Pərviz ... 7-ci "Septini"-nin 3-cü psixi. Lap balaca vaxtlarından həmişə internet klublara qaçırdı. Sanki texnika onun üçün yaradılmışdı. Atası isə ona belə şeyləri qadağan etmişdi. Böyük istəkdən sonra atası evə kompüter aldı. Ancaq kompüter koda qoyulmuşdu. İstəyinə görə o kod qırmağı öyrəndi. Elə xaker olmağa da burdan başladı. Sonralar sevdiyi qızın profilindəki mesajları oxumaq istəyi ona həftələrlə yuxusuz gecələrdən sonra profil və mail qırmağı öyrətdi. Maddi vəziyyətləri isə onun pul axtarışına çıxması və plastik kartları qırmağa kömək etdi. Artıq kompüter sahəsində demək olar hər şeyi bilirdi. Ofis və dizayn proqramları üzrə diploma sahib idi. Məktəbin bütün bu tipli işlərini Pərviz görürdü. Universitetdən isə qovuldu. O, Azərbaycabdakı banklardan ikisinin hesabından yüz minə yaxın pul oğurladı. Həbsə düşdü. İli keçməmiş oğurlanmış pullar onu həbsdən azad etdi. Bu dəfə də yenə etdi. ölkəni tərk etmək istəyərkən ona gizli e-mail gəldi.
Mailin başlığı belə idi. "Sən "pirat"-san? ". Mesaj bölməsində isə belə yazılmışdı. "Bizə qoşul, istəklərini qorxmadan et." Oxuduqdan 10 dəqiqə sonra cavab e-mailini yazdı. "Pirat artıq sizinlədir". . . !
İdelogiya və "Sepniti" haqqda - http://yazar.in/yazi_quotseptiniquot-7-psix_1097.html