Gözəl qadın
Dözən qadın
Dözdükcə
Öz-özünü üzən qadın
Dörd divar arasında qalan qadın
Qaldıqca dalan qadın
Sevdiyim qadın. Göz yaşlarınında öz əksimi görməkdən doymadığım, göz yaşların silməyindən bezmədiyim qadın. Sildikcə göz yaşları axadıqca axan, qəlbimi yaxan qadın. Bilirsənmi çıxış yolu olmamaq nədir? Dörd divara sığınıb, səsləri boğmaq nədir? Səsləri boğmaqdan ötrü qulaqlarını az qala yerindən qoparmaq istəyirsən. Amma nə fayda. Köməyinə yetəcək biri yoxsa. Səni xilas edəcək biri yoxsa. Nə fayda? Özün etdiyin səhvlər sənə təsir etmir, yox, bu səhvləri sən etməmisən. Etməmisən deyə ömrünün sonuna kimi doğmalarını əfv etməyəcəksən. Hər dəfə ağrıları xatırlaylb, doğmalarınla dalaşan qadın, öz taleyi ilə barışan qadın.
Bir yolu var o da məzar.
Ya intihar, ya xəstəlik, ya qocalıq.
Bir yolu var o da məzar.
Sevmədiyin kişinin qolllarında dünyaya nifrət etmək, sevmədiyin kişidən olan övladları sevmək nə qəribədir elə deyil? Mən bilirəm ağrı nədir. Sən sus, ağrıları mən sevirəm. Dörd divarlar ağrıları ovundurur.
Bir yolu var o da məzar.