Qadın
Günel Ağayeva tərəfindən "Esse" bolməsinə 15:06 11 yanvar 2017 tarixində əlavə olunmuşdur

 Taleyin hansı sürprizləri ilə qarşılaşacağını bilmədən yaşayan,  gələcəkdə heç bir şeydən sığortalanmayan qadın. Dünyaya gəldiyi  gündən bəri qayğının,xəyanətin, kədərin işığına nərdivan dayayan  qadın.    Həyatda atdığı addımı sırf ailəsinə görə atan qadın. Məcburi ailə  quran və xoşbəxtliyi dərk etmədən bədbəxtçiliyə sürüklənən  qadın.Ailədə hər təhqirə,əzaba, söyüşə, təcavüzə,zorakılığa məruz  qalan qadın.Atasının, qardaşının, həyat yoldaşının adını sanın  qorumaqla vəzifələnən qadın.   Təcavüzə uğranıb sonra həmin adamcığazla evlənən , yada  ki,ölümə məruz qalan qadın. Övlad dünyaya gətirib, ana adını  qazanmış cənnətin qapıları üzünə açılmamış, təzə gül kimi solan  qadın. Hər bir addımda günahkar olan, övladı olmadıqda bərəkətsiz torpaq adlanan, övladları naxələf olduqda döyülən, söyülən,  günahkar kimi qələmə verilən, bədəninin ağrısını unudub  balalarına xoş gün arzulayan qadındır.   Ər evində hər cür zorakılığa məruz qalıb ata qardaş evinə pənah  gətirib təzədən burnuna vurulub cəhənnəm yuvasına göndərilən  qadın. Ya qaçar yada intihar edər. Yenədə günahkar qadındır.Qadın  olmaq hər bir çətinliyə sinə gəlmək, həyatını övladları,sevdikləri  üçün qurban verməkdir. Qadın dedikdə ağıla bu sürət gəlir. Qadının alın yazısı taleyidir. Axı o QADINDIR.   Günel Ağayeva


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+27=
Hesaba giriş
Müəllif

Günel Ağayeva
Haqqında
Yazar...Mercekhabergazetesinde köşe yazarı...Blogger
Əlaqə
E-mail:
agayevag979@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0354 saniye