Qadın fədakarlığı - Ledi Qodiva...
Aysel Abdullazadə tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 21:55 02 noyabr 2015 tarixində əlavə olunmuşdur

Əfsanəyə görə, Qodiva Leofrikin həyat yoldaşı olub. Ledi Qodiva qrafın təbəələrinin vergilərin çoxluğundan əziyyət çəkdiyini görüb, ərini vergilərin sayını azaltmaq üçün razı salmağa çalışmışdır.

Bir dəfə növbəti məclislərin birində hədsiz sərxoş olan Leofrik öz həyat yoldaşının Böyük Britaniyanın Koventri şəhərinin küçələrini çılpaq keçəcəyi təqdirdə vergilərin sayını azaldacağını bildirir.

O əmin idi ki, bu cür şərt Qodiva üçün qəbuledilməzdir. Amma
Qodiva bu addımı atır. Onu çox sevən və hörmət bəsləyən şəhərin bütün sakinləri təyin olunmuş gündə evlərinin bütün qapı və pəncərələrini bağlamışdılar. Bu cür nəzərə çarpmayan şəkildə Qodiva bütün şəhərdən keçir. Qraf Qodivanın fədakarlığına heyran qalır və söz verdiyi kimi vergiləri azaldır. Əfsanənin bəzi versiyalarına görə, şəhərin Tom adlı bir sakini (Tom Peeping) pəncərədən baxmaq istəyəndə gözləri o an kor olmuşdur.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+24=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0284 saniye