Pianoçu qız - Ferens Listin "tələbəsi"
Yusif Sadıqlı tərəfindən "Hekayə" bolməsinə 16:52 22 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Bir alman gənc qız pianino dərsləri verərək yoxsul ailəsini dolandırmağa çalışırdı. Bu gənc qız hər yerdə yalan söyləyərək məşhur macar bəstəkarı və  musiqiçisi Ferens Listin tələbəsi olduğunu deyirdi.

Bir dəfə List konsert vermək üçün yoxsul qızın yaşadığı şəhərə gəlir. Bu zaman gənc musiqiçi yalanının aşkar olunacağını və ailəsinin bir tikə çörəksiz qalacağını anlayır. O gözü yaşlı şəkildə məşhur bəstəkarın yanına gələrək söylədiyi yalanını etiraf edir. Dahi bəstəkar onu diqqətlə dinləyir və qızdan musiqi bacarığını sərgiləməsini xahiş edir. Qız ifa etdikdən sonra bəstəkar onun yol verdiyi səhvləri düzəldir. 

— İndi isə mənim əzizim, siz artıq mənim tələbəmsiniz. Elan verərək səhnədə ilk sizin, sonra isə müəlliminiz Listin çıxış edəcəyi konsert verəcəyinizi elan edə bilərsiniz” — deyə List deyir.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+18=
Hesaba giriş
Müəllif

Yusif Sadıqlı
Haqqında
Hekayə oxumaqdan zövq alıram. Bloquma da bir hekayə bloqu kimi baxa bilərsiniz. Vaxtaşırı sizi oxuduğum maraqlı hekayələrlə tanış edəcəm.
Əlaqə
E-mail:
yusifsadiqli@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.023 saniye