Qadın olmaq...
Aysel Abdullazadə tərəfindən "Esse" bolməsinə 02:39 10 oktyabr 2015 tarixində əlavə olunmuşdur

"Qadın olma qorxusu olmasa, kişiliyə gərək qalmayacaqdı"... (Dr.Alon Gratch)

Qarşı cins kişilərdən soruşdum: "sizcə, qadın nəyin ifadəsidir? Aldığım cavabların məni qane etdiyini söyləyə bilməyəcəm. Kimiləri qadınların çiçək olduğundan, kimiləri ana olduğundan, kimiləri həyat qaynağı olduğundan bəhs etdilər...

Cavablara qarşılıq bir başqa mövzuya diqqət çəkmək üçün dəyişik bir suala yönəldib, "çox yaxşı" dedim...

"Kişilər qadınlarla niyə evlənirlər?"

Aldığım cavablar heç də, yad deyildi. İnstikt formatında bir şey, sevişmək və nəsil davamı üçün olsa gərək, dedilər. Hələ bir cavab eşitdim ki, çox gülməli idi... Cavab eynilə beləydi: əslində, kişilər evləndikdən sonra özlərinə bu sualı yönəldirlər: "mən nə üçün evləndim ki?" Görünən odur ki, çox kişi nə üçün evləndiyindən belə xəbərdar deyil".

Qadının şəxsiyyəti, varlığı kişiləri qorxudur, azadlıqlarını qısıtlayır kimi düşünürlər... Təəssüf ki, yanılırlar. Kişilər evlilik və də qadınları kiçik hesab etməyə davam etsinlər. Biz, qadınlar nə istər sualına cavab axataraq.

1.Önəmsənmək
2. Fərqində olunsun...

Bu günahsız istəklər çölə atıldığı müddətcə, evliliyin gedişatı pozulur. Qadın iki ara bir dərədə unudulur. Unudulan olmaq, nifrəti doğurur. "Unudulanlar unudanları əsla unutmaz" məsəli...

Artıq döyüş zamanıdır. Qadın qurban olmaq, əhəmiyyətsiz bir fərd olmaq şəxsiyyətindən və cinsi obyekt olmaq meylindən xilas olma axtarışları içərisinə girər. Bu çətin proses, evliliyin bitəcəyi siqnalının ən bariz göstərgəsidir. Amma bizim kişimiz bu müddətdə özünü nümayiş edər, danışar , tələb edər, qarşı çıxar... Hər zaman olduğu kimi vazkeçilməz olduğunu düşünər... Qadın onun üçün döyüşdə qazanılmış qənimətdir. Uşaqlarının anası, özünə məxsus seks vasitəsidir. Hər daim əlinin altında olanı itirməyi gözə ala bilməz. Qadın o'na görə aciz və çarəsizdir. Halbuki, möhtac olan o'dur. Fəqət, kişi olması etdiyi hər şeyi əhv etdilən rejiminə soxmuşdur onu...

Hələ bir də, bərabərlik deyilən qayda tanımaz bir mövzu var ki, bir toxun, min ah eşit... Bərabərlik prinsipinin ən təməl təlimi budur... Qadınlarla kişilərin bərabər hüquqlara sahib olması, kişilərin bir az daha özgürləşməsi mənasını daşıyar ki, bunun fərqində olan kişi sayı çox azdır... Bu məzmunda fikri sabit kişilər, azadlıqlarını qısıtladıqları qadınları tərəfindən bir bir tərk edilirlər... Digər tərəfdə zehinləri qurdalayan yaxşı və pis qadın modelinin izahını edək... Yaxşı qadın- günahsız, cinsəlliyi olmayan, qul, kölə, həyatda qalması belə kişisinin əlində olan... Pis qadın isə - həyatı pavilyon və fahişəxanalarda keçənlər... Yaxşı qadın evlənir, pis qadın isə bu haqqdan məhrum olandır... Nə qəribədir ki, hər iki vəziyyətdə də qadın üzərində kişi suverenliyi söz mövzusudur!

Aysel Abdullazadə...

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+5=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0241 saniye