Mənə bu gün bildiriş gəlib ki, bəs "Kənan və Susqun" adlı hekayəni plaqiat olduğuna görə şikayət ediblər. Kimdən götürmüşəm? Əgər kimdənsə götürdüyümü zənn edirsizsə rəy bölməsinə buyurun yazın. Əgər bilmək istəyirsinizsə mən "ikili ruh" ideyasını özümdə çoxdan kəşf etmişəm. "Yalquzaq" əsəri mənim sanki bu "ikili ruh" inancımın təsdiqi olub. Digər məsələyə gələk. Saytda plaqiat kimi şikayət etməli çox yazı var. Məhşur yazıçıların kitablarından, əsərlərindən yüz dəfə yazılmış şeyləri yazırlar. Olmaz belə. Hələ saytda adamlar var "təxəllüsləri" belə saxtadır. Ən güclü yazılarımdan biridir. Kim şikayət edib? Niyə? Öz fikirləriniz belə yoxdur. Kim irəli getsə, o saat badalaq veririk. Necə ki adların yazmadığım yazıçıların əsərləri "bestseller" olan kimi adına plaqiat dedilər. Gəlin yazıçı, şair, bloqqer və bu tip ədəbiyyatşünaslar bir-birimizi yox, mənfi şeyləri hədəf alaq... Heyiflər olsun, başqa heç nə...