Qadın ağlayarsa...
Aysel Abdullazadə tərəfindən "Esse" bolməsinə 02:43 10 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Bir qadın ağlayır...   Nəyədir, niyədir deyə soruşmaz. Kimədir gözyaşları bilə bilməzsən. Ağlamaq istəyir və ağlayır.

Bəlkə, qanadı qırıq bir göyərçinin çırpınışına, bəlkə keçmişdəki bir anıya, ya da keçən hər ilə... Vardır mütləq bir səbəbi. Yada içini ağrıdan biri...  

Göz yaşları ilə onu ona izah edər, qışqırığı hər damlada saxlıdır. Axmış sürməsinin onu çirkin göstərəcəyini düşünmədən boşaldar qadın içini. Ən müdafiəsiz halıdır onu ən güclü qılan. Ən böyük silahıdır, bəlkə də, qadının bir kişiyə qarşı göz yaşları. Sanki gülləsiz bir silahın hər an partlamağa hazırmış kimi ürküdən ədası.

Hansı tərəzi ölçə bilər, bir qadının göz yaşının dəyərini? Sərraf işi bu! Bir damlası nə qədər ağrıdar bir kişinin içini. Nə hiss etdirər əlləri üzündə hıçqırıqlarla ağlaması sevdiyinin, bir kişi ürəyinə?! Sulandırmazmı bizlərin də gözlərini? Qəsdlə ağlatsaq belə sevdiyimizi...  

Siz qadınlar da bilirsiniz, bir kişinin sevdiyinin bir damla göz yaşına nələri fəda edəcəyini. Nə gözəl də istifadə edirsiniz bu özəlliyinizdən. Uşaqlar kimi siz də hər istədiyinizi yoldaşınıza ağlayaraq elətdirmirsiniz mi?  

Qadını ağlayarkən yanlız buraxmaq...  Səbəbi nə olursa olsun, ağlayan bir qadın tərk edilmez... buraxılmaz... gedilməz... Məntiq xaricidir ağlamaq. Özü üçün ağlamamalıdır insan, hər zaman deyərəm. Yəni, səbəbi nəticəsində olmalı hər göz yaşının. Sevgiliyə tökülməli, bəlkə də, bir yabancıya, ya da acı verən keçmişə. Bəlkə də bir qar dənəsinin yerə düşmədən əriməsinə... Dünyada, yaşadığımız nəfəs aldığımız ətrafda bu qədər çox ağlanacaq fakt varkən, özü üçün ağlaması insanın eqoistliyidir, ya da acizliyi...  

Özləmək kimidir, mənə görə, ağlamaq. Darıxılan xüsusi olunca özləmək də gözəl olur. Ağladığın dəyirsə göz yaşlarına, bax, o zaman ağlamaq gözəlləşir...   Ağlamasın qadınlar, həmişə gülsün... Üzləri deyilsə belə, gözləri gülsün ...  

Öldürməyən hər acı gücləndirər, demiş Nietzsche... Qadını da yetkinləşdirən göz yaşıdır... İçindəki irindir, zəhərdir qadının göz yaşı. Ağlamalıdır ki içindən axıtmalıdır hirsini, kinini, ehtirasını, sevgisini, və nifrətini... Ağlamayan qadın ölər. İçindəki zəhər onu öldürər ..  

Hər qadın ağlasın deyirəm mən.. Amma ağlamağı yalnız xoşbəxtliyindən olsun...   Ya da həmişə gülün, gülün ki, kişilər sizi yenidən, yenidən və yenidən sevsinlər...  

 

Aysel Abdullazadə...

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+21=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0255 saniye