Günlərin bir günü coxdan görüşmediym dostlarla kafelerin birində oturub söhbət edirdik. Keçmiş xatirəlerden,olanlardan, ötənlərdən danışıb, bir azda olsa qayğılardan,problemlərden uzaqlaşib köhne günləri yada salırdık.
Söhbətin şirin yerində bir cavan oğlan yaxınlaşib dedi kitab istemirsiz?Düzu dostlarim o qaqaşin dediyi sözə məhəl qoymadı gobud da olsa kitab satan qaqaşa qaşqabaqli tərzde Piyvexanada kitab satarlar?kitab oxuyan varki? dedi.
Bu sözü eşidən gənc ruhdan düşmuş halda, kefsiz,korpesman kitablari yığmaga basladi.
Mene üzünu tutub həmin gənc dedi:bes siz kitab istemirsiz?
Ne yalan deyim kitablari çox xoşuma gəlmişdi.
Bu günumuzdeki köləlik,ve Mədiniyyətin mərheleri kitablari çox xoşuma gəldi istədim ki o kitabları alam qaqaşdan üstumde artıq pul olmadıgi üçün ala bilmədim. Ala bilmədiyim üçün çox üzuldum.
Qaqaşla söhbət əsnasında oyrendimki tələbədir rayondan yasayir ve maddi durumu yaxşı olmadığı, ailəsini saxlamaq ve təhsil haqqisini ödəmək üçün məcbur kitab satdığıni dedi.
Əlaqe nömrəsini goturdum həmin qaqaşin ki o kitabları səndən alacam. Qaqasin çöhrəsi gülürdü ele sevinmisdiki dedi nə yaxşı sizin kimi kitab oxuyanlar cəmiyyətimizde hələ qalıb.
Bu oğlani yola salandan sonram bir xeyli düşündum doğrudanmi kitab oxuyanlar günü gündən azalir,azalmaya səbəb nedir görəsen?
Kitaba oxumağa marağı artırmaq üçun neler etməliyik ki kitabdan qorxmasınlar?.
Kitab oxumayan gənclerin düşünce terzi dayazlasar,mühakime etmək qabiliyyet qabiliyyətini itirər.
Kitab oxumaq:
-Kitab Oxumaq Zehni Açar, Kobudluqdan Qurtarar.
Söz xəzinəmizi zənginləşdirər.
-Danışıq qabiliyyətimizi qüvvətləndirər.
-Mədəniyyətimizi artırar. Təsirli bir insan edər.
-İş həyatımızdakı müvəffəqiyyət səviyyəmizi yüksəldər.-Dünyaya baxış bucağımızı dəyişdirər.
-Cəmiyyətdəki əlaqələrimizin keyfiyyətini artırar.