QAÇAQAÇ (CIĞALI TƏCNİS)
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 12:38 19 fevral 2015 tarixində əlavə olunmuşdur

QAÇAQAÇ
(CIĞALI TƏCNİS)

Gülmə qonşu əhvalına,gülüncə,
Məsləhət ver,kömək elə gülüncə.
Aşıq deyər gülüncə,
Ağlayınca.gülüncə.
Dərdlərinə şərik ol,
Dərdlilərə gelencə.
Yerini bil,danış incə,gül incə,
Dava olar,düşər qovğa,qaçaqaç.(1)
***
Bax ağına,bax bozuna,qaraya,
Girəcəyin çadır ağ ya,qara ya?
Aşıq deyər qaraya,
Ağdı demə qaraya.
Bilmək olmaz əzəldən
Bəxtin ağ ya.qara ya.
Zimistandı ömrün,yağıb qar,aya!
Yığ köçünü,düş arana qaçaqaç.(2)
***
Çox inanma fitnəkarın alına,
Rəngi dönüb,bilmək olmur alı nə.
Aşıq deyər alına,
Sınıq könül alına.
Uyma namərd kəslərin
Fitnəsinə,alına.
İncimisən,Mövlud,könlün alına,
Şər-xətadan,bəlalardan qaç a qaç.

29.09.2014.Zərdabi.Mövlud Ağamməd.

1qaçaqaç--isim
2qaçaqaç--fel qaça-qaça mənasında.      


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+4=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0757 saniye