Qadasın Aldığım
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 00:46 12 mart 2017 tarixində əlavə olunmuşdur

Canı yanmış elə baxma üzümə
Ürək baxmır sən baxınca sözümə
Aşiq oldum camalına indi nə ?
Deyəcəksən de qadasın aldığım.

Titrək səsin,ləblərindən süzülür,
Al yanaqdan nur çilənir tökülür,
Sən gəlincə yer tərpənir üzülür,
Dinəcəksən din qadasın aldığım.

Məhəbbətim şeh bürümüş tər incə,
Cənnət gördüm elə seni sevincə,
Dəli şeytan deyir elə indicə,
Vur qoluna qaç qadasın aldığım.

Sən sevgimin özəyisən özüsən,
Keçən ömrün həftəsisən ilisən,
Bu canımı məndən əgər istəsən,
Mən verərəm bil qadasın aldığım.

Gəl əlini ver elimə bərk tutum,
Həsrətini hicranını unudum,
Vüsalını gilə-gilə mən udum,
Gözləyirəm can qadasın aldığım.

Eyləmisən məni-məndən bir anda,
Vurulmuşam bircə anda baxanda,
Seymur deyər səni duyub ananda,
Ləbi püstdə bal qadasın aldığım.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+27=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0301 saniye