poetik sevgi (2ci hissə)
Samir Kərimov tərəfindən "Şeir" bolməsinə 10:06 17 mart 2015 tarixində əlavə olunmuşdur

Eşqini etiraf edərsə könlüm

Bəs sonra nə olar eh mən nə bilim

Səhərdən axşama səni görsəm də

İstərəm yuxumda görüm yenə də

25 yaşımda aşiqlik hissi

Bürüdü qəlbimi ey gül pərisi

İndi bir fırtına qopdu dənizdə

Göstərə bilmədim mən bunu üzdə

Fırtına içində gəmim məhv olub

Bu vaxtı dənizə çıxmam səhv olub

Dənizin ortası qaldım dərində

Tək tənha yalqız bir salın üstündə

Yelləyir dalğalar o yan bu yana

Gözlərəm bir yerdə durub dayana

Yoxsa ki ömrümüz keçər dənizdə

Elə bu minvalla ancaq bu tərzdə

Bu dəniz dediyim o dəniz deyil

Bu həyat adlanan qəddar bir qatil

Gözləyir ən zəif anımız gəlsin

Özünü yaşadıb bizisə silsin...

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+29=
Hesaba giriş
Müəllif

Samir Kərimov
Əlaqə
Tel.:
051 627 36 84
E-mail:
samir_kerimli@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0395 saniye