Tarix boyunca ədəbiyyat dünyası da qadağalardan öz payını alıb. Keçmişə nisbətən günümüzdə bu qadağaların sayı azalıb. Qadağalar, əsasən, siyasi, dini və əxlaqi səbəblərdən qadağan olunur. Ədəbiyyat dünyasına aid klassiklər belə müəyyən zamanlarda qadağan olunub. Ən çox səs çıxardan kitablardan bəziləri bunlardır:
1. Cəsur Yeni Dünya, Aldous Huxley (1932)
1931-ci ildə yazılıb 1 il sonra nəşr olunan bu romanın mövzusu sənayeləşmə sonrasındakl bir tarixdə keçir. İrlandiyada və Amerika Birləşmiş Ştatlarının bir çox ştatında qadağan olunub. Səbəb olaraq isə romanda "neqativ mövzular” olması göstərilib:
2. Qəzəb Üzümləri, John Steynbek (1939)
Steynbekin Pultizer mükafatı alan Qəzəb üzümləri kitabı 1939-cu ildə nəşr olunub. Roman, iqtisadi böhranın kəndlərdə yaşayan kasıb insanlardakı təsirindən danışır. Əkinçiliklə məşğul olan Joad ailəsinin kasıblıqdan evlərini tərk etməsini və əkinçilik sahəsindəki tənəzzülü başa salır. Amerika Birləşmiş Ştatlarında kasıbçılıqdan çox yazmasına görə qadağan olundu, bütün rəflərdəkilər və vətəndaşlardan ələ keçirilənlər toplanaraq yandırılıb.
3. Xərçəng Tropiki, Henry Miller (1934)
Henry Millerin məşhur romanı, Amerikalıların həyatlarından yazır. Amerikadakı Pensilvaniya Ştatında kitab çap olunar olunmaz qadağan olunub. Səbəb isə əxlaqsız olduğu bildirilib. Sonrakı insanlar üçün isə bu kitab 1930-cu illərin ən yaxşı kitablarından sayılıb.
4. Uşaqların səlib yürüşü: ölümlə çılğın rəqs, Kurt Vonnegut (1969)
Billy Pilgram başı qarışmış Amerika əsgəridir. 2-ci Dünya Müharibəsində alman faşistləri tərəfindən tutularaq əsir olaraq tutulur. Tutulduğu yerin adı da "Məzbaha No 5”dır. Orada olduğu müddətdə zamanda bükülmələr olur, keçmişdən və gələcəkdən müəyyən hissələr görür. Öz ölümü də bu hissələr içərisində olur. Amerika Birləşmiş Ştatlarında, uşaqların bunun təsirinə düşməsin deyə ən qadağan olunmuş 100 kitabın arasına salındı.
5. Şeytan Ayələri, Salman Rüşdi (1988)
Kitab günümüzdə də bir çox müsəlman ölkəsində qadağan olunub. Venezuellada köhnələrdə bu kitab ilə görsənmək 15 ay həbs cəzası demək idi. ABŞ-dakı bir neçə böyük kitab evi kitabı satmaqdan imtina edib.
6. Dibçək olmağın faydaları, Stephen Chbosky (1999)
J. D. Selincerin "Çovdarlıqda Uçurumdan Qoruyan” kitabından təsirlənən roman, 1999 –cu ildə nəşr olunub. Roman, yeniyetmə bir gəncin dostuna yazdığı məktublardan ibarətdir. Yeniyetmə cinsi istəklərindən, qapalı olmasından və narkotika istifadə etməyindən uzun uzadı yazır. Kitabda eyni zamanda homoseksuallığa yönəlmə mövzusunda da yazılar olduğundan ABŞ-da qadağan olunub.
7. Parçalanma, Chinua Achebe (1958)
Afrika ədəbiyyatının ən vacib əsərlərindən sayılır. Kitab 19-cu və 20-ci əsrdə İgbo topluluğundakı ingilis müstəmləkəçiliyini və xristian misyonerlərindən danışır. Malazyada müstəmləkəçiliyə, istismarçılığa qarşı bir kitab olduğuna görə qadağan olunub.
8. American Psycho, Brett Easton Ellis (1991)
Bir qatilin hekayəsindən danışır. 1991-ci ilində Almaniyada uşaqlar üçün zərərli olduğu düşünülərək satışları limitləndirildi. Kanada da yaxın illərdə qadağan olunub. Avstraliyanın Queensland əyaləti kitabın yalnız 18 yaşından böyüklərə satılmasına icazə verir.
9. Çevriliş, Franz Kafka.(1915)
Ailəsiylə yaşayan Gregor Samsa bir gün yuxudan qalxdığında həşərata çevrildiyini görür. Bir zamanlar ailəsinin ailəsinin ən sevgili üzvü olan Gregor cəmiyyətdən qopmağa başlayır… 20-ci əsrdə kitab Nasist Almaniyasında və SSSR-də qadağan olunub. Kafkanın çekcə yazmayıb alman dilində yazması isə Çexoslavakiya da qadağan olunub.
10. Lolita, Vladimir Nabukov (1955)
Kitabın mövzusu pedofil Humbert ilə əlaqədərdi, Az yaşlı qızlara olan Humbertin macəralarından danışır. Fransada və dünyanın bəzi ölkələrində pornografik olduğu səbəbiylə qısa aralarla qadağan olunub.
Kult.az