mirtalib Həsənov tərəfindən "Hekayə" bolməsinə 10:43 10 aprel 2014 tarixində əlavə olunmuşdur

Bakı yağışlı günlərindən birini yaşayırdı.Küçədə hərəkət edən piyadaların üzündə narazıçılıq hiss olunurdu.Şəhərin mərkəzində yerləşən binaların birində qonşu mənzildən yenə piano səsləri gəlirdi.3ay olardiki Ayxan bu mənzilə gəlir qəzada yaxınlarını itirmiş Sabirin ifasını ,xəyallarını dinləyir,dərman və yemək verib gedirdi.Sabir qəzadan sonra danışığ qabiliyyətini və qismən də ağlını itirmişdi.Lakin ən sevimli işi xəyal dünyasına səyahət edib piano çalmaq idi..Bəzən qeyri adi hərəkətlər edir və bu ətrafdakilərin narazıçılığına səbəb olurdu.Onu tək başa düşən isə yaxın dostu Ayxan idi.Əvvəllər də hərgün bir yerdə olardılar.Universtitet həyatı,dostlar və əyləncə indi sakit,- dərman və pianodan ibarət həyata çevrilmişdi.Ayxan dünən həkimlə danışmışdı Sabirin vəziyəti getdikcə ağırlaşır kəskin baş ağrıları,qeyri-adi davranışları gecələr gördüyü kabus ömrünnən bir yarpağ düşürürdü.Həkim bir neçə dərman məsləhət görmüşdüki bu onun ömrünə son verib rahat ölməyinə səbəb olacağdı.Ayxan bunu eşidəndə dəli kimi həkimin üstünə hücum çəksə də sakitləşdikdən sonra həkimin dediklərini,bunun tibbdə evtanaziya olduğunu başa düşmüşdü.Həkim vəziyət ağırlaşdıqda onun dəlixanaya salınacağını çətin günlər keçirəcəyini demişdi.Ayxan buna razı ola bilməzdi. Həmin gecəni Ayxan yata bilmədi.Axı o bunu necə edə bilərdi axı?öz əliylə dostunu necə öldürə bilərdi?hər şey tək imzadan asılı idi.Xəstə yaxını kimi imza atıb dərmanları götürüb Sabirin həyatına son verə bilərdi.Artıq necə dəfə qonşular mənzildən gələn səslərə görə şikayət etmiş onun burdan köçməsini bəziləri dəlixanaya yatırılmasını məsləhət görmüşdülər.O artıq qərarını vermişdi yenə adətilə Sabirin yanına gəldi ,bugün sabir özünü yaxşı hiss eləyirdi Ayxan isə artıq qərarını vermişdi.Sabir dərmanı içdi və demək olarki hərgün verdiyi sualı bir də verdi:-Ayxan mənə gələcəy planlarımızı danış.Ayxan özü də istəmədən bu yalannara öyrəşmişdi danışmağa başladı-Az qalıb Sabir burdan çox uzağa köçəciyik.ikimərtəbəli evin eyvanında ağ pianoda hərgün pianoda ifa eliyəcəysən.Bu ağrıların da olmayacağ.Mən və yaxınların səninlə olacağıq.izim qrupdakı Aynur yadındadı?Birdəfə mənə onu sevdiyivi demişdin?-hə yadımdadı ama onu day görmürəm yəqin vacib işləri var ..O da orda olacağ narahat olma dedi Ayxan və gözünnən yaş süzüldü.Bilirsən Ayxan mən ağlımı itirə bilərəm ama bilirəm ki atam anam ölüb.Səni hamıdan çox istiyirəm.Mən o xəyallarını qurduğumuz evə gedirəm əgər bir gün Aynuru görsən deyərsənki onu çox sevirdim bu Sabirin son sözü idi və gözlərini yummşdu artıq.Ayxanın isə gözünnən axan yaş Sabirin cansız üzünə düşürdü.Artıq hərşey bitmişdi.Ayxan balkona çıxıb səssiz sakitcə həyata üsyan edib nifrətini bildirirdi.Öz əllərilə dostunun acı çəkməsinin qarşısını alsa da onu öldürmüşdü.Damağına bir siqaret qoydu külək siqaretdən çıxan bu dərdli tüstünü uzağa apardı.Dəyişən heçnə yox idi sadəcə 3mərtəbədəki qonşu otaqdan daha piano səsləri gəlmiyəcəkdi.


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
2+24=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0263 saniye