Poetik Sevgi
Samir Kərimov tərəfindən "Şeir" bolməsinə 12:46 28 sentyabr 2016 tarixində əlavə olunmuşdur

Həyat bir oyundur bizsə oyuncaq

Bu oyun mütləq bir sona çatacaq

Oyunun sonunda məğlublar bizlər

Qazanan o böyük Tanrı olacaq...

 

Tanrının oyunu davam edərək

Üzəcək qəlbimi rəhm etməyərək...

Qaranlıq otaqda bir gecə yarı

Nə məcbur edir ki yazım bunları

Təklikmi sıxıbdır məni bu qədər

Yoxsa ki hardandır bu qəm bu kədər

Hüzndən qələm də tutmayır əlim

Onsuzda çoxdandır lal olub dilim

Görünür şikəstəm hər halımla mən

Nə edim bu əzik əhvalımla mən

Qaranlıq otağa gömülüb yenə

Susaraq deyirəm vurğunam sənə...

Ey Tanrım, oyunun yenə baş tutub

Qəlbimi yandıran bir atəş tutub

İndi bir mələyin dərdini çəkib

İçirəm şərabı başıma çəkib...

Eşqini etiraf edərsə könlüm

Bəs sonra nə olar eh mən nə bilim

Səhərdən axşama səni görsəm də

İstərəm yuxumda görüm yenə də

25 yaşımda aşiqlik hissi

Bürüdü qəlbimi ey gül pərisi

İndi bir fırtına qopdu dənizdə

Göstərə bilmədim mən bunu üzdə

Fırtına içində gəmim məhv olub

Bu vaxtı dənizə çıxmam səhv olub

Dənizin ortası qaldım dərində

Tək tənha yalqız bir salın üstündə

Yelləyir dalğalar o yan bu yana

Gözlərəm bir yerdə durub dayana

Yoxsa ki ömrümüz keçər dənizdə

Elə bu minvalla ancaq bu tərzdə

Bu dəniz dediyim o dəniz deyil

Bu həyat adlanan qəddar bir qatil

Gözləyir ən zəif anımız gəlsin

Özünü yaşadıb bizisə silsin...

Bu gün də gömüldüm tənhalığıma

Sənsizlik içində çatdırdım sona.....

Bir daha anladım bu gün bir şeyi

Darıxdım nə vaxt ki görmədim səni

Qapanıb özümə getdikcə hər gün

İstədim unudum səni büsbütün

Amma ki alınmır neylədimsə mən

Bağlandım sənə mən özüm bilmədən

Qəlbimdə sevgini gizli saxladım

Özümü tək sənə, sənə bağladım

Amma bu gizlilik sıxır canımı

Bürüyür qəm kədər hər yanımı

Nə qədər gizlində qalsa da sevgim

Qəlbimi yerindən oynatdın mənim

Dərdimi mən özüm bilirəm ancaq

Amma ki hər zaman gizli qalacaq

Biraz da tanıdım bu gün özümü

O vaxt ki qaçırdım səndən gözümü

Sən dadlı bir üzüm salxımısansa

Amma çox hündürdən asılmısansa

Qorxuram əllərim çatmaz ki sənə

Əlimi aşağı salıram yenə...

Başımı qaldırıb baxdım irəli

Yol aldım bir neçə addım irəli

Kimsəsiz bir ada gördüm uzaqda

Maraqla maraqsız can atdım ora

Tənhalıq adası qoydum adını

Çıxardım həyatın acı dadını...

Tənhalıq adası sakiniyəm mən

Soruş ki düşmüşəm bura niyə mən

Əslində bu mənim öz seçimimdi

Bəlkə də nədənsə qaçış fikrimdi

Bəlkə də axmaqlıq edirəm indi

Bəlkə də doğru yol elə mənimdi

Bəlkə də, bəlkə də, yenə bəlkə də

Bəlkə də, bəlkə də, bəlkə də, bəlkə

Bəlkələr gətirdi məni bu yerə

Burda da yenə də bəlkə deməyə

Cəsarət dediyim bir hissi bu gün

Özümdən ayırdım tamam büsbütün

Qoyub düz qarşıma öz əllərimlə

Mən onu öldürdüm əməllərimlə

Basdırıb dərində üstünü örtdüm

Onu son bir dəfə görmək istədim

Istərəm nə vaxtsa bir gün xortlasın

O məni əsarət altına alsın

Cəsarət ürəkdən gəlməyəcəksə

Qoy o heç gəlməsin qalsın yerində....

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+31=
Hesaba giriş
Müəllif

Samir Kərimov
Əlaqə
Tel.:
051 627 36 84
E-mail:
samir_kerimli@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0237 saniye