Pro-Love nəğmələri...
NİKOLAY tərəfindən "Şeir" bolməsinə 17:22 20 iyul 2015 tarixində əlavə olunmuşdur

sən mənim üçün birinci deyilsən;

həyatımda birinci də deyilsən;

sən mənim üçün bir incisən...

 ***

o qədər  qarşıma qadın çıxıb ki;

o qədər qadın gözümü yaşlı qoyub ki;

 ***

nə qədər qadın yuxularımın kabusu olub;

nə qədər qadın xəyallarımın lənəti olub;

“qədərləri” hesablasan, - görərsən ki, səndən başqa  heç biri də  qadınım olmayıb...

 ***

hələ də  - hər gecə yuxularımda səninlə sevişib; – zina edirəm...

hələ də  - hər gecə yuxularımda  səninlə çəmənlikdə gəzişib;- xatirələrimi təzələyirəm...

indiyədək-qorxuram  yuxularımda  sənin əllərini boşlayım;-sonra  ünvansız  yerdə səni axtarım...

axı, nə qədər  bu dünyada sənin  üçün  yalvarım; -deyirsən ki;

o dünyada da sənin üçün Allaha  yalvarım?!

 ***

hər dəfə  - yaz fəslində  şimşək çaxır göylərdə, ildırım vurur yerə

hər dəfə - yaz fəslində nakam  sevgilərdir ki; - kədər bəxş edir gözlərə...

sevgilim, sənə - hədiyyə  üçün verəcək qəlbim yoxdur...

bilirsənmi? – təkbaşına  bu dünyada mənim kimi  sevgi yaşayan çoxdur...

SON


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+32=
Hesaba giriş
Müəllif

NİKOLAY
Haqqında
21 dekabr 1989-cu ildə Gəncə şəhərində anadan olmuşam.
Əlaqə
Tel.:
0557603821
E-mail:
nikbin.qasimli@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0257 saniye