Prezident ailəsinin şok xərcləri
Aysel Abdullazadə tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 19:21 06 dekabr 2015 tarixində əlavə olunmuşdur

Prezidentlik sizə bəlkə də, dünyanın ən stressli işi kimi gələ bilər. Amma Barak Obama ailəsinin yaşam tərzi tam bunun əksini deyir. Hətta bu ailənin aylıq xərcləri adamın ağlını başından alır.

Prezidnet kabinet üzvlərinin maaşına bərabər illik təqaüd alır. 2014-cü ildə bu rəqəm 201.700 dollar təşkil edib. Cari ildə 202 min dollar olub. B.Obama ofisdən çıxdıqdan sonra ailəsi ilə birlikdə heç də monoton, orta sinif həyatı yaşamır. Amerika prezidentlərinin ailələri həyatlarının sonuna qədər gizli servis tərəfindən qorunur.

Məsələn, hər il eks prezidentin ailəsinin aşpaz, ya da bağban kimi xidmətçilərinin ödənişləri qarşılanır. Bu xərc üzrə 96 min dollar ayrılır. Əlavə olaraq eks prezidentin ailəsinin tətil, səyahət xərcləri hökumət tərəfindən nizamlanan fondun üzərinə düşür. Eləcə də eks- prezident rəhmətə getdikdə, onun dəfn xərclərini də hökümət ödəyir.

Obamaya gəlincə, qara dərili Amerika dövlət başçısı 400 min dollar maaş alır: O , səyahət üçün 100 min, əyləncə üçün 10 min, "ümumi xərclər" üçün 50 min dollar, "nəzərdə tutulmayan xərclər" üçün 1 milyon dollar alır.

Prezidentin bütün təhlükəsizlik xüsusiyyətləri olan 2 xüsusi təyyarəsi var. Təyyarələrdə yataq otağı, idman zalı, hətta qonaqlar üçün otaqlar nəzərdə tutulub.

Təyyarənin bir saatlıq xərci 210.877 dollar təşkil edir ki, bu ödəniş də prezidentin cibindən çıxmır.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+19=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0264 saniye