Pis polis lap pis polis
bob tərəfindən "Hekayə" bolməsinə 05:21 24 iyul 2016 tarixində əlavə olunmuşdur

(Bu əsərdəki hadisələr reallıqda baş vermiş şeylərdi.)

İyulun isti günlərindən biri.Metereologiya şöbəsindən yayılan məlumatlara görə havanın tempraturu sabah 42 dərəcəyə çata bilər.Bunu eşidənlər metereologiya nazirliyinə istiliyi azaltması üçün rüşvət verir.Onlar pul qarşılığında binanın krişasına çıxıb yağış duası eliyirlər.Bu korrupsiya nəticəsində pozulmuş Bakıda baş verən qanunsuzluqlardan sadəcə biridi.İnsanlar artıq küçəyə çıxmaqdan qorxurlar : cinayət , cibgirlik , adam qaçırma , narkotik alveri və mənasız sözlərlə dolu meyxana qoşan maşınlar bakının imicini zədələyir.

Ama insanlıqlarını itirmiş kəslərlə dolu bu şəhərdə hələ üç-dörd nəfər ədalət uğrunda mübarizə aparmağa davam edir.Xeyr mən facebook-da dövlət əleyhinə status yazan, prişikli sifətlərini vandetta maskasıyla gizlədən, anarxist yeniyetmələrdən danışmıram.Mənim haqqında danışdığım kəslər “fərid market” detektivlik bürosunda işləyən detektivlərdi.Büronun adının belə olmasının səbəbi əvvəl market olmuş yeri alan detektivlərin adı dəyişdirməyə simiclik etmələridir.

Bu büro indi təqaüdə çıxmış köhnə polis və futbol fanatiki olan Səmədov tərəfindən qurulub.Səmədov polis dostları yanında “köhnə qurd” , futbol oynadığı məhlə dostları yanında isə “təzə gəlin” deyə tanınırdı.Fəaliyyətdə olduğu illərdə 1000-ə yaxın cinayətkarı həbsə yollaması ilə məşhur idi.Ama bunları qabağında 3 boş araq butulkası olarkən dediyindən rəsmi rəqəm sayılmır.

Səmədov büronu quranda öz yanına 3 polis daha götürmüşdü.Bunlardan birincisi paltar dəyişmədəki bacarığına görə “Şerlok Holms” ləqəbini alan Həsənovdu.Doğurdanda geyim mövzusunda elə zövqsüz idi ki seçdiyi paltarlar 19-cu əsrin modasına uyğundu.Həsənov 1.90 metr boyunda olduğundan dostları arasında boyunun uzunluğuna görə tez tez zarafat mövzusu olur.Ailəsində digər hamının ən azı 2.20 boyunda olmasından ötürü də ailə arasında boyunun balacalığına görə zarafat mövzusu idi.Bunlardan başqa Həsənov 2 il əvvəl biri ilə evlənsə də bu yaxınlarda arvadı ilə ayrılmışdı.

İkinci detektiv isə 1.40 boyunda yekə qarın Əliyevdi.Əliyev qrupun düşünən beyni sayılır.Şahmat mövzusunda ustalığı dünyada tanınır.Öz dediyinə görə “deep blue”-ya oyun təklif etmişdi ama “deep blue” başqa yerə gec qaldığını deyərək rədd etmişdi.Səmədov kimi o da bu sözləri içki məclisində dediyindən sözləri elə də inandırıcı gəlmir.Axı necə gəlsin , “deep blue”-nun həmin gün Kasparovla rok konsertinə getdiyi bilinirdi.

Üçüncü detektifimiz köstəbək işləyən Məmmədlidi.O həmişə gizli qalmaqdakı məharətiylə tanınırdı.Məmmədlinin bir digər xüsusiyyəti isə xarizmatik baxışlarıydı.Onun gözlərinə baxanda adam heyranlıqla bərabər qorxu hissi keçirirdi.Hətta bir dəfə ofisə şkaf daşıyan işçilər onla göz-gözə gəldiklərində necə qorxdularsa şkafı onun üstünə atmışdılar.Xəstaxanaya sümükləri sınmış vəziyyətdə aparıldıqda belə sərt baxışlarını qoruyurdu.Bəlkə də gözü açıq ölmüşdü ; bilmək olmazdı o an.

Səmədovun başçılığı ilə bu qrup bakının qaranlıq küçələrində bir çox nailiyyətə imza atmışdılar.Ama küçə işıqlarını düzəltmələri onların xalqın gözündə son vaxtlardakı uğursuzluqlarını ört-bas edə bilmirdi.Son vaxtlar baş verən qəribə oğurluq hadisələriydi bu uğursuzluqları.

Səmədov təqaüdə çıxdıqdan 5 il sonra yenidən öz ofisinin qabağında durub.O ofisin qapısına baxıb keçmişdəki xatirələri yadına salır : cəsarətli qəhrəmanlıqların , dahiyanə planların , əllərindən gəldikcə edilən xeyriyyə işlərin və içdikdən sonra toyda oynayarkən çəkilən videolarının youtube-a “toy prikol – mutleq bax” adıyla qoyulmasını.Bu düşüncələrlə məşğul olduğu anda əlində boş banka tutan bir qoca arvad deyinə-deyinə ofisin qapısından çıxırdı.Səmədov siqaretindən bir tüstü çəkdikdən sonra onu kənara atır və qapıdan içəri daxil olur.Kompyuter arxasında oturan Əliyev başını qaldırmadan “qatıq almağa gəlmisənsə çıx bayıra.neçə dəfə deməliyəm ,bura market deyil” deyir.Səmədov bu söz qarşısında gülümsüyərək Əliyevin masasına doğru irəliləyir.Əliyev görünüşə görə gözlərin dinləndirir.Səmədovun öskürməsini eşidərkən gözündəki qara eynəyi çıxardır , sonra isə gözünə qoyduğu xiyarları zibil vedrəsinə ataraq gözlərin ovalayır.Bunnan sonra qarşısındakına baxır və Səmədovu görərkən təəccüblənir çünki saçlarının arasında siqaret qalıb (Səmədov siqareti küləkli havada kənara atmışdı).Səmədov saçındakı siqareti götürür və son bir tüstü çəkdikdən sonra Əliyevlə görüşür.Elə həmin an digər otaqdan içəri Həsənov daxil olur.Səmədovla da görüşdükdən sonra Həsənov ondan hal-əhval soruşur.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+6=
Hesaba giriş
Müəllif

bob
Haqqında
https://www.tumblr.com/blog/absurdhekayeler
Əlaqə
E-mail:
feministrapist@divismail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0324 saniye