PROLOQ
Hadisələr interpolun 150 nəfərlik gizli həbsxanasında cərəyan edirdi. Əgər nə vaxtsa belə bir həbsxananı axtarmağa çalışsanız, onu heç zaman, heç yerdə tapa bilməyəcəksiniz. Orada olan insanlar yaşadığımız dünyanın reallıqlarından çox uzaqda özləri üçün bir dünya qurub yaratmış və bu qanunları öz həyatlarına hopdurmağı bacarmış insanlardır. Əgər onlara insan demək olarsa. Xeyr onların bir çoxu sadəcə insan formasında olan məxluqatlar idi. Elə bu səbəblərə görə də bu məxluqları yaşadığımız dünyanın reallıqlarından çox uzaqda bir yerlərdə günlərini keçirmələri labüd sayılırdı. Lakin onlar arasında da normal sayıla biləcək insanlar vardı. Hansı ki, onlar pis olan bir sistemin daha da pisləşməməsi üçün çalışan insanlar idi. Xeyr hələ ki, onların kim olduğunu sizlərə danışmayacağam. Oxuduqca, izlədikcə hər şeyi yaxşı başa düşəcək və biləcəksiniz ki, bütün bunları sizə niyə danışıram.