Polaris (Qütb ulduzu) səmada ən parlaq ulduz hesab olunur. Şimal qütbündə yerləşir və Şimal ulduzu da adlanır. Türk, Altay və Monqol mifologiyalarında bu ulduza Altınqazıx adı verilmişdir. Altankazquk və ya Altunkazuk adları da mövcuddur. Mənası "Qızıl paya" və ya "Qızıl mıx" deməkdir. Bu ad isə onun səmada ən parlaq və yerdəyişməz ulduz olması ilə əlaqədardır. Buna görə də Monqol mifologiyasında göyün bu ulduz ətrafında fırlandığına inanılırdı. Səma allahları da atlarını bu "paya"ya bağlayırlarmış. Monqol mifologiysında bu ulduz həm də Dəmir Dirək adlanırmış ki, bu da yeraltı və səma qütblərini birləşdirən, bəzən də Tanrıya gedilən bir qapı olaraq ifadə edilirdi.
Qütb Ulduzu, dünyanın oxu ilə, demək olar ki, eyni istiqamətdə olduğundan, digər göy cisimlərinin əksinə gün ərzində yer dəyişdirmir və həmişə şimalı göstərir. Bu xüsusiyyəti səbəbiylə Polaris tarix boyunca insanlar tərəfindən istiqamət tapma məqsədiylə istifadə edilmişdir.
Qütb Ulduzu, əslində üç ulduzdan ibarət olan bir sistemdir. Sistemin ən parlaq ulduzu olan A; böyük, parlaqlığı dəyişən bir sefeit törəməsidir. Bunun ətrafında fırlanan B ulduzu, 1780-ci ildə William Herschel tərəfindən kəşf edilmişdir. Üçüncü ulduzun varlığı 1929-cu ildə müəyyən olunmuşdur. Günəşdən təxminən 2450 dəfə daha böyükdür. Digər ulduzlara görə rəngi sarıya çalır.
Qütb Ulduzunu səmada tapmaq olduqca asandır. Belə ki, bəzən gecə vaxtı səmaya baxdığımızda şimal qütbü istiqamətində ulduzların birləşərək "kiçik ayı" əmələ gətirdiyinin şahidi oluruq. Bəzən bu "tava"ya da bənzədilir. "Tava" nın gövdəsinin sonundakı iki parlaq ulduzu (Dabne və Maraq) birləşdirən xəyali oxu təqib edərək, bu iki ulduz arasındakı məsafənin təxminən 5 qatı qədər irəlidə Qütb Ulduzunu görə bilərik.