Qadın olmasaydıq mı?
Aysel Abdullazadə tərəfindən "Digər yazılar" bolməsinə 01:57 17 oktyabr 2015 tarixində əlavə olunmuşdur

İnsanların həyatdakı formatına görə qəbul olunmuş günü (analar, atalar, qadınlar, sevgililər günü...) qəbul etmirəm. Beləcə, "Qadınlar Günü" məntiqinə də qarşıyam. Birinin "qadınlar gününüz mübarək olsun" deməyi, məni narahat edir, həqiqətən. Çünki heç bir şəkildə qadın-kişi ayrı-seçkiliyinə və bu doğrulama ilə inkişaf edən femizim və bənzəri yanaşmalara da (qadınlığımı sübut etmək ya da müdafiə məcburiyyəti hiss etmirəm) qarşıyam.

İnsan- qadın və kişi üçün edə biləcəyim və qəbul edə biləcəyim tək təsnifdir. Divan divandır, iki nəfərlik, üç nəfərlik demərik. İnsan da insandır, qadın- kişi deyil.

Yalnız, yaradılışdan fərqliliklə (cinsiyyət və bənzəri) bədən yapısına malik olduğumuzu qəbul edirəm və təəssüf ki, ardından gələn bir çox şeyin də bu fərqlilikdən yarandığını düşünürəm.
Bəzilərinin qadın haqqlarını müdafiə etməyini, hələ də bu müdafiəçilər kişidirsə, qəribə hesab edirəm.

Mən inanmıram ayrı-seçkiliyə...

İlk qadın roman yazanlar, müəyyən bir müddət özünü, cinsiyyətini saxlamaq məcburiyyətində qalmışdır!
Camille Claudel də Rodindən az çəkməmişdi. Həm sevgili olaraq
Rodindən, həm də qadın olaraq və qadın heykəltəraş olaraq cəmiyyətdən. Sevgilisinə çəkdirdiyi ağrının qisasını almaq istəyirəm indi Rodindən (!)

Kariyera arxasınca qaçıb, evlənəndə ya da uşaq doğan kimi işini buraxan, ara verən nə çox qadın var!

Bacarıqlı qadın(lar) istisnasal statistikalara məruz qaldı həmişə.
Küçədə gedə bilmək saatlarımız belə "ictimai saat qurşağı" çərçivəsində işlədi.

Şərqdə yaşayan qadınları və onların müqəddəratını mövzu belə etmirəm.

Yolda qadın sürücüləri sıxışdıran, digər sürücülərin ikinci əl avtomobil alarkən "qadından al, təmiz olur" düşüncəsini ikiüzlülük kimi alqılayıram.

Müəyyən bir yaşa gəlib evlənməyən qızlara edilən təzyiqi danışmaq istəmirəm. "İndi ailən var, ya sonra, şübhəsiz evlənməlidir, yoxsa ortada qalarsan" məntiqini, ictimai basqının impulsunu danışmaq istəmirəm.

O müəyyən yaşa gələn qadınla eyni yaşdakı kişinin ancaq "subaylıq sultanlıqdır" fikrindən sıxılarsa və paltarını yumağa bir "qadın(ı)" olmağını istədiyində evlənməsi və qadının buna məcbur olması, hətta məcbur buraxılması... Ağlamaq istəyirəm. Və qarşıma çıxan ilk "qadınlar gününüz mübarək olsun" deyən adamı da ağlatmaq istəyirəm.

Qadınam. Bir işim var və bir yoldaşım yox, özümü cinsiyyətlər üstü hiss edirəm. Və bəlkə də, insan ötəsi...

Yaşasın İnsan!

Aysel Abdullazadə...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+6=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0254 saniye