Piter Pen cəhənnəmdə
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 19:59 04 noyabr 2019 tarixində əlavə olunmuşdur

Cəhənnəm dediyin nədir ki...
Sevginin alov,
yaxud alovun sevgi qatılmış halı,
tək fərqi isə əbədiliyi...

Sən baxma ki, içimdə

əlində bəlkə də hamının axtardığı
sehrli çubugu tutan bir uşaq ağlayır,
sənin varlığının sayəsində həyatın düz mərkəzindəyəm,
damarlarımda məna axır durmadan,
iliklərimdəsə yaşam çağlayır,
bütün gələcək göz yaşlarım

axıb gedir
səsinin bulaqlığı kimi,
ölümün məndən uzaqlaşdığını duyuram
gözdən itən siluetinin bulanıqlığı kimi...

Gülüşün həyat kimi sevincli olduğundan,
əzablı fikirlər sənə şişirdilmiş görünür,
yaşamaqsa asan gəlir
Heç fərqinə varmadan ki,
beynim və ürəyim səni necə daşıyır...
Beləcə,
yanımdan ötüb gedə bilirsən səssizcə,
çünki sən bilmirsən:
şair pafosu sevmir, onu ruhən yaşayır...

Bircə məndən fərqli olaraq
milyardların arasında özünə yön tapa bilən,
hulqumuma dirənən bu həsrətim bitsəydi...
Qəhr olsun güc yolunda
kütləylə yol yoldaşlığına əl uzadan hiddətim!
Axı neyləyim ki,
ayağıma bağlanmış bu cəmiyyət yükünün
ipini çözə bilmirəm!
Əllərin də uzanmır bir kərə olsun,
kütlənin içində itdikcə itirəm,
boğuluram
heç olmasa arabir qulaqlarımda
səsin çınlayır: 'hardasan?'
- cəhənnəmin dibindəyəm,
küllərimdən doğuluram...

Cəhənnəm dediyin nədir ki...
Kütlənin içində itdikcə itirəm...
Əlimdə sehrli bir çubuq var...
Şair pafosu sevmir, onu ruhən yaşayır...
İliklərimdə yaşam çağlayır...
Küllərimdən doğuluram...
Hardasan?

 

 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+30=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
mirzelazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0258 saniye