Pul Çirkli bir kağız parçasıyam mən.Əldən-ələ,cibdən-cibə keçirəm mən.Birinin əli təmiz,birinin də əli çirkli olur.Çirkli əllərdən təmiz əllərə keçib onları da murdarlamışam.Halbuki mən də təmiz qalmaq istəyirəm.Amma insanlar məni murdarlayır.Məni qazanmaq üçün nə desən edirlər.Səhərdən axşama qədər işləyən kim,heç işləmədən məni qazanan kim, məni əldə eləmək üçün şərəfini, namusunu satan kim.Nifrət edirəm pul olmağıma hərdən.Məni rahat qazanmaq bir az çətin məsələdir.Kimisi yatır, yuxusunda öz dünyasını görür və birdən oyanır,işə getməliyəm,pul qazanmalıyam.Mən-pul bu insanları öz dünyalarından da uzaqlaşdırıram.Salıram onları çərçivəyə.Bir kağız olasan, bu qədər dəyərin ola.Mənim kağız dostlarım çoxdur.Amma onlara mənim qədər fikir vermirlər.Kağız dostlarımdan biri dəyərli fikirləri özündə cəmləyən kitablardır.Nə yazıq ki, o kitabları da almaq üçün mən lazımam.Mən olmasam o kitabları əldə eləyə bilmirlər.Fikirlər də pulla satılır,ancaq o fikirləri yazan şəxsiyyətlər pulla yazmırlar,hissləri ilə yazırlar.Bu hissləri də almışam öz əlimə.Hisslər, düşüncələr pulla alınmalı deyil,lakin onları pulla-mənimlə əldə ədirlər Sevgilər də pulla satılır və alınır.O qədər adam var ki,deyir sevgi-puldur.Bunları mənim qulağım olmasa da eşidirəm,çünki daima onların cibindiyəm.Qismən yaxınam onlara.Mənə o qədər sevgiləri var ki, əlacları olsa dərisini yarıb məni onun altında gizlədərlər ki, heç kim görməsin.O qədər yüksəyə qaldırıblar ki aşağı baxanda başım hərlənir.Halbuki mən heç bilmirəm eyy, sevgi nədir, hiss nədir.Mən sadəcə pulam.Keçirtmişəm sən insanı qarmağıma sən də bir ac balıq.Gəlirsən yapışırsan məndən. Çəkirəm səni,elə hey çırpın ey,buraxam deyiləm səni.Artıq sən mənim ovumsan. Səni mən idarə edirəm,amma sənin kimiləri idarə etməkdən yorulmuşam.Bir külək qopanda o qədər mənim kimi kağızlar havaya qalxır, onlara heç fikir verən yoxdur,amma eləki mən qalxdım havaya səndən azad olmaq üçün, havada qapacaqsan məni.Qoyacaqsan cibinə mən pulu və gedib neynəyəcəksən? Xərcləyəcəksən lazımlı ya da lazımsız yerlərə .Mən də xərcləndikcə parçalanıram.Sən insan məni hansısa makinalarda kəsdin,mən ancaq sən insanı kəsib parçalamaq istəmirəm.Sən parçalandıqca da səninlə bərabər şəxsiyyətin parçalanır.Və sən yox olursan,mən də bu yoxluqda var olmaq istəmirəm.Çünki mən buna layiq deyiləm.
Mən elə dəyərli bir şey olsaydım, birinci səndən də qabaq səni yaradan üçün olardım,yaxşı ki,Allahın pulu yoxdur