Qabrial Qarsiya Markezin məşhur sitatları
Vəfa Teymurova tərəfindən "Məşhurlar" bolməsinə 16:30 21 iyun 2014 tarixində əlavə olunmuşdur

Bəlkə də Tanrı uyğun adamı tanımandan əvvəl səhv kəslərlə tanış olmağını, onu tanıyanda minnətdar olmağın üçün istədi.

Bəzən elə danışmalısan ki, qarşındakı cavab verə bilməməlidi. Bəzən də elə susmalısan ki, qarşındakı danışmağa cəsarət edə bilməməlidi.

Bir adam atasına oxşamağa başladığı anda yaşlandığını anlar.

Birindən uzaqlaşmanın ən pis forması, yanında oturub ona heç bir zaman "çata bilməyəcəyini" bilməkdir.
Birini daha yaxşı tanımadan və bu adamın sənin kim olduğunu bilməsindən əvvəl özünü daha yaxşı bir adama çevir və kim olduğunu bilərək özünə güvən.

Bitdi deyə kədərlənmə, "yaşandı" deyə sevin.

Bütün dünya üçün yalnız bir adam ola bilərsən, lakin bəziləri üçün sən bir dünyasan.

Çox gözləyən, daha az olanı ümid etməyi də bilər.

Danışaraq izah edilməz hər şey, bəzən susmaq yetər əslində. Unutma; danışmaq bir ehtiyac ola bilər, amma susmaq cavabdır anlayana.

Əgər bir az ağılın varsa; xöşbəxtlik üçün istədiyin şərtləri tapa bilməyəndə, tapdığın şərtlərdə xöşbəxt olmağı bilməlisən.

Əgər ona bir şans daha verirsənsə, özünü bir daha aldatmağı gözə alırsan deməkdir.

Əhəmiyyətli olan, həyatda başına nə gəldiyi deyil, nəyi necə xatırladığındır.

Əsl dost o kəsdir ki, əlindən tutub qəlbini hiss edəcək.

Əslində pis insan yoxdur həyatın heç bir mərhələsində, hər insan hüzur verər; kimi gəldiyində, kimi getdiyində.

Gerçək dost, əlini tutan, ürəyinə toxunandır.

Getmə zamanı gəlmişsə "dayan" demənin; vaxt keçmişsə "dön" demənin; və eşq bitmişsə "yenidən" demənin heç bir mənası yoxdur.

Heç bir zaman gülümsəməkdən imtina etmə, kədərli olduğunda belə. Gülümsəməyinə kimin, nə vaxt aşiq olacağını bilə bilməzsən.

Heç kim gözyaşlarına layiq olmaz, onlara layiq olan adam isə onsuz da səni ağlatmaz.

Hər şeyin bir sonu var, doğrudur! Amma ən xoşbəxt son həftə sonudur.

Hər vaxt səni üzəcək bəziləri olacaq, etməyin lazım olan insanlara güvənməyə davam etmək, kimə iki dəfə güvənəcəyinə daha çox diqqət yetirməkdir.

Xoşbəxtlik qapısını bağladığında, bir başqası açılar, amma biz bağlanan qapıya o qədər baxırıq ki, açılmış olan yeni qapını görmürük.

"Kaş ki tanımasaydım" dediyim heçkimim olmadı mənim. "Kaş ki məni tanımasına icazə verməsəydim" dediklərim oldu.

Kimi nə qədər düşünursən düşün. Düşüncələrin ən dərini, başına yastığa qoyduğun an başlar.

Olmursa məcbur etmə, ya xəyalların qırılar ya ürəyin. Unutmuş kimi et. Çünki gözəl şeylər; onları heç gözləmədiyində reallaşar.

Özünü çox sıxma, ən gözəl şeylər onları ən az gözlədiyində olar.

Pul-şeytanın əlamətidir.

Səni sən olduğun üçün deyil, səninlə birlikdə olduğumda mən olduğum üçün sevirəm.

Sən istədiyində sənə aşiq olmaması, sənə aşiq olmadığı mənasını verməz.

Sən üşüyərkən onun yoxluğunda, o sənin varlığından belə xəbərsizdir.

Yaşanan hər şeyin bir səbəbi vardır.

Yazmağı davam etdirmək istəyən məşhur bir yazıçı şöhrətə qarşı özünü davamlı qorumalıdır. Heç vaxt unutmayın ki, bir evlilikdə ən əhəmiyyətli şey xoşbəxtlik deyil, davamlılıqdır.

Zamanı, onu səninlə birlikdə keçirməyə hazır olmayan biriylə keçirmə.


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
1+35=
Hesaba giriş
Müəllif

Vəfa Teymurova
Haqqında
İnternetdən həyata dair əldə etdiyim maraqlı məlumatları sizlərlə bölüşəcəyəm.
Əlaqə
E-mail:
beetvrosso@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0279 saniye